“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Türkiyədən gətirilən duz yodsuz çıxdı, müsadirə olundu - 4 min cərimə

Tarix 23.02.26, 20:03

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycana gətirilən "Göktürk" nişanlı, "Rock salt” adlı duz yükündə yodun olmadığı müəyyən edilib. 

Qaynarinfo-nun məlumatına görə, Türkiyədən ölkə ərazisinə daxil olmuş duz yükü gömrük rəsmiləşdirilməsinin aparılması məqsədi ilə gömrük orqanına təqdim olunub. Bəyan olunmuş duz yükünə dair kimyəvi tərkibin müəyyən edilməsi üçün ekspertiza aparılıb. 

Ekspert rəyinə əsasən, "Göktürk” nişanlı, "Rock salt” adlı duzun kimyəvi tərkibində yod olmadığı müəyyən edilib. Sözügedən duz məhsullarını ölkəyə idxal edən "BKE AZERBAİJAN" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məhkəmədə MMC-nin nümayəndəsi deyib ki, qeyd olunan duz yükü ölkəyə idxal edilməzdən əvvəl Türkiyə Respublikasının ekspertiza tədqiqatına təqdim edilib və həmin rəyə əsasən, duzun tərkibində yodun miqdarının normalara uyğun olduğu göstərilib. Bu səbəbdən məhsulun ölkədə tətbiq olunan standartlara uyğun olduğunu düşünərək idxal ediblər. Şirkət rəsmisi qanunvericilik tələblərini pozmadıqlarını, qəsdən və ya ehtiyatsızlıqla sözügedən inzibati xətanın törədildiyini bildirib. Bu səbəbdən də şirkətə cərimə tətbiq edilməsi inzibati tənbehin məqsədlərinə ziddir. Qeyd edilənlərə əsasən, MMC-nin nümayəndəsi inzibati xəta haqıında iş üzrə icraata xitam verilməsini xahiş edib.

Buna baxmayaraq, məhkəmənin hökmü ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 448-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib və inzibati xətanın bilavasitə obyekti olan yük müsadirə edilməklə MMC 4000 manat məbləğində cərimə edilib.



Xəbərin oxunma sayı : 118




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap