“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Rəqəmsallaşmanın sürətlənməsi ölkəmizin əsas prioritetlərindən biridir

Tarix 15.02.26, 13:59

Font ölçüsü : - / +
bitmap-img6


Yeni texnologiyalar qlobal inkişafın əsas istiqamətlərini müəyyənləşdirən başlıca amillərdən birinə çevrilib. Rəqəmsallaşmanın sürətlənməsi, süni intellektin müxtəlif sahələrdə tətbiqi və data mərkəzlərinin qurulması artıq dünya gündəminin prioritet məsələləri sırasındadır. Azərbaycan da rəqəmsal transformasiya prosesinə fəal şəkildə qoşularaq bu sahədə ardıcıl və məqsədyönlü addımlar atır. İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi, dövlət xidmətlərinin elektron platformalara inteqrasiyası, innovativ həllərin təşviqi və müasir rəqəmsal infrastrukturun formalaşdırılması həyata keçirilən siyasətin əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi də təsadüfi xarakter daşımırdı.

Müşavirənin əsas məqsədi rəqəmsallaşmanı strateji prioritet kimi müəyyənləşdirmək və bu istiqamətdə ardıcıl, sistemli addımların atılmasını təmin etmək idi. Prezident vurğuladı ki, ölkəmizin neft-qaz, nəqliyyat və enerji sahələrində təcrübəsi, beynəlxalq əlaqələri və uğurla icra edilmiş layihələri rəqəmsal inkişaf üçün mühüm üstünlüklərdir. Azərbaycanın coğrafi mövqeyi, Şimal-Cənub dəhlizi və mövcud infrastruktur strateji üstünlük təmin edir. Enerji generasiya gücü və bərpaolunan enerji potensialı rəqəmsal layihələr üçün əsas resursdur, fiber-optik bağlantılar isə ölkənin rəqəmsal imkanlarını gücləndirir. Prezident qeyd etdi ki, dövlət qurumları arasında sıx koordinasiya vacibdir. Rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul şəxslər müəyyən edilməli, dövlət xidmətləri vahid platforma (“myGov”) üzərindən göstərilməli, həm ali təhsil, həm də orta məktəblərdə kadr hazırlığı gücləndirilməlidir. Özəl sektora dəstək mexanizmləri hazırlanmalı, kibertəhlükəsizlik sahəsində isə davamlı nəzarət təmin edilməlidir. Dövlət və özəl sektorda süni intellektin tətbiqi genişləndirilməli, qərarverməyə inteqrasiya olunmalıdır.

Prezident həmçinin beynəlxalq tərəfdaşlıqları və investisiya imkanlarını xatırlatdı və söylədi ki, ABŞ, Avropa və Çin ilə imzalanmış strateji sənədlər, qlobal fondlarla əməkdaşlıq və aparıcı şirkətlərlə danışıqlar Azərbaycan üçün rəqəmsal sahədə üstünlük yaradır və bu imkanlar proqramlara inteqrasiya olunmalıdır.

Müşavirədə yekun olaraq işlərin vahid koordinasiyası və planının hazırlanmasının zəruri olduğu vurğulandı və bu prosesin dövlət nəzarəti altında həyata keçiriləcəyi bildirildi. Bu yanaşmanın qarşıdakı mərhələdə fəaliyyətin daha çevik, məqsədyönlü və səmərəli qurulmasına xidmət edəcəyi şübhə doğurmur.

Rəşid Bağırov




Xəbərin oxunma sayı : 148




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap