| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Dominantlıq var, nəticə yoxdur: “Barselona“nın görünməyən problemi
Tarix 22.02.26, 14:02 |
|
Cəmi bir ay əvvəl hər şey başqa cür görünürdü. "Barselona" oyunlarında tempi diktə edir, nəzarəti əlində saxlayır, nəticələri göz oxşayır və bütün bunların yekununda özünü zirvədə rahat hiss edirdi. İndi isə tablo fərqlidir: əvvəlcə çempionatda "Real Sosyedad" səfərində məğlubiyyət, ardından İspaniya Kubokunda "Atletiko Madrid" qarşısında 0:4-lük ağır zərbə, son olaraq isə "Jirona" yenilgisi ilə La Liqada liderlik "Real Madrid"ə təhvil verildi. Beləliklə, artıq mənzərə tamamilə dəyişib. Kataloniya təmsilçisinin kubok perspektivi möcüzəyə bağlıdırsa, çempionatda da işlərin yolunda getmədiyini deməyə əsas var. Bunlar artıq təsadüfi itkilər yox, kompleks problemlərin göstəricisi hesab edilməlidir.
AzFakt.com mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Dominantlıq var, nəticə yoxdur: Barselonanın görünməyən problemi
Effektivliyin yoxa çıxması
Statistikaya baxanda "Barselona"nın oyunu çökmüş kimi görünmür. Topa nəzarət, epizodlar var, gözlənilən qol göstəricisi çox vaxt rəqibdən yüksəkdir. Lakin bu, nəticəyə sirayət etmir. "Barselona" dominantlığını saxlasa da, nəticə üçün ən əhəmiyyətli məqam hesab edilən effektivlikdə axsamağa başlayıb. "Jirona" ilə oyunda da bu, açıq göründü. Oyunun əvvəlində çoxsaylı şanslar, penalti epizodu, sürətli hücumlar bir-birini əvəzləsə də, bitirici toxunuş çatmadı.
"Barsa" tarixən oyunu yarımmüdafiədəki üstünlüyü ilə qazanıb. Komandanın orta xətti, adətən, oyunun gedişinə istiqamət verməyi bacarıb. Amma son oyunlarda bu mexanizm işləmir. Məsələ ondadır ki, yarımmüdafiədə dinamika yoxdur. Ötürmələr daha çox yanlara doğrudur, bu isə kəskinliyi azaldır. Sıx və nizamlı müdafiə olunan rəqiblər bu aşağı tempə qarşı lazımi həll yollarını tapmağı bacarırlar.

Ən böyük problem müdafiəyə keçiddədir
"Barselona" Hansi Flikin rəhbərliyi altında müdafiə xəttinin qurulması ilə bağlı yeniliklər təklif edir. Bunlardan başlıcası arxa xətt oyunçularının çox öndə qərarlaşmasıdır. Komanda belə taktika ilə rəqib hücumçuları oyundankənar vəziyyətə salmağı hədəfləyir. Xüsusilə ötən mövsüm bu taktika işləyirdi. Hazırkı çempionatın da qışa qədər olan hissəsində "Barsa" müdafiədə ciddi çətinliklərlə üzləşmirdi. Lakin get-gedə rəqiblərin bu taktikaya "antivirus" tapması ilə vəziyyət dəyişib. Son zamanlar "Barselona" rəqiblərinə həddən artıq çox epizod verir. Qapıçı Joan Qarsiyanın performansının qabarması da məhz bunun nəticəsidir.

Komandanın ən böyük problemi müdafiəyə keçid mərhələsindədir. Top itirilən anda struktur pozulur. Orta xətlə müdafiə arasında məsafə böyüyür. Rəqib əks-hücum üçün koridor tapır. Xüsusilə, "Atletiko Madrid"ə qarşı oyunda problem qabarıq hiss olunurdu. 0:4 hesabı təsadüf deyildi. Müdafiə-hücum balansının pozulması, gecikmiş reaksiya ssenarisi yekunda acınacaqlı məğlubiyyətə səbəb oldu. Müasir futbolda keçid oyunu əsasdır. "Barselona" topa sahib olanda hər nə qədər estetik görünsə də, topsuz qalanda bir o qədər kövrəkdir.
Laporta postunda qalacaq?
Meydanda baş verənlərlə yanaşı, klubun rəhbərliyində də müəyyən dəyişikliklər yaşanıb. Katalonların prezidenti Joan Laporta bir müddət əvvəl postundan istefa verdi. Bu, klubun Nizamnaməsinə görə gələcək prezident seçkilərində yenidən iştirak etmək üçün prosedurdur. O, bu məqamda müvəqqəti rəhbərlik rolunu klubun vitse-prezidenti Rafa Yusteyə həvalə edib və martın 15-i üçün prezident seçkiləri artıq rəsmiləşib.
Bu qərar yalnız formaldır - ancaq faktiki olaraq klubun nəzarəti müvəqqəti idarə heyətinə keçib və Laporta idarəçilikdə birbaşa iştirak etmir. Aydın məsələdir ki, bu proses komandanın əhval-ruhiyyəsinə təsir göstərə bilər.

Flikin qalmaq üçün şərti var
Baş məşqçi Hansi Flikin "Barselona" ilə 2027-ci ilin yayına qədər qüvvədə olan müqaviləsi var. Klub rəhbərliyi sözləşməni artırmaq niyyətindədir. Lakin almaniyalı çalışdırıcı uzunmüddətli müqavilələrə üstünlük vermədiyini və mövsümün sonuna qədər gələcəyə dair bütün müzakirələri təxirə salmaq istədiyini bildirib. Ən maraqlı məqam budur ki, Flik özünü Laporta layihəsinin bir hissəsi olaraq görür. O, klubda qalmaq niyyətindədir. Lakin şərti var: Laporta yenidən prezident seçilməlidir. Başqa bir namizəd qalib gələrsə, Flik klubdan ayrılmağı düşünə bilər.
Katalonlar çalxantılı dövrdən keçirlər
Ümumilikdə, həm meydanda, həm klub ətrafında kifayət qədər ciddi hadisələr baş verir və katalonlar çalxantılı dövrdən keçirlər. "Barselona"nın liderliyi "Real Madrid"ə verməsi sadəcə uzun marafonda psixoloji üstünlüyün əldən çıxmasıdır. Çempionluq yarışında təqibedən olmaq başqa, təqibolunan olmaq başqa məsuliyyətdir. İndi təzyiq ikiqatdır, komanda həm xal qazanmaq, həm də özünə inamı bərpa etmək barədə düşünməlidir.
Hələlik enişi böhran hesab etmək olmaz. Çünki mövsümün sonuna kifayət qədər vaxt var, vəziyyəti dəyişmək mümkünsüz deyil. Qarşıda iki mümkün ssenari var: ya komandada bu məğlubiyyətlər keçid mərhələsi kimi sistemin yenidən dirçəlməsinə səbəb olacaq, ya da klubda psixoloji dalğalanma olacaq.
Xəbərin oxunma sayı : 937
İdman
Xəbərlər
-
“Sən heç paltar geyinirsən ki...“ - Hadisəni tənqid etdilər
-
Hazırda 5 “müştəri”si var - “Mançester Yunayted”in yarımmüdafiəçisinin
-
“Xeyriyyəçi“ bazarda araba sürən şəxsin pulunu belə mənimsədi - VİDEO
-
Siyəzəndə Gilgilçay üzərindəki körpüdə təhlükəli vəziyyət - VİDEO
-
“ABŞ və İran danışıqlarının uğursuzluğu gözlənilən idi“ - Merts
-
Macarıstanda qalmaqal: XİN rəhbəri məxfi sənədləri məhv etməkdə ittiham edilir
-
Sürücüləri çaşbaş salan nişan - Qırmızıda keçmək olar+VİDEO
-
Bu məhsulların qanunsuz onlayn satışı sağlamlıq riski yaradır - VİDEO
-
ABŞ Hörmüz boğazının blokadasını pozan gəmiləri ələ keçirə bilər - “Bloomberg”
-
Sabiq prezident pensiyasından narazıdır - “Razı olsaydım, göbələk yığardım”
-
Biləsuvardan Bakıya 227 kq at əti aparmaq istədi - Yolda üstü açıldı
-
Milli Məclis bu sənədləri ratifikasiya edəcək - SİYAHI
-
Portağal şirəsindən daha yaxşı: D vitamini ilə zəngin 5 içki
-
İpoteka limitləri yenidən açılır - Vətəndaşlara mühüm XƏBƏR
-
AzE Estetik Mərkəzin direktorunun cəzası azaldıldı - Ülviyyə İlyasova nədə ittiham olunur?
-
Öldürülən İradənin ailəsi narazıdır - Biznesmen yenidən yoxlanacaq
-
Prezidentin Mətbuat katibi təyin olunan Orxan Səttarov bu şəxsin qardaşıdır - FOTO
-
Azərbaycanda ən yüksək və ən aşağı maaş bu sahələrdə verilir - Siyahı
-
Xocavəndə işçiləri işlədiblər ödənişləri verilmir: “Bəyaz İnşaat”ın rəhbəri Yusif Yusiflidən şikayət
-
Rayonlara yağış, dağlıq yerlərə qar yağacaq - Sabahın havası
-
“ABŞ qüvvələri İran limanlarına giriş-çıxışı bloklayacaq” - CENTCOM
-
Satınalmaların 30%-i icra olunmur, daxili nəzarət zəifdir - İRAD
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Tempo Baku” restoranın qarşısında kütləvi dava - VİDEO
-
Orta aylıq əməkhaqqı 4 manat 70 qəpik azalıb - Rəsmi
-
“Neftimiz günə 25 min barrel azalır” - 5 ildə 7 milyon ton fərq var
-
“ABŞ-İran razılaşması 15 günə mümkün deyil” - Hakan Fidan
-
İnternat məktəbində olay - Direktor yaralanan şagirdi xəstəxanaya aparmağa qoymadı
-
Azərbaycan əhalisinin sayı açıqlandı: Neçə nəfərik?
-
“Donald Trampla polemikaya girmək istəmirəm“ - XIV Leo
-
Kart ödənişlərində komissiyalara limit qoyuldu - QƏRAR
-
Azərbaycan Prezidentinə yeni Mətbuat katibi təyin edildi - SƏRƏNCAM
-
Nəticələr 6 həftə sonra elan olunacaq - Dövlət imtahan Mərkəzi
-
2 milyard manatlıq layihə tendersiz bölüşdürülüb - Palata sədri
-
“Hörmüz boğazından maneəsiz keçid təmin olunmalıdır“ - Fidan
-
Masazır-Novxanı yolunda ərazi topraqla doldurulur: Abdin Fərzəliyev hansı şərtlərlə tikintiyə icazə verib?
-
Azərbaycanda xam neftin hasilatı və ixracı azalıb - Son rəqəmlər
-
Keçmiş nazir müavini müşavir təyin olunub - AHİK-də dəyişiklik
-
Beyləqanda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Şahin Şıxlinski və oğluna hökm oxunub - Məhkəmədən ağır cəza
-
Müəllimlərin iş yerinin dəyişdirilməsi... - Sənəd qəbulu başlayıb
-
İsrail ordusu Tehrana qarşı hücuma hazırlaşır - “The Times of Israel“
-
Nazirlikdə müvəqqəti tutduğu vəzifədə külli miqdarda rüşvət alıb - Cinayət işi
-
Bir çox sürücünün bilmədiyi qayda: 100 manat və 3 ballıq cərimə (VİDEO)
-
ABŞ NATO daxilində kursunu nəzərdən keçirməyi planlaşdırır - Tramp
-
Kredit götürmək istəyən vətəndaşın pulu mənimsənildi - VİDEO
-
Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
ABŞ İran limanlarına daxil olan və oradan çıxan gəmiləri blokadaya alacaq - Tramp
-
Orban seçkilərdə məğlubiyyətini etiraf etdi - Son nəticələr
-
"Partlayış səsləri ilə əlaqədar narahat olmayın" - Müdafiə Nazirliyindən çağırış
-
Yaxın günlərdə ABŞ-İran danışıqlarının ikinci raundu olacaq - “The Wall Street Journal“
-
Sosial şəbəkələrdə yayılan gözəllik tələsi: Mənşəyi bilinməyən üz kremlərinə aldanmayın
-
Bulvarda əkilən gülləri kim bu hala salıb? - VİDEO
-
Abşeron Gənclər şəhərciyində yerləşən binanın lifti işləmir - ŞİKAYƏT
-
İran heç vaxt nüvə silahına sahib olmayacaq - ABŞ Prezidenti
-
“Dörd mənzil üçün 218 min dollar ödəmişəm, lakin evlərimi vermirlər“ - VİDEO
-
Son yağıntıda qurudulmuş göllərdə inşa edilən evlərə bu səbəbdən ciddi ziyan dəyib - VİDEO
-
“İran ABŞ ilə razılaşma əldə edə bilər“ - Məsud Pezeşkian
-
Daşınmaz əmlakın sığortası üzrə təminat məbləği niyə dəyişmir? - VİDEO
-
Xətai rayonunun bəzi ərazilərinə içməli su nə vaxt veriləcək? - VİDEO
-
Kənd təsərrüfatı məhsulları təhlükədə - Qiymətlərə təsiri olacaqmı?
-
Oğuzda uzun illər həllini tapmayan yol problemi - VİDEO
-
Ayı borcla başa vuran vətəndaşlar - Bir sorğuda acı reallıqlar üzə çıxdı...
-
İran 43 gündən çoxdur ki, internetsizdir - “NetBlock”
-
Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ
-
Avtomobil bazarında gözlənilməz ucuzlaşma: Səbəblər nədir?
-
Putin Pezeşkianla telefonla danışıb - Rusiyanın vasitəçiliyə hazır olduğunu bildirib
-
Çin diqqət İran üzərində olarkən adanı ələ keçirdi - “Forbes“
-
Azərbaycanda sənədsiz evlərə su verilməyəcək - VİDEO
-
“Rusiya və Ukrayna arasında ərazi mübahisələri bir neçə kilometr məsələsidir” - Peskov
-
3 nəfər imtahandan xaric edildi - Telefon aşkarlanıb
-
“ABŞ danışıqlarda İranın etibarını qazana bilmədi“ - Qalibaf
-
Həkimdən xəbərdarlıq: Bəzi qəribə davranışlar Parkinsonun siqnalı ola bilər
-
Qohumunun evindən 320 min oğurladı - Həbs edildi
-
İki tanker Hörmüz boğazını keçməyə cəhd göstərib - “Bloomberg“
-
Marketlərdən siqaret və içki oğurlayıb digər mağazalara satdılar - Polis saxladı
-
Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq edib - Əlverişsiz hava ilə bağlı
-
Tərtərdəki qətlin səbəbi 1 il əvvəlki insident imiş - Detallar
-
Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq, dolu düşəcək - Sabahın havası
-
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlandı - VİDEO
-
ABŞ ilə danışıqlar Hörmüz boğazı və ölkənin nüvə proqramı ilə bağlı olub - İran XİN
-
Qubada torpaq sürüşməsi: Rayonla kəndləri birləşdirən yol sıradan çıxdı (VİDEO)
-
İstanbulda əyləncə məkanlarına basqın - Məşhurlar saxlanıldı
-
Şirvan şəhərində illərdir həllini gözləyən yol problemi - VİDEO
-
Bir sıra ərazilərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
-
“ABŞ-İran danışıqlarında vasitəçiliyə davam edəcəyik“ - Pakistan XİN
-
Kartdan xəbərsiz pul silinir: Bakıda ictimai nəqliyyatda rəqəmsal ödəniş böhranı
-
Bataqlıqlardan yaşayış sahələrinə: Göllər yaşayış sahəsinə necə çevrilir?
-
Avtomobil bazarında gözlənilməz dönüş: Maşınlar təcili satılır, qiymətlər enir
-
İslamabad danışıqları heç bir nəticə vermədi - İran XİN
-
“Dedi ki, mən 20 manatlıq həkim deyiləm“ - Gəncdən əməliyyat üçün pul tələb edilib
-
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə paylaşım etdi - FOTO
-
“ABŞ və İran İslamabadda keçirilən danışıqlarda razılığa gələ bilməyib“ - Vens
-
Nizami və Sabunçu rayonlarının kəsişməsində sakinlər təhlükədə - VİDEO
-
Sürücülər təhlükəsizlik kəmərindən istifadəyə məsuliyyətli yanaşırlar? - VİDEO
-
Türkiyədə genişmiqyaslı əməliyyatlar - 722 nəfər saxlanıldı
-
“Pakistanda keçirilən danışıqlarda İranın maraqları müdafiə olunur“ - Pezeşkian
-
“İlham baba mənə “KamAZ” göndərdi” - VİDEO
-
Qohum evlilikləri: Qanun var, amma ənənələr qalır
-
ABŞ hərbi gəmiləri Hörmüz boğazından keçib? - Rəsmi Tehran dərhal təkzib etdi
-
Prezidentdən strateji addım - Nazirliyə həlledici səlahiyyət verildi
-
Silahlar susdu, əsirlər qayıtdı: Zelenski 175 nəfərin azad olunduğunu elan etdi
-
Masazırda 2 qadının qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb - Baş Prokurorluq
-
“Hörmüz boğazını minalardan təmizləməyə başlayırıq“ - TRAMP
-
Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?
-
“Mançester Yunayted“də 100 milyon avroluq “təmizlik“: Beş futbolçu ilə yollar ayrılır
-
Gəncə prospektində sürüşmə baş verdi: Mütəxəssislər hadisə yerində
-
Azərbaycanda imtahan sualları niyə bilərəkdən “tələ” kimi qurulur? - İmtahan qalmaqalı
-
Sərxan Kəmalə Günəşlidən yazdı: “Arxa plan gözümüzü “mazol” etdi”
-
Dini ziyarət üçün Azərbaycana gələn əcnəbilər burada nə qədər pul xərcləyiblər? - Siyahı
-
Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri Qəbələdə - Fotolar
-
Xalaqızlarını öldürən Nuranənin sevgilisi imiş? - Masazırdakı cinayətin təfərrüatı
-
“Artemis II” missiyası uğurla başa çatıb – Astronavtlar Yerə qayıdıblar
-
Melaniya Tramp üçün Epşteyn şoku: Qalmaqal ABŞ-ı yenidən silkələdi
-
Qubanın daha bir kəndində torpaq sürüşməsi - Evlər təhlükə altında
-
İranı kim idarə edir? - Xamenei, Vəhidi, Qalibaf, Pezeşkian...
-
Zubir “Qarabağ“dan gedir -Yeni klubu açıqlandı
-
Masazırda dəhşətli hadisə - İki qadın qətlə yetirildi
-
Azərbaycanda ən az boşanma bu rayonda qeydə alınıb - TAM SİYAHI
-
Uqandada “vətəndaş müharibəsi“ başlayıb - Şimpanzelər arasında
TOP 10
ARXİV






