Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Astaradakı “Astalanya“ istirahət mərkəzi işçilərin maaşını vermir - VİDEO

Tarix 16.02.26, 9:00

Font ölçüsü : - / +
bitmap-img6


Astara rayonunda fəaliyyət göstərən "Astalanya" istirahət mərkəzində maaşların verilməməsi ilə bağlı iddialar var. Bununla bağlı “Xəzər Xəbər”ə müraciət edən işçilər bildiriblər ki, müəssisədə bəzi vətəndaşlar qeyri-rəsmi şəkildə işə cəlb edilib və onların son əməkhaqları ödənilməyib.

Xezerxeber.az-ın məlumatına görə, Astara rayonu, Şahağac kəndinin sakiniləri-  Tamara Abbasova və Səyyarə Məmmədova Qamışoba kəndində fəaliyyət göstərən "Astalanya" istirahət kompleksindən şikayətçidirlər.

Onlar bununla bağlı “Xəzər Xəbər”ə müraciət edərək bildiriblər ki, sözügedən obyektdə müəyyən müddət çalışsalar da, onlarla rəsmi əmək müqaviləsi bağlanılmayıb.

Biz də iddiaların nə dərəcədə doğru olduğunu öyrənmək üçün Şahağ kəndinə yollandıq. Öyrəndik ki, 660 manat məbləğində əməkhaqqı bu günədək istirahət kompleksinin keçmiş icarədarı tərəfindən  onlara ödənilməyib.

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədilə adıçəkilən istirahət kompleksində olduq.

Obyektdən “Xəzər Xəbər”ə bildirildi ki, hər iki şikayətçinin əməkhaqqı yaxın müddət ərzində tam şəkildə ödəniləcək.  






Xəbərin oxunma sayı : 1198




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap