“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Şahzadə Endryu sərbəst buraxıldı - İstintaq davam edir

Tarix 20.02.26, 11:18

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Böyük Britaniya kralı Kral III Çarlzın kiçik qardaşı, keçmiş şahzadə Şahzadə Endryu fevralın 19-da amerikalı maliyyəçi Ceffri Epşteynlə bağlı istintaq çərçivəsində saxlanılıb.

Məlumata görə, Endryu 12 saat polis nəzarətində qaldıqdan sonra sərbəst buraxılıb. Onunla bağlı araşdırmalar isə davam edir.

Fevralın əvvəlində Epşteyn işi üzrə dərc olunmuş sənədlərdə adı keçən yüksək vəzifəli britaniyalılarla bağlı yeni ittihamların araşdırılması üçün xüsusi koordinasiya qrupunun yaradıldığı açıqlanmışdı. Sənədlərdə vaxtilə Böyük Britaniyanın ticarət nümayəndəsi vəzifəsini tutmuş  Endryunun Epşteynə məxfi materiallar ötürdüyü iddia olunurdu.

Epşteynlə Endryu arasındakı əlaqələrin yenidən gündəmə gəlməsi mərhum Virciniya Cüffrenin xatirə kitabının nəşrindən sonra baş verib. 2025-ci ilin aprelində intihar edən Cüffre “Nobody`s Girl” (“Heç kimin qızı”) adlı kitabında Endryu ilə üç dəfə intim münasibətdə olduğunu iddia edib.

Onun sözlərinə görə, ilk epizod 2001-ci ildə Londonda Maksvelin evində baş verib. "The Guardian" yazıb ki, həmin vaxt Cüffrenin 17 yaşı olub və Endryu bundan xəbərdar idi.

Bundan əvvəl "Daily Mail" Endryu ilə Cüffrenin birgə fotosunu dərc etmişdi. Fotoda şahzadə qızın belindən tutmuş vəziyyətdə görünür.

Açıklama yok.

Qalmaqaldan sonra Endryu kral ailəsi üzvü kimi tutduğu Böyük Britaniyanın beynəlxalq ticarət və investisiyalar üzrə xüsusi nümayəndəsi vəzifəsini tərk etməyə məcbur olmuşdu. Daha sonra Kral III Çarlz onu titullar və fəxri adlardan məhrum edib, həmçinin kral iqamətgahından köçürülməsi barədə göstəriş verib.

Endryunun saxlanılmasından sonra monarx istintaqa dəstəyini ifadə edib, qardaşının hərəkətlərindən narahatlığını bildirib və araşdırmaya tam əməkdaşlıq ediləcəyini vəd edib.



Xəbərin oxunma sayı : 163




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap