“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Maliyyə Nazirliyində dəyişiklik - Şöbə müdiri “Həmkarlar“ın yeni sədri oldu

Tarix 10.09.26, 15:59

Font ölçüsü : - / +
bitmap-img6


Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yığıncağı keçirilib.

AzFakt.com xəbər verir ki, bu barədə nazirik məlumat yayıb.

Bildirilib ki, yığıncaqda çıxış edən qurumun Aparat rəhbəri Xalıq Rəhmanov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini yüksək qiymətləndiriblər.

Daha sonra təşkilati məsələlərə baxılıb, nizamnamə qaydalarına uyğun olaraq açıq səsvermə yolu ilə Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının yeni tərkibləri formalaşdırılıb. Eyni zamanda, Komitənin fəaliyyətinin bundan sonra ictimai əsaslarla təşkil edilməsi barədə qərar qəbul olunub.

Səsvermənin nəticələrinə əsasən, Həmkarlar İttifaqı Komitəsinin yeni heyəti 11 nəfər, Təftiş Komissiyasının tərkibi isə 3 nəfər olaraq təsdiq edilib. Nazirliyin Maliyyə və təminat şöbəsinin müdiri Bəhruz Məmmədov ictimai əsaslarla Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.

Sonda Komitənin əvvəlki sədri Eldar Mahmudov həmkarlar ittifaqı fəaliyyətində uzunmüddətli və səmərəli xidmətlərinə görə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Açıklama yok.



Xəbərin oxunma sayı : 133




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap