“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sakinlər yaşadıqları mənzillərin çıxarışlarını ala bilmirlər: MTK-dan şikayət

Tarix 26.02.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Cənub Qapısı" yaşayış kompleksinin sakinləri Baku TV-yə şikayət edərək bildiriblər ki, artıq səkkiz ilə yaxındır burada yaşayırlar, lakin mənzillərinə çıxarış ala bilmirlər. Vətəndaşların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.

Mənzil növbəsində illərdir gözləyən sakinlər qarşılaşdıqları vəziyyəti belə izah ediblər:

"Alış zamanı bizə dedilər ki, bu gün-sabah "kupça" verilir. İcra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyəti dedi ki, bu bina ilə bağlı bizə heç bir sənəd təqdim olunmayıb. Amma bunlar deyir ki, biz sizi icra hakimiyyətinə təqdim etmişik. İndi də deyirlər ki, biz icraya yox, əmlaka təqdim eləmişik".

"Qaradağ Rahat Evlər" MTK-nın sədr müavini Ruslan Qasımov məsələ ilə bağlı bunları deyib:

"Dövlət qurumlarına bütün müraciətlərimizi etmişik. Nə sənəd lazımdır, hansı quruma lazımdırsa, hamısını vermişik. Bu dəqiqə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə bütün sənədlər təqdim olunub. Onların bizə verdikləri sözə görə, yaxın iki ay ərzində sənədləri bizə təqdim edəcəklər".

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, oranın adı "Rahat Evlər" deyil, "Şah İnşaat" MTK-dır və istismara icazə ilə əlaqədar komitəyə rəsmi müraciət daxil olmayıb.





Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap