“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sığorta sistemində yeni mərhələ: SSN ləğv edilir

Tarix 27.02.26, 12:07

Font ölçüsü : - / +
bitmap-img6


Milli Məclis sığortaolunanların sığortaçıda uçotunun yalnız fərdi identifikasiya nömrəsi (FİN) ilə aparılmasını üçüncü oxunuşda qəbul edib.

ununla bağlı Əmək Məcəlləsinə, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunlara təklif edilən dəyişikliklər parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Məlumat verilib ki, hazırda sığortaedənlər muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edərkən sosial sığorta nömrəsi (SSN) və FİN məlumatların hər ikisini daxil etməklə əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur.

Bu səbəbdən sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir. Bununla sosial sığorta sistemində məlumatların idarə olunmasında vahidliyi və uyğunluğu təmin ediləcək, eləcə də qurumlar arasında məlumat mübadiləsi asanlaşdırılaraq e-sistemlərin inteqrasiyası sürətlənəcək.

Beləliklə, layihənin qəbulu ilə sosial sığorta sisteminin fəaliyyətində müasir yanaşmaların tətbiqi və səmərəliliyin artırılmasına imkan verəcək. Eyni zamanda, sığortaedənlər tərəfindən işə qəbul edilərkən sosial sığorta nömrəsi olan sığortaolunanlardan SSN-in tələb edilməsinə və ya başqa üsulla sosial sığorta nömrəsinin öyrənilməsinə ehtiyac qalmayacaq.

Qeyd edək ki, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılır.

Müzakirələrin sonunda qanun layihəsi səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.



Xəbərin oxunma sayı : 100




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap