“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Prezidentlərin “İstisu“ ənənəsini Hikmət Hacıyev İran səfiri ilə davam etdirdi - VİDEO

Tarix 12.09.26, 17:24

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan və İran prezidentlərinin Bişkekdə İstisu içməsi ilə bağlı formalaşmış ənənə Kəlbəcərdəki "İstisu" zavodunda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu tərəfindən davam etdirilib.

AzFakt.com-un məlumatına görə, diplomatik korpus nümayəndələrinin Kəlbəcərdəki "İstisu" zavoduna ziyarəti zamanı Prezidentin köməkçisi Hikmət Hacıyev və İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu bu ənənənin davamı olaraq "İstisu" məhsulundan içiblər.

H.Hacıyev qeyd edib ki, Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian çox yaxşı bir ənənənin təməlini qoyublar:

"Başqa sözlə desək, bu ənənə ilə biz də qərara gəldik ki, İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu ilə "İstisu" içək. Qardaş İran xalqına da "İstisu" suyunun çatdırılması yolunu birlikdə fikirləşəcəyik, əminik ki, onlar da bu dadı möhtəşəm qiymətləndirəcəklər".

Xatırladaq ki, avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında maraqlı dialoq yaşanıb.

Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində keçirilən görüş zamanı dövlət başçısı iranlı həmkarına Azərbaycandan gətirdiyi "İstisu" mineral suyunun dadına baxmağı təklif edib. Daha sonra Prezident İlham Əliyev və Məsud Pezeşkian bu sudan içiblər.




Xəbərin oxunma sayı : 151




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap