“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

İnfantinonun getməsi üçün 100 min imza toplandı - FIFA-da skandal

Tarix 09.09.26, 22:09

Font ölçüsü : - / +
bitmap-img6


100 mindən çox insan FIFA prezidenti Canni İnfantino haqqında araşdırma aparılması tələbi ilə petisiya (imza kampaniyası) imzalayıb.

“Reuters” agentliyi xəbər verir ki, bu barədə “FairSquare” qeyri-kommersiya təşkilatı məlumat yayıb.

İnfantino vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, siyasi neytrallıq prinsipini pozmaqda və təşkilatın maraqlarını qorumamaqda ittiham olunur. Təqdim olunan ittihamlar arasında ABŞ Prezidenti Donald Tramp ilə yaxın əlaqələr və ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun 2026-cı il Dünya Çempionatındakı diskvalifikasiyasının dayandırılmasında İnfantinonun müəmmalı rolu xüsusi yer alır.

“FairSquare” avqust ayında FIFA Komitəsinə məktub ünvanlayaraq İnfantinonun yeni müddətə namizədliyini irəli sürmək hüququndan məhrum edilməsini tələb edib.

“100 min insanın bu məsuliyyətə cəlb etmə çağırışına imza atması ictimaiyyətin artan narahatlığının bariz sübutudur”, – deyə təşkilatın direktoru Nikolas Makqihan məsələyə münasibət bildirərkən vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl “FairSquare” oxşar şikayətlə Beynəlxalq Olimpiya Komitəsinə (BOK) müraciət etsə də, qurum məsələyə baxmaqdan imtina etmişdi. İyul ayında isə İnfantino 4,2 milyard dollar cəlb etməklə FIFA-nın əsas turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətini yaratmağı təklif etsə də, bu təşəbbüs UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və KONMEBOL tərəfindən birbaşa rədd olunmuşdu.



Xəbərin oxunma sayı : 121




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap