“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Müqaviləsiz iş, “card to card” ödəniş - EDUNSTAZ nəyi gizlədir?

Tarix 25.02.26, 21:09

Font ölçüsü : - / +
bitmap-img6


Abituriyent, lisey, xarici dil və MİQ hazırlığı üzrə onlayn dərslər təşkil edən EDUNSTAZ (Instagram səhifəsi: edunest.academy) platforması ilə bağlı səslənən iddialar hüquqi baxımdan bir neçə ciddi məsələni gündəmə gətirir.EDUNSTAZ kimi fəaliyyət göstərən platformada müəllimin iddiasına görə, dekabr ayının əmək haqqı ödənilməyib, yanvarın yarısınadək işləməsinə baxmayaraq ümumilikdə təxminən 1,5 aylıq əmək haqqı qalıb.

Mediatv.az bildirir ki,Azərbaycan Respublikasının Əmək Məcəlləsi tələb edir ki, işçi ilə işəgötürən arasında davamlı və sistemli əmək fəaliyyəti varsa, əmək müqaviləsi mütləq qaydada bağlanmalıdır.Əmək müqaviləsi olmadan işçi çalışdırılması inzibati məsuliyyət yaradır və ciddi cərimələr nəzərdə tutur.

 
Ödənişlərin “kartdan-karta” (card to card) üsulu ilə həyata keçirilməsi əlavə suallar doğurur:Müəllimlərə ödənilən vəsaitlər rəsmi mühasibat uçotuna daxil edilmədiyi,bu ödənişlərdən gəlir vergisi və sosial ödənişlər tutulmadığı anlamına gəlir.Kursa cəlb edilən tələbələrin ödədiyi vəsaitlər rəsmi dövriyyəyə görəsən necə  salınır?

Azərbaycan Respublikasının Vergi Məcəlləsi-nə əsasən, sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən gəlirlər rəsmi uçota alınmalı və qanunvericiliyə uyğun vergi ödənilməlidir. Nağdsız, lakin qeyri-rəsmi “card to card” dövriyyə vergidən yayınma halı kimi qiymətləndirilir. Burada iki əsas istiqamətdə problem görünür: Əmək münasibətlərinin gizlədilməsi, maliyyə dövriyyəsinin şəffaf aparılmaması.Bu, sadəcə daxili mübahisə deyil - dövlət qurumlarının araşdırmalı olduğu məsələdir.Təhsil sektorunda fəaliyyət göstərən hər bir platforma bilməlidir:müəllimin əməyini gizlətmək, vergidən yayınmaq və hüquqi öhdəliklərdən qaçmaq “onlayn kurs” adı ilə leqallaşdırıla bilməz.Redaksiya olaraq yaxın günlərdə aidiyyatı dövlət qurumlarına rəsmi sorğular ünvanlanılacaq.Əmək münasibətlərinin rəsmiləşdirilməsi, vergi öhdəliklərinin icrası və maliyyə dövriyyəsinin qanunauyğunluğu ilə bağlı onların mövqeyini öyrənəcəyik.

Əgər iddialar təsdiqini taparsa, bu, artıq lokal narazılıq deyil - dövlət nəzarətini tələb edən ciddi hüquqi məsələ olacaq.



Xəbərin oxunma sayı : 145




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap