“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Fransa millisində parçalanma - Mbappe komandanı özünə düşmən etdi

Tarix 15.09.26, 20:51

Font ölçüsü : - / +
bitmap-img6


Fransa milli komandasının keçmiş futbolçusu Jerom Roten “Real Madrid”in hücumçusu Kilian Mbappenin “Qızıl top” haqqında iddialı çıxışlarının yığma komandada ciddi narazılıq və parçalanma yaratdığını bəyan edib.

“Qafqazinfo” “RMC Sport”a istinadla xəbər verir ki, sabiq futbolçu milli komandanın daxilində artıq iki fərqli düşərgənin yarandığını diqqətə çatdırıb.

Rotenin sözlərinə görə, Mbappenin son bəyanatları və aparıcı mövqeyi komandada çoxlarını əsəbiləşdirib:

“Dünya çempionatında hiss etdiyimiz gərginlik bu gün daha da aydınlaşıb. Mbappenin davranışı və sözləri milli komandada bir çox oyunçunu özündən uzaqlaşdırıb. Düzdür, dünya çempionatında bombardir olması və nümunəvi davranışı tənqidləri bir qədər yumşaltmışdı, lakin belə açıqlamalar yalnız onun özünə zərər vurur”.

Keçmiş futbolçu əlavə edib ki, millidəki futbolçuların əksəriyyəti Mbappedən fərqli olaraq Usman Dembelenin tərəfini tutur:

“Mənə çatdırılan məlumata görə, futbolçular Mbappenin nə demək istədiyini anlamırlar və onlar Kilianın deyil, Dembelenin yanındadırlar. Usman komandanı daha çox bir araya gətirir və oyunçular arasında bir növdə bufer rolunu oynayır. Növbəti milli fasilədə Usman və Kilianın əl sıxmasını böyük maraqla gözləyirəm, məncə, həmin an divarlar titrəyəcək”.

Xatırladaq ki, ötən il “Qızıl top” mükafatına Usman Dembele layiq görülmüşdü.



Xəbərin oxunma sayı : 52




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap