“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İstifadə olunmamış əlavə məzuniyyətə görə - Kompensasiya veriləcək

Tarix 21.02.26, 16:58

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Konstitusiya Məhkəməsi əmək qanunvericiliyində işçilərin hüquqlarına dair mühüm qərar qəbul edib.

“Qafqazinfo”nun məlumatına görə, qərar bu vaxta qədər mübahisəli olan işçinin əlavə məzuniyət pulu alıb-almaması ilə bağlıdır.

Əvvəllər işdən çıxan işçilərə Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiya verilmirdi. Bu isə bərabərlik və ədalət prinsiplərinə zidd hesab edilirdi. İndi isə Məhkəmə Plenumu Ombudsmanın sorğusu əsasında Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrini Konstitusiyaya uyğunluğunu yoxlayıb.

Plenum qərar qəbul edib ki, işçi işdən çıxarkən istifadə etmədiyi əlavə məzuniyyətlərə görə də kompensasiya almalıdır. Kompensasiya məbləği isə əsas məzuniyyət üçün müəyyən edilən qaydada hesablanacaq.

Konstitusiya Məhkəməsinin bu qərarı əmək müqavilələrinə xitam verilən bütün münasibətlərə və hazırda məhkəmələrin icraatında olan işlərə şamil olunur. Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən dəyişdirilə və ləğv oluna bilməz.

Qeyd edək ki, qanunda nəzərdə tutulan əsas məzuniyyət müddəti 21 gündür. Əlavə məzuniyyət isə xüsusi hallarda və müəyyən kateqoriyadan olan işçilərə verilir. Buna misal kimi zərərli və ağır işlərdə işləyənləri, xüsusi dövlət və ictimai vəzifələrdə işləyənlərə, uşaqlı qadınlara və sair verilir.



Xəbərin oxunma sayı : 166




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap