“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İdarə etmədiyi avtobusa görə sürücülük hüququndan məhrum edildi - VİDEO

Tarix 27.02.26, 21:02

Font ölçüsü : - / +
bitmap-img6


İdarə etmədiyi avtobusa görə sürücülük hüququndan məhrum edildi
Sumqayıt şəhərində sərnişindaşıma sahəsində çalışan sürücü gözlənilməz problemlə üzləşib.

Xezerxeber.az-ın məlumatına görə, sürücü Vidadi Maliyev iddia edir ki, idarə etmədiyi avtobusa görə adına cərimələr yazılıb və nəticədə sürücülük hüququndan məhrum edilib.

O iddia edir ki, bir müddət əvvəl iş yerini dəyişərək başqa şirkətdə fəaliyyətə başlasa da, əvvəlki iş yerində onun adına rəsmiləşdirilmiş yol vərəqəsi rəsmi qaydada ləğv edilməyib. Məhz bu  səbəbdən elektron sistemdə avtobusun hələ də onun tərəfindən idarə olunduğu görünür.

Məsələ ilə bağlı daşıyıcı şirkətin nümayəndəsi Elşən Mustafayev isə  bildirib ki, sürücü hələ də rəsmi olaraq işdən çıxarılmayıb. Məlum olub ki, sürücü işdən çıxma ərizəsi də verməyib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, belə hallarda tərəflər İdarəyə müraciət etməlidir.

Baş Dövlət Yol Polisi İdarəsi tərəflərin rəsmi müraciəti əsasında müvafiq araşdırma aparır və problemin aradan qaldırılması üçün qanunauyğun tədbirlər görür.







Xəbərin oxunma sayı : 526




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap