“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti Əlirza Ərafi icra edəcək - DOSYE

Tarix 01.03.26, 17:05

Font ölçüsü : - / +
bitmap-img6


Ayətullah Əli Rza Arafi İran Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

İran mediası xəbər verir ki, bu gün Ekspertlər Şurasının iclasında Müvəqqəti Rəhbərlik Şurasının daha bir üzvü müəyyənləşib.

Ekspertlər Şurasının iclasında ayətullah Əli Rza Arafi Müvəqqəti Rəhbərlik Şurasının üzvü seçilib. Ayətullah Əli Rza Arafi müvəqqəti Ali Liderin səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, Şuranın tərkibinə prezident, məhkəmə hakimiyyətinin rəhbəri və İran Konstitusiyanın Keşikçiləri Şurasının ilahiyyatçı üzvlərindən biri daxil olmalı idi.

Əlirza Ərafi Yəzd vilayətinin Maybod şəhərində doğulub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olub.

Onun tərcümeyi-halı haqqında bir neçə kitab yazılıb. Əlirza Ərafinin anası da Kazem Malek Əfzəli Ərdəkaninin övladlarından olub.

Ayətullah Ərafi 07.10.2020 tarixində Ermənistan-Azərbaycan arasında Qarabağ münaqişəsi ilə bağlı xüsusi bəyanat yayıb. Bəyanatda Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib.

Həmçinin bəyanatda qeyd olunub ki, Azərbaycan dünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib. Bəyanatda bütün beynəlxalq sənədlərdə Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanındığı da vurğulanıb.

 




Xəbərin oxunma sayı : 133




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap