“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

“Tramp möhkəm sülh üçün səy göstərir“ - Stiv Uitkoff

Tarix 07.09.26, 19:40

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ Prezidenti Donald Tramp Rusiya və Ukrayna arasında möhkəm və davamlı sülhə nail olmaq üçün bütün səylərini göstərir.

AzFakt.com "Report"a istinadla xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Moskva və Kiyevə səfərlərinin yekunlarına dair "X" sosial şəbəkə hesabında yazıb.

O xatırladıb ki, Trampın göstərişi ilə amerikalı danışıqçılar Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılmasına yönəlmiş dialoqu təşviq etmək üçün Moskva ilə Kiyevə səfər ediblər.

Xüsusi nümayəndənin sözlərinə görə, onun, Cared Kuşnerin və ABŞ Milli Təhlükəsizlik Şurasının, Dövlət Departamentinin və Maliyyə Nazirliyinin vəzifəli şəxslərinin daxil olduğu ABŞ nümayəndə heyəti həm Rusiya Prezidenti Vladimir Putinlə, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. Tərəflər hər birinin təkliflərini müzakirə ediblər.

"Kiyevdə gələcək yolu birgə müəyyən etmək üçün Birləşmiş Krallıq, Almaniya və Fransadan olan milli təhlükəsizlik üzrə məsləhətçilər də nümayəndə heyətlərinə qoşulublar. Əhəmiyyətli irəliləyişlər əldə olunub, o cümlədən əlavə üçtərəfli danışıqların planlaşdırılması məsələsində. Prezident Tramp qətlləri dayandırmaq, həmçinin möhkəm və davamlı sülh üzərində işləmək üçün bütün səylərini göstərir", - Uitkoff vurğulayıb.



Xəbərin oxunma sayı : 136




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap