“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Putin hələ iki il də döyüşmək fikrindədir” - Qərb kəşfiyyatı açıqladı

Tarix 18.02.26, 21:20

Font ölçüsü : - / +
bitmap-img6


Vladimir Putin qalib gələcəyinə əmindir və Donbassa tam nəzarəti ələ keçirmək üçün müharibəni davam etdirməyə hazırdır.

Bu barədə “The New York Times” nəşri bir neçə Qərb ölkəsindən olan kəşfiyyat və hərbi mənbələrə istinadla məlumat yayıb.

Kəşfiyyat mənbələrinə görə, Donetsk bölgəsinin tam ələ keçirilməsi daha 1,5-2 il çəksə belə, Putin əmindir ki, Ukrayna infrastrukturuna və yaşayış binalarına hər gün zərbələr endirilməsi onun üstünlüyünü daha da artıracaq.

Məlumatda o da qeyd edilir ki, Kreml Stiven Uitkoffun ABŞ-nin baş danışıqçısı təyin edilməsini alqışlayır. Donald Trampın kürəkəni, Cared Kuşner də Kremldə razılıqla qəbul olunur: “Çünki onlar danışıqlar zamanı insan hüquqları və demokratiya quruculuğu mövzusunda mühazirələr oxumurlar”.

Beləliklə, Putin itkilərə və ordunun cüzi irəliləyişinə baxmayaraq müharibəni davam etdirməyə hazırdır. Ötən il, CSIS hesablamalarına görə, Rusiya Ukrayna ərazisinin yalnız 0,8%-ni (4831 kvadrat kilometr) nəzarətə götürə bilib, əvvəlki il isə bu rəqəm 0,6% olub. Üstəlik, 2022-ci ilin fevral ayından bəri ordu 1,2 milyon itki verib, o cümlədən 325.000 həlak olub. Bu, Sovet ordusunun Əfqanıstandakı itkilərindən 17 dəfə, hər iki Çeçenistan müharibəsi dövründəki itkilərdən 11 dəfə çoxdur.

CSIS hesablamalarına görə, Ukrayna Silahlı Qüvvələri 500.000 ilə 600.000 arasında əsgər itirib, o cümlədən onların 140.000-ə qədəri həlak olub. Hər iki orduda ümumi itkilər 1,8 milyona çatıb və CSIS mütəxəssislərinin proqnozlarına görə, yaza qədər onların sayı 2 milyona çatacaq.

Tramp Putini Ukrayna ilə birbaşa danışıqlara cəlb etməyi bacarsa da, bu görüşlərin konkret nəticəsi yoxdur. Əbu-Dabi və Cenevrədə bir neçə raund dialoqa baxmayaraq, əsas ərazi məsələsi və Zaporojye Atom Elektrik Stansiyası ilə bağlı məsələ həll edilməmiş qalır.

Həmçinin, əksər mütəxəssislər hesab edir ki, Putinin Vladimir Medinskini yenidən danışıqlar heyətinə başçı təyin etməsi onun planlarında güzəştin olmadığını göstərir.



Xəbərin oxunma sayı : 142




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap