“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Bakıda ərindən boşanmaq istəməyən qadın falçıya 16 min manat verib - Kuryoz dələduzluq

Tarix 18.02.26, 15:12

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda həyat yoldaşından boşanmaq istəməyən qadın falçıya üz tutub və dələduzluğun qurbanı olub.

AzFakt.com "Teleqraf"a istinadən xəbər verir ki, Zərnigar Məmmədova bunun üçün 1968-ci il təvəllüdlü, özünü falçı kimi təqdim edən Aidə Cəfərovaya (adlar və soyadlar şərtidir -red.) 16 297 manat ödəyib.

Belə ki, Zərnigar ailə problemlərinin həlli üçün baxıcı qadına müraciət edib.

Falçı isə 16 000 manat pul müqabilində müxtəlif dualar yazıb verməklə ailəsinin dağılmasının, həyat yoldaşının onu boşamasının və xarici dövlətə köçüb getməsinin qarşısını ala biləcəyini deyib.

İlkin olaraq Aidə Cəfərova ondan 790 manat məbləğində nağd pul alıb, əvəzində qadına iki xaç və iki yumru əşya verib. Qeyd edib ki, onları evdə gizlətsin, bunun həyat yoldaşı ilə münasibətləri yaxşılaşacaq.

Daha sonrakı təmaslarda falçı Zərnigarı aldatmaqda davam edərək, onun qızıl-zinət əşyalarını da ələ keçirib.

Yekunda dələduzluğa məruz qaldığını anlayan qadın hüquq-mühafizə orqanlarına müraciət edib, cinayət işi açılıb, baxılması üçün məhkəməyə göndərilib.

Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs qarşı tərəfə dəymiş maddi ziyanı ödədiyini bildirib. "Konstitusiya və Suverenlik İli" münasibətilə elan edilən amnistiya aktı tətbiq edilməklə, özünü falçı kimi təqdim edən qadının barəsindəki Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi üzrə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib.



Xəbərin oxunma sayı : 325




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap