“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Səhiyyədə qaranlıq büdcə: TƏBİB niyə illərdir hesabat vermir?

Tarix 18.02.26, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadçı Rövşən Ağayev TƏBİB rəhbərliyində baş verən dəyişikliklər və səhiyyə sistemində mümkün struktur islahatları fonunda icbari tibbi sığortanın real vəziyyəti ilə bağlı bir sıra ciddi suallar qaldırıb.

AzFakt.com xəbər verir ki, ekspert sosial şəbəkə paylaşımında TƏBİB rəhbərinin vəzifədən azad edilməsindən sonra səhiyyə mövzusunun yenidən aktuallaşdığını qeyd edərək, artıq təxminən 5 ildir tətbiq olunan icbari tibbi sığorta sistemində əsas mexanizmlərin hələ də şəffaf işləmədiyini bildirib.

Rövşən Ağayev xüsusilə aşağıdakı məqamların ictimaiyyət üçün qaranlıq qaldığını vurğulayıb:
• icbari tibbi sığortanın əsas dayaqlarından olan unikal pasiyent identifikasiya sisteminin hansı mərhələdə olduğu;
• dövlət və özəl xəstəxanaların elektron səhiyyə platformasına inteqrasiyasının real vəziyyəti;
• tibbi infrastrukturla bağlı açıq statistik məlumatların niyə açıqlanmadığı.
İqtisadçı qeyd edib ki, OECD ölkələri üzrə hesabatlarda hər 100 min nəfərə düşən MRT, EKQ, USM aparatları, təcili yardım maşınlarının sayı, regionlar üzrə bölgü kimi göstəricilər müntəzəm dərc olunur. Azərbaycanda isə bu cür məlumatlar açıq mənbələrdə yer almır.

Ekspert daha bir vacib məsələyə də toxunub: artıq 4 ildir büdcəsi təsdiqlənən İcbari Tibbi Sığorta Fondunun icrası ilə bağlı təfsilatlı hesabatların açıqlanmaması.
Onun sözlərinə görə, cəmiyyət bilməlidir:
• vəsaitlər dərmana, əməkhaqqına, avadanlığa və təmirə necə bölünür;
• xərclər rayonlar üzrə necə paylanır;
• hər rayonda neçə nəfər icbari tibbi sığortadan istifadə edir;
• əsas xidmətlər üzrə istifadəçi statistikası nə yerdədir.
Rövşən Ağayev vurğulayıb ki, effektiv səhiyyə və icbari tibbi sığorta sisteminin qurulmasının əsas şərtlərindən biri şəffaflıq və hesabatlılıqdır:
“Bu olmadan nə vətəndaşın etimadını qazanmaq, nə də real islahat aparmaq mümkündür.”
Qeyd edək ki, TƏBİB rəhbərliyində baş verən son dəyişikliklərdən sonra səhiyyə sistemində daha geniş struktur qərarlarının gündəmdə olduğu bildirilir.



Xəbərin oxunma sayı : 193




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap