“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Zaqatalada hotelin fəaliyyəti dayandırılıb - Yanğın təhlükəsizliyinə görə

Tarix 27.02.26, 20:42

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Zaqatala şəhərində yerləşən "Zaqatala" hotelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

AzFakt.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.


Bildirilib ki:

- obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib;

- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib;

- obyektdə izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından, habelə standarta uyğun olmayan elektrik qızdırıcı cihazlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib;

- elektrik avadanlıqları artıq yüklənmədən və qısaqapanmadan mühafizə edilməsi üçün standartlara uyğun qoruyucu aparatlarla təmin edilməyib;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;

- obyektin ərazisində Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmadan tikinti-quraşdırma işləri aparılıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş "Zaqatala" mehmanxanasının fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub və bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Açıklama yok.





Xəbərin oxunma sayı : 133




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap