| |
|
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Yaponiya-Çin gərginliyi pik həddə: Qarşılıqlı hədələr durmadan artır
Saleh Məmmədovun işçisindən 20 min dollarlıq toy hədiyyəsi - AAYDA sədrini hədəfə gətirdi
Prezident İlham Əliyev müşavirə keçirdi - FOTO
Tarix 11.02.26, 17:32 |
|
Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Biz bugünkü müşavirədə rəqəmsal inkişafla bağlı olan məsələləri müzakirə edəcəyik, buna ehtiyac var. Bu məsələ bizim gələcək inkişafımızı böyük dərəcədə şərtləndirəcək. Dünyada gedən meyillər, trendlər bəllidir. Bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, bu barədə bu gün danışılacaq. Ən önəmlisi gələcək fəaliyyətimizdə bu məsələni əsas prioritetlər siyahısına daxil etməyimizdir.
Bizim neft-qaz, bağlantılar sahələrində böyük təcrübəmiz var - beynəlxalq şirkətlərlə olan əlaqələr, böyük təcrübəmiz və bir çox ölkələrlə bu nəhəng layihələri icra etməyimiz. Çünki bunlar həm bilik, bacarıq, texniki keyfiyyətlər, eyni zamanda, geniş beynəlxalq əlaqələr tələb edən məsələlərdir. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra etmişdir. Yəni bu sahədə həm təcrübəmiz var, həm də artıq yaradılmış platformalar var. Nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. Bu istiqamətdə müəyyən işlər görülüb. Neft-qaz kəmərləri tikilən zaman, o cümlədən bu məsələ də öz həllini tapıb. Ancaq bu, təbii ki, bugünkü tələblərə cavab vermir. Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir.
Qeyd etdiyim kimi, transmilli böyük şirkətlərlə iş təcrübəmiz - bu da böyük üstünlükdür. Müsbət investisiya iqlimi. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub - həm qanunlar tərəfindən, eyni zamanda, gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın. Deyə bilərəm ki, burada da nadir təcrübəmiz var. 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.
Digər üstünlüyümüz ondan ibarətdir ki, son illər ərzində aparılan işlər nəticəsində biz öz enerji generasiya gücümüzü böyük dərəcədə artıra bilmişik. Son 20 il ərzində generasiya gücümüz təxminən iki dəfəyə yaxın artıb və bu gün 10 min meqavata bərabərdir. Yeni elektrik stansiyaları, - istər qaz, istər hidro, istər Günəş, külək, - bu gün Azərbaycan reallıqlarını müəyyən edib. Hazırda bizim ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücümüz var ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.
Onu da bildirməliyəm ki, yerləşdiyimiz bölgədə, geniş bölgədə bu imkanlara malik olan ölkələr ən azı çox deyil və bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir,- bu barədə dəfələrlə danışılıb,- gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq. Ona görə biz bu üstünlükdən səmərəli şəkildə istifadə etməliyik. Təbii ki, ölkə daxilində elektrik enerjisinə artan tələbat nəzərə alınmalıdır. Xüsusilə bizim sənaye inkişafı ilə bağlı böyük planlarımız var. Həm əhali artır, həm sənaye istehsalı xüsusilə qeyri-neft sektorunda artır və bu ilin yanvar ayında qeyri-neft sənayemiz təqribən 8 faiz artmışdır. Ona görə bizim enerji güclərimiz ölkənin inkişafını dəstəkləməlidir.
Eyni zamanda, bildiyiniz kimi, xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalanıb və biz elektrik enerjisinin bir qismini ixrac edəcəyik. Ancaq data mərkəzlərinin yaradılması da dediyim kimi, böyük enerji güclərini tələb edir.
Fiber-optik bağlantılarla əlaqədar qeyd etdiyim kimi, enerji infrastrukturunun yanında bu kabellər də çəkilib. Hazırda bizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir, ümid edirəm ki, bu il başa çatacaq. Beləliklə, Şərqə doğru bağlantılar təmin ediləcək, Qərbə doğru isə yeni bağlantılar üzərində işləməliyik. Təbii ki, bugünkü müşavirədə müzakirə ediləcək məsələlərin həlli üçün bu da başlıca məsələlərdən biridir.
Digər üstünlüyümüz isə ondan ibarətdir ki, biz bu sahədə dünyanın aparıcı şirkətləri ilə artıq təmaslar qurmuşuq. Bir neçə aparıcı şirkətlə danışıqlar aparılıb, ölkəmizin imkanları onlara təqdim edilib. Eyni zamanda, dünyanın böyük və deyə bilərəm ki, ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla bizim sıx əlaqələrimiz var. Azərbaycan Dövlət Neft Fondu uzun illərdir bu təsisatlarla əməkdaşlıq edir və o təsisatlar vasitəsilə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsi idarə olunur. Biz artıq bu təsisatlara vəsait yatırırıq və onlarla bu yaxınlarda aparılmış danışıqlarda, eyni zamanda, bu qurumlardan Azərbaycana investisiyaların cəlb edilməsi məsələləri də qaldırılmışdır və müsbət cavab alınmışdır. Yəni indi konkret layihələr üzərində işləyirik və rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi də dediyim ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, bizim böyük üstünlüyümüzdür. O cümlədən dünən bu binada Amerika Hökuməti ilə Azərbaycan Hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası da bu üstünlüyü bizə təmin edir. Bu Xartiya tarixi bir sənəddir. Bu, artıq mətbuatda da dərc edilib, hər kəs görə bilər nədən ibarətdir, o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür.
Eyni zamanda, bizim Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri var. Təbii ki, Avropa şirkətləri bu sahədə Amerika şirkətləri ilə rəqabət apara bilməzlər, onlardan bəlkə ən azı bir nəsil geridədirlər. Ancaq orada da müəyyən işlər görülür və o ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq təmin edilməlidir.
Keçən il isə Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalamışıq. Yəni biz bu gün dünyada nadir ölkələrdənik ki, dünyanın aparıcı güc mərkəzləri ilə artıq imzalanmış strateji tərəfdaşlıq formatında çalışırıq. Yəni bu, bizim üstünlüyümüzdür. Dünyada bu qədər üstünlüyü olan ikinci ölkə tapıla bilər, çox axtarsan. Ona görə bundan istifadə etməmək tamamilə qəbuledilməzdir. Bütün bunları nəzərə alaraq, artıq bir müddət bu istiqamətdə işlərin vahid koordinasiyası ilə bağlı məsələlər müzakirə edilir, mənim göstərişimlə bu məsələlər ətrafında fikir mübadiləsi aparılır, bu gün isə mənim sədrliyimlə. Nəzərə alsaq ki, bu məsələ qeyd etdiyim kimi, prioritet təşkil edir, mənim sədrliyimlə bugünkü müşavirədə biz görüləcək işlərlə bağlı konkret fəaliyyət planının hazırlanmasına başlamalıyıq. Tezliklə onu başa çatdırmalıyıq və beləliklə, bu sahəyə daha güclü təkan verməliyik.
Bu gün təqdimatda əsas məsələlər göstəriləcək. Ondan əvvəl bəzi fikir və tapşırıqlarımı diqqətinizə çatdırmaq istərdim. Birinci növbədə, bu sahədə dövlət qurumları arasında çox sıx koordinasiya aparılmalıdır. Burada dövlət qurumları arasında sıx təmaslar olmalıdır, pərakəndəliyə yol verilməməlidir və qısa müddət ərzində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlamalıdır və mənə təqdim edilməlidir.
Bu məsələdə işlərin daha səmərəli təşkili üçün hesab edirəm ki, hər bir dövlət qurumunda, ilk növbədə, nazirliklərdə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir müavin ayrılsın, ya yeni ştat vahidi yaradılsın, ya da bu sahə mövcud müavinlərin birinə tapşırılsın ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları, rəhbərliyi bilsinlər ki, onların təmasda olacaqları şəxslər kimdir və hər bir dövlət qurumunda bu sahə prioritet sayılmalıdır. Bu, bir.
Son illər ərzində müxtəlif dövlət qurumları - nazirliklər və digər dövlət qurumları tərəfindən müxtəlif platforma və tətbiqlər işlənib hazırlanmışdır. Bu işin artıq koordinasiya şəklində aparılması üçün hesab edirəm ki, buna da ehtiyac olmayacaq və yaradılmış platforma və tətbiqlər tədricən ləğv edilməlidir, hansı müddət ərzində, onu indi mənə təkliflər təqdim ediləndə təklif edərsiniz. Dövlət xidmətləri “mygov” üzərindən həyata keçirilməlidir -yəni vahid mərkəzdən. Hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir. İndi buna nə qədər vaxt lazımdır, əlbəttə ki, bunu siz mənə bildirərsiniz. Eyni zamanda, bu gün mövcud olan platformaların üstünlükləri, əldə edilmiş təcrübə və bu platformaların işlənməsində iştirak etmiş şəxslər, kadrlar da ümumi işə cəlb edilməlidir. Yəni mən əldə edilmiş nəticələri qiymətləndirirəm, amma, eyni zamanda, bu gün vaxt gəlib çatıb ki, bu, vahid mərkəzdə birləşsin.
Kadr hazırlığına gəldikdə, bu, əsas vəzifələrdən biridir. Son vaxtlar bu istiqamətdə müəyyən işlər görülür. Biz öz təhsil sistemimizdə bu sahəyə daha böyük diqqət göstərməliyik. Həm Azərbaycanda fəaliyyət göstərən ali məktəblərdə, eyni zamanda, dövlət xətti ilə xaricə göndərilən tələbələr bu ixtisas üzrə peşəkarlığı artırmalıdırlar. Ona görə nəzərə alsaq ki, bu, uzunmüddətli proses olacaq və bu proses ancaq və ancaq genişlənəcək, gələcəkdə bu sahədə kadrlara böyük ehtiyac olacaq. Təbii ki, orta məktəblərdə şagirdlərə ilkin biliklərin aşılanması üçün tədris proqramına da müəyyən dəyişikliklər edilməlidir.
Süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir. Çünki burada hər hansı bir qərarın düzgün olub-olmaması ilə bağlı süni intellekt təbii ki, yardımçı ola bilər. Ona görə bu sistemə də baxmaq lazımdır və rəhbər orqanlarında təmsil olunan şəxslər süni intellektdən geniş istifadə etməlidirlər.
Özəl sektora gəldikdə, burada eyni yanaşmanı təmin etmək üçün dəstək mexanizmləri işlənməlidir. Biz özəl sektora bu sahədə hansı formada daha böyük diqqət göstərilməsini təşviq edə bilərik, bu barədə də təkliflər veriləcək.
Kibertəhlükəsizlik üzrə əsas hədəflər müəyyən edilməlidir. Bu sahə də kritik sahələrdən biridir. Biz keçən il çox mütəşəkkil və aqressiv kiberhücuma məruz qalmışıq. Biz onun mənbəyini də bilirik və lazımi tədbirlər də görülmüşdür ki, özümüzü bu ciddi problemlərdən qoruya bilək. Ona görə bu sahəyə ciddi diqqət göstərilməlidir. Bizdə artıq fəaliyyət göstərən Kibertəhlükəsizlik Mərkəzi var, onun işi daim diqqət mərkəzində olmalıdır.
Təbii ki, artıq qeyd etdiyim kimi, bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar daha sıx olmalıdır. Hesab edirəm ki, bugünkü müşavirə və bu məsələnin Prezidentin nəzarəti altında olması bizim bir çox tərəfdaşlarımıza da ciddi mesaj olacaq ki, Azərbaycan bu sahəni özü üçün prioritet sayır. Bizdə olan imkanlar nədən ibarətdir? Mənim sadaladığım üstünlüklər xarici tərəfdaşlarımıza da çatdırılmalıdır. Sadalamadığım üstünlüklər indi siz tərəfdən də çatdırılmalıdır ki, biz bu sahəyə güclü təkan verək.
Qeyd etdiyim kimi, fəaliyyət planı hazırlanmalıdır və mənə təqdim edilməlidir. Bu gün müzakirə edilən və ediləcək, o cümlədən təqdimatda göstəriləcək məsələlər fəaliyyət planına salınmalıdır.
İndi isə təqdimat üçün söz verilir rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevə.
x x x
Nazir Rəşad Nəbiyevin çıxışı
- Möhtərəm cənab Prezident.
Hörmətli Mehriban xanım.
Hörmətli həmkarlar.
Cənab Prezident, əvvəlcə Sizə rəqəmsal inkişaf və nəqliyyat sahəsinə göstərdiyiniz davamlı diqqət və qayğıya görə minnətdarlığımı bildirmək istəyirəm. Göstərdiyiniz bu diqqət və qayğı nəticəsində son illərdə bu sahələrdə yaradılan əlavə dəyər davamlı olaraq artmaqdadır. Ötən il ölkəmizdə nəqliyyat sahəsində artım 5 faiz, İKT sahəsində təxminən 8,5 faiz olmuşdur. Sizin də haqlı olaraq vurğuladığınız kimi, artıq dünyada rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələməkdədir. Süni intellektin yaxın 2030-cu ilə qədər yaradacağı əlavə dəyərin təxminən 16 trilyon ABŞ dolları həcmində olmasını gözləyirik.
Möhtərəm cənab Prezident, artıq Sizin burada da səsləndirdiyiniz kimi və öncədən də verdiyiniz tapşırığa uyğun olaraq, dünya praktikası, ölkəmizin hazırkı vəziyyəti və qarşısında duran yeni çağırışlar nəzərə alınmaqla texnoloji inkişafımızı irəlilədəcək ilkin fəaliyyət planı hazırlanmışdır. Bu fəaliyyət planı dörd sütun üzərində qurulmuşdur: birincisi, rəqəmsallaşma və rəqəmsal transformasiyanın sürətləndirilməsi. İkincisi, süni intellekt və süni intellekt həllərlə bağlı dövlət müəssisələrində və eyni zamanda, özəl şirkətlərdə bunun geniş tətbiqi. Üçüncü məsələ, innovasiya ekosistemi. Əgər rəqəmsallaşmanı düzgün ediriksə, süni intellekt həllərimiz varsa, biz innovativ ekosistemi elə bir şəraitdə yaratmalıyıq ki, özəl şirkətlər bunun ətrafında əlavə dəyər yarada bilsinlər. Sonda da bütün bunları yaratdıqdan və virtual mühitə keçdikdən sonra bizim əsas çağırışımız kibertəhlükəsizliklə bağlı olacaqdır. Bunlar fəaliyyət planının əsas fokus hissəsini mümkün edəcək 4 amil üzərində qurulmuşdur. İlkin olaraq insan kapitalı, ikincisi, mövcud infrastrukturun yenilənməsi və genişləndirilməsi, üçüncüsü, qanunvericiliyimizin müasir tələblərə uyğunlaşdırılması və dördüncüsü isə idarəetmə proseslərinin çevik olmasıdır.
Cənab Prezident, deməli, biz bu prosesi mərhələli şəkildə görürük. Rəqəmsallaşma özü mərhələli bir prosesdir və bu gün biz dünyanın keçdiyi yolu demək olar ki, mərhələli şəkildə keçməkdəyik. Bu, ilkin məlumatların elektronlaşdırılmasıdır. Başqa sözlə, məlumatların kağız daşıyıcılardan elektron daşıyıcılara keçirilməsidir. İkinci mərhələ xidmət və proseslərin rəqəmsallaşdırılmasıdır. Artıq burada da bir çox proseslər həm dövlət şirkətləri və eyni zamanda, özəl şirkətlər tərəfindən kifayət qədər irəliləmişdir. Gedəcəyimiz son nöqtə, “ağıllı” və proyektiv xidmətlərin formalaşdırılmasıdır ki, bu da rəqəmsal transformasiyanı özündə ehtiva edir. Bütün bu istiqamətlər üzrə məhz Sizin diqqət və qayğınız nəticəsində son illərdə əsas diqqətimiz tənzimləmə çərçivəsinin qurulması və fəaliyyətimizin koordinasiyalı şəkildə aparılmasına yönəlmişdir. Bu istiqamətdə qəbul edilmiş rəqəmsal inkişaf konsepsiyası xüsusi önəm daşıyır. Bununla yanaşı, rəqəmsal inkişaf konsepsiyası qəbul edildikdən sonra təxminən 200-dən çox normativ-hüquqi aktda düzəlişlər edilmişdir və yeniləri qəbul olunmuşdur. Bununla yanaşı, infrastrukturun genişlənməsi artıq tam şəkildə təmin edilmişdir. “Onlayn Azərbaycan” layihəsi uğurla başa çatdırılmışdır. Layihə başlananda ölkədə internetin orta sürəti təxminən 12 meqabit/saniyə idisə, bu gün 90 meqabit/saniyədir. Dövlətə məxsus şirkətlərdə bu rəqəm 150 meqabit/saniyədir. İlin sonuna qədər biz bu rəqəmi 200 meqabit/saniyəyə çatdırmağı planlaşdırırıq və bu gün Azərbaycanın elə bir ucqar nöqtəsi yoxdur ki, orada genişzolaqlı internet təqdim edilməsin.
Ölkənin data mərkəzi, yəni “dövlət cloudu” (red. - “hökumət buludu” ) tam şəkildə qurulub. Ehtiyat və əsas olmaqla Bakı və Yevlax şəhərlərində biz prosesə başladıqda təxminən 50 dövlət müəssisəsi burada öz rəqəmsal ehtiyatlarını yerləşdirirdisə, artıq bu gün bu rəqəm 270-ə çatdırılmışdır. “SİMA” Biometrik İmzanın təqdim edilməsi ilə 4 milyon istifadəçi, nadir istifadəçi artıq son üç il ərzində bu imzadan istifadə edir. “SİMA”nın təqdim edilməsi dövlət xidmətləri ilə yanaşı, özəl şirkətlərin, xüsusilə də bankların işini bir xeyli asanlaşdırmışdır. Misal olaraq qeyd edim ki, bu gün bizim vətəndaşlarımız bankda hər hansı bir depozit hesabın açılması və yaxud da artırılmasını - istənilən bank əməliyyatlarını banka getmədən aplikasiyalar üzərindən tam şəkildə həyata keçirə bilirlər.
“Mygov”la bağlı Siz artıq vurğuladığınız dəstəyə görə təşəkkür edirik. “Mygov” platforması artıq yeni fəlsəfə ilə bizim istifadəçilərin xidmətinə təqdim edilmişdir. Yalnız ötən il biz təxminən 1,3 milyon yeni nadir istifadəçini “mygov”a gətirə bilmişik. Ötən ilin sonunda bu rəqəm 2,2 milyon təşkil edirdisə, bu ilin yanvar ayının sonuna bu rəqəm artıq təxminən 2,5 milyondur. İstifadəçi dedikdə biz ən azı ay ərzində bir dəfə “mygov” platformasından istifadə edən vətəndaşlarımızı nəzərdə tuturuq. İlin sonuna qədər bu rəqəmin təxminən beş milyona çatmasını planlaşdırırıq. Bunu nə mümkün etmişdir sualının cavabı, möhtərəm cənab Prezident, rəqəmsallaşmanın bir sənəd və bir qurum mərkəzli yanaşmadan həyat hadisələri yanaşmasına çevrilməsidir. Bir misal üzərində bunu diqqətinizə məruzə etmək istərdim. Biz həyat hadisələrini müəyyən etmişik. Hazırda təxminən 12 həyat hadisəsi üzərindən dövlətin vətəndaşla təmaslarını qurmaqdayıq. Bir məqamı vurğulamaq istərdim ki, əgər vətəndaşın övladı doğulurdusa, əvvəlcə o, tibb müəssisəsinə yaxınlaşır, hətta orada proseslər rəqəmsallaşmışdısa belə ondan arayışı alır, sonradan Ədliyyə Nazirliyinə o arayışı fiziki şəkildə təqdim edirdi. Ədliyyə Nazirliyi doğum şəhadətnaməni ona verirdi. Doğum şəhadətnaməsini götürdükdən sonra, - o da rəqəmsallaşmışdı, - vətəndaş fiziki şəkildə Dövlət Sosial Müdafiə Fonduna müraciət edirdi, ona müavinət təqdim edilirdi və bununla yanaşı, o, sənədini Daxili İşlər Nazirliyinə təqdim edərək şəxsiyyət vəsiqəsi alırdı. Bu günlər nə baş verir? Bu gün baş verən proses ondan ibarətdir ki, vətəndaşın övladı doğulduqda klinika artıq bu barədə məlumatı sistemə daxil edən kimi sistem məlumatları birbaşa Ədliyyə Nazirliyinə ötürür. Ədliyyə Nazirliyi həmin sistem vasitəsilə vətəndaşı məlumatlandırır ki, siz övladınıza ad verməyi elektron şəkildə təmin edə bilərsiniz. Hətta soyad seçimi imkanları da verir. Təbii ki, əgər o soyad bizim soyadlar siyahısında varsa. Beləliklə də bu məlumat avtomatik şəkildə, artıq proaktiv şəkildə Dövlət Sosial Müdafiə Fonduna ötürülür. Müavinət vətəndaşın müraciəti olmadan müəyyən edilir, təyin edilir və onun kartına köçürülür. Beləliklə, növbəti mərhələdə şəxsiyyət vəsiqəsinin alınması da təmin edilir. Cənab Prezident, biz həmçinin digər həyat hadisələrinə münasibətdə bəzilərini artıq tamamlamışıq, bəzilərində işlər davam edir və Sizin verdiyiniz tapşırığa uyğun olaraq mən əminəm ki, koordinasiyalı şəkildə həmkar nazirliklərlə bu prosesi daha da irəlilədə biləcəyik.
Bütün bunlarla bərabər bizim qarşımızda bəlli çağırışlar var. Siz artıq onları qeyd etdiniz, bəzi dövlət qurumlarında sənədlərin hələ də kağız formatında olması, qurumdaxili fəaliyyət hesab olunması, ümumiyyətlə, rəqəmsallaşmanın bəzi hallarda prioritetləşdirilməməsi, məlumatların pərakəndə və fərdi standartlarla saxlanılması gələcəkdə bizim üçün çox vacib olan verilənlər hövzəsinin, yəni “date lake”in yaradılmasını əngəlləyən məsələlərdəndir ki, “date lake”in və verilənlər bazasının olması bizim süni intellektdən nə qədər səmərəli istifadə edib-etməyəcəyimizi müəyyənləşdirən əsas amillərdən biridir.
Digər məsələ, artıq onu da vurğuladınız. Mən bunların üzərində dayanmaq istəməzdim. Xidmətlər bir pəncərə üzərindən olmasa, yəni “mygov” olmasa, praktik şəkildə, fərdi şəkildə olan aplikasiyalar vasitəsilə biz vətəndaşla əməli münasibətlərimizi qura bilməyəcəyik.
Digər məqamları artıq Siz vurğuladığınız üçün mən onların üzərində dayanmaq istəmirəm. Müavinlərin müəyyən edilməsi çox vacib amillərdən biridir. Sadəcə, nümunə olaraq deyim ki, biz təlimlər təşkil edərkən bəzən ayrı-ayrı müavinlər iştirak edir və bunun davamlılığını biz təmin edə bilmirik. Amma bir müavinin olduğu halda biz həm süni intellekt, həm rəqəmsal inkişaf, eyni zamanda, kibertəhlükəsizliklə bağlı onu dünyada gedən tendensiyalarla məlumatlandıra, biliklərlə təmin edə biləcəyik.
Möhtərəm cənab Prezident, süni intellektlə bağlı Siz artıq vurğuladığınız kimi, xarici tərəfdaşlarla təmaslarımız bizə onu deməyə əsas verir ki, ölkəmizin rəqabətli üstünlükləri var. Onlar hansılardır? Birincisi, ilk növbədə, makroiqtisadi və siyasi sabitlik. Bu, data mərkəzlərinin inşası üçün aparıcı məqamlardan biridir. Digər məqam artıq Sizin bu sahəyə xüsusi diqqətiniz nəticəsində yaradılmış enerji potensialımızdır ki, bu gün süni intellektin inkişafı birbaşa enerjinin olub-olmaması ilə əlaqəlidir. Bizim daha bir üstünlüyümüz Sizin xarici siyasətiniz nəticəsində həm region dövlətləri, həm dünyanın bu sahədə aparıcı dövlətləri ilə siyasi münasibətlərimizin ən yaxşı, ən yüksək səviyyədə olmasıdır və bunun bariz nümunəsi qeyd etdiyiniz kimi, Amerika Birləşmiş Ştatlarının şirkətlərinin ölkəmizə maraq göstərməsi və bizim İsrail dövləti ilə bu yaxınlarda imzaladığımız Anlaşma Memorandumudur ki, artıq bu sənəddən irəli gələrək biz müqavilə üzərində işləməyə başlamışıq.
Digər məqam qərarvermədə dövlətimizin çevik olmasıdır. Bizim Amerikaya səfərimizdə təmaslarımız zamanı gəldiyimiz qənaət ondan ibarətdir ki, orada hər hansı bir data mərkəzinin inşası təxminən iki, üç il arasında çəkir. Amma dövlətimizdə olan çeviklik bizə imkan verəcək ki, çox qısa bir müddətdə bu data mərkəzlərini inşa edək. Bu da data mərkəzlərinin inşası üçün aparıcı amillərdən biridir və bütün bunların hamısı ilə bərabər ən başlıca amil datanın mövcudluğudur. Bu datanın mövcudluğu bizim rəqəmsallaşmanı və rəqəmsal transformasiyanı nə qədər tez keçməyimizdən bilavasitə asılı olacaq. Bununla bağlı artıq diqqətiniz və qərarınız var. Mən əminəm ki, biz bu prosesi də kifayət qədər qısa müddətdə keçə biləcəyik. Burada artıq onlar bizdən daha nələri gözləyirlər sualının cavabı bizim qanunvericilik bazamızın müasir çağırışlara uyğunlaşdırılmasıdır. Bu xüsusda mən xüsusilə “Sandbox” rejimini qeyd etmək istərdim. Bu nədir? Hər hansı bir sahədə, tutaq ki, səhiyyə, təhsil və yaxud da “fintex”, maliyyə sahələrində biz dövlətin tənzimlənməsi ilə kiçik hallar üzərindən bu və ya digər həllərin, yəni aparıcı dövlətlərin həllərinin test edilməsi, sonradan ya ölkəmizdə ya da dünyanın digər ölkələrində bunun miqyaslanması anlamına gəlir. Bütün dünya dövlətləri bundan istifadə edirlər. Bu da öz əksini fəaliyyət planında tapıb.
Burada da çağırışlar təxminən bizim rəqəmsal transformasiyada olan çağırışlarla eynidir. İnsan kapitalı. İnsan kapitalına gəldikdə, bizim miqrasiya qanunvericiliyimizin yumşaldılması və orada həm “freelancer”lərin və eyni zamanda, rəqəmsal səyyahların statusunun tanınması çox önəmlidir.
Digər məsələlərin üzərində dayanıb vaxtınızı almaq istəmirəm. Onlar təxminən yenə infrastrukturla bağlı məsələlərdir. Yenə qərarvermə ilə bağlı məsələlərdir ki, artıq verdiyiniz tapşırığa uyğun olaraq, əminəm ki, biz bu prosesi də kifayət qədər səmərəli keçəcəyik.
Nəhayət, innovasiya ekosistemi artıq məruzə etdiyim kimi, fokuslanandan sonra bizim əsas məqsədimiz bütün bu həllərin bu sahədə yaranan əlavə dəyərin maksimum səviyyəyə çatdırılmasıdır. Bu sahədə artıq 2022-ci ildə Sizin və Mehriban xanımın birbaşa müdaxiləniz və nəzarətinizlə 2022-ci ildə IT sahəsində çalışan şirkətlərə xüsusi rejimin tanınması ilə bağlı qanunvericilik norması qəbul edilmişdir və bunun nəticəsi olaraq bu gün texnopark rezidenti olan şirkətlərin sayı təxminən 165-ə çatmışdır. Onlardan 10-u xarici şirkətdir və bu sahədə onlar tərəfindən yaradılan gəlir təxminən bir milyard manat çərçivəsindədir və biz hesab edirik ki, bu, bizim ölkəmizin potensialını əks etdirmir. Bizim üçün əsas göstərici bu sahədəki ixrac rəqəmimizdir. Təəssüflər olsun ki, bu sahədə bizim ixracımız təxminən 100 milyon dollar ətrafındadır. Hesab edirik ki, Fəaliyyət Planında əksini tapmış tədbirlər həyata keçirilərsə, biz həmin 100 milyonu bir milyard və ondan da yuxarı rəqəmlərə gətirib çatdıra bilərik.
Üzərində çox dayanmadan görülmüş işlər siyahısında artıq Siz vurğuladığınız kimi, istər universitetlərimizin potensialının artırılması, istərsə də xaricdə təhsil dövlət proqramı bu ekosistemin inkişafına bilavasitə təkan verən amillər sırasındadır. Son illərdə xüsusilə dəqiq elmlər və informasiya texnologiyaları sahəsinə diqqət yetirməyimiz çox yaxın gələcəkdə ekosistemə yeni işçi qüvvəsinin daxil olmasını təmin edəcəkdir. Paralel olaraq həm nazirlik və eyni zamanda, digər həmkar nazirliklər, o cümlədən Elm və Təhsil Nazirliyi tərəfindən də qısamüddətli kursların təşkili təmin edilmişdir ki, Azərbaycan gəncləri - təxminən 16 minə yaxın insan bu kurslardan keçmişdir. Təlimlərin verdiyi biliklər bəlli bir nöqtəyə qədərdir. Bundan sonra biz diqqəti “Hire and Train” (red. - “İşə götür və Öyrət”) Proqramı üzərində cəmləmişik, bu da xarici şirkətlərin Azərbaycana cəlb edilməsi, onlara bəlli bir podrat müqavilələrin təmin edilməsidir ki, artıq biz onların ikisi ilə işləyirik - “Anderson” və “EPAM” şirkətləri. Bunlar Amerika Birləşmiş Ştatlarının şirkətləridir. Biz “mygov”u vətəndaş və dövlət-vətəndaş münasibətlərində necə görürüksə, eyni yanaşmanı da dövlət və biznesə münasibətdə sərgiləməkdəyik. Artıq bunun qanunvericilik bazası var və “mygov biznes” yaxın aylarda bizim biznesin istifadəsi üçün təqdim ediləcək. Həmin layihəni biz “EPAM” şirkəti ilə bir yerdə həyata keçiririk və burada onların qarşısında qoyduğumuz tələb ondan ibarətdir ki, bizim onlara şərti olaraq verdiyimiz 100 dollar müqabilində onlar yerli podratı xarici 100 dollara uyğunlaşdıraraq Azərbaycana gətirirlər. Bizim əməkdaşlarımız burada işlədikləri layihələrlə yanaşı, eyni zamanda, xaricdə olan layihələrdə də işləyib təcrübə qazanırlar. Buradan çıxışımızı biz necə görürük? Əgər burada çalışan təxminən 1000 nəfər və yaxud 2000 nəfər adamdan 5-i, 10-u gedib startap yaratsa və o startap uğurlu olsa, istənilən bir sahədə bu, faktiki olaraq, bizim sonda hədəflədiyimiz, həmin o 100 milyonun bir milyarda və yaxud bir neçə milyarda çatdırılması istiqamətində atılmış əsas addımlardan biri olacaq.
Möhtərəm cənab Prezident, burada bizim diqqət yetirəcəyimiz kifayət qədər məsələlər var. Mən, sadəcə, bir neçəsini artıq Sizin diqqətinizə çatdırmaq istərdim. Bizim bu gün startapların maliyyələşməsini təmin edən maliyyə mexanizmlərimiz yoxdur. Bu, istər vençur olsun, kradfandinq olsun və sair. Bununla bağlı artıq qanun layihəsi var və fəaliyyət planında da nəzərdə tutulur ki, bu qanun layihəsi yaxın bir neçə ay ərzində qəbul edilsin. Qəbul edilərsə, faktiki olaraq bu günləri bizim bazarın potensialını əks etdirməyən cəmi 12 milyon manatlıq üç fond var. Yəni 12 milyon manat sərmayə yatıran mələk investorlardır. 12 milyon digər müxtəlif səviyyədə olan startaplara da yatırılacaq investisiyalardır ki, bu, bazarın inkişafı üçün yetərli deyil. Əgər belə bir mexanizm olarsa, mən əminəm ki, həm yerli investorlar və eyni zamanda, xaricdən fondları cəlb etməklə biz bazarın inkişafına kifayət qədər təkan vermiş olarıq.
İnsan kapitalı ilə bağlı artıq məruzə etdim. Həm o səyyahlarla, həm də “freelancer”lərlə bağlı burada kifayət qədər yumşalmaya və dünya praktikasında mövcud olan alətlərin tətbiqinə ehtiyac vardı. Əminəm ki, bunu da həmkarlarla müzakirə edib Sizə məruzə etdikdən sonra irəliyə doğru kifayət qədər addım atıla bilər. Burada startapların ilkin gəlirləri çox önəmlidir. Burada vacib məsələ startapın yaratdığı məhsulun bu və ya digər dövlətin özü tərəfindən nə qədər alınıb-alınmamasıdır. Burada da bəlli bir mexanizmlər var ki, tədbirlər planında öz əksini tapmışdır.
Möhtərəm cənab Prezident, kibertəhlükəsizliyin vacibliyi ilə bağlı artıq Siz bildirdiniz. Son illər tərəfinizdən informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik Strategiyası qəbul edilmişdir və bizim bütün işlər bu strategiyaya uyğun həyata keçirilməkdədir. Ötən illəri İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının işi yenidən təşkil edilmişdir və mən Sizi əmin etmək istəyirəm ki, bu Komissiya çərçivəsində kibertəhlükəsizliklə bağlı ölkəmizin qarşısında duran bütün çağırışlar yaxın vaxtlarda çoxplanlı şəkildə həyata keçiriləcək. Burada iki məqamı diqqətinizə məruzə etmək istərdim ki, sahəvi SOC-ların, - buna Kibertəhlükəsizlik Əməliyyat Mərkəzi deyirlər, - yaradılması çox vacibdir. Biz bunun qanunvericilik bazasını yaratmalıyıq və eyni zamanda, CERT-lərin (red. - Elektron Təhlükəsizlik Xidməti) yaradılması vacibdir. Onların da yaradılması ilə bağlı tədbirlər planında bəlli müddəalar vardır.
x x x
Sonra müşavirə müzakirələrlə davam etdi.
***
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.










Xəbərin oxunma sayı : 2431
Sosial
Xəbərlər
-
ABŞ Yaponiyadan Yaxın Şərqə elit bölmələr gətirir - Quru əməliyyatlarına hazırlıq?
-
Məşhur iş adamı həbs edildi - Tale Heydərovun 1 milyonunu ələ keçirib
-
Daha bir icra hakimiyyətində kütləvi ixtisar: 39 nəfər işdən çıxarıldı
-
Yer kürəsinə güclü maqnit qasırğası yaxınlaşır: Alimlərdən xəbərdarlıq
-
Müctəba Xamenei necə sağ qalıb? - Yeni detallar...
-
Bakıda yaşayış binasında yanğın: 7 nəfər tüstüdən zəhərləndi (VİDEO)
-
Vüsal Aslanova yeni müavin təyin edildi - FOTO
-
MAXE qadınlarla müqavilə 6 aylıq bağlanacaq - 6 dəfə azaldıldı
-
Bakı metrosunun baş mühəndisi işdən çıxarıldı - Yeni təyinat
-
Sürücüləri bəlaya salan yol: “Qazandığımızı maşına xərcləyirik“ - VİDEO
-
“İrana qarşı əməliyyat tezliklə başa çatacaq, amma bu həftə yox“ - Tramp
-
Tonqalı bu ərazilərdən azı 50 metr kənarda yandırın! - VİDEO
-
ADY-nin əməkdaşı həbs olundu: “Oruc tutuduğum üçün gərgin idim“ dedi
-
Buzovnada tarixi qayalıqlar üzərində inşa edilən qanunsuz tikililər niyə sökülmür? - VİDEO
-
Pakistan ordusu Kabilə zərbə endirdi - 400 ölü
-
Tovuzda partlayış: Bir ailənin 4 üzvü xəsarət aldı
-
Yaxın Şərq neftindən tarixi rekord -153 dolları ötdü
-
Azad olunmuş ərazilərə böyük qayıdış - 6 kəndə köç oldu
-
Dana əti niyə bahalaşır? - Fermerlərdən diqqətçəkən açıqlama
-
“Tehran münaqişənin diplomatik həlli barədə düşünmür“ - İran XİN
-
Paytaxt yollarında “zolaq davası“: Sürücülər kimdən narazıdırlar? - VİDEO
-
Son iki ayın ən güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Bu gün torpağın və həyatın oyandığı İlaxır - Torpaq çərşənbəsidir
-
Sakinlər yaşadıqları binanın baxımsızlığından şikayətləndilər - VİDEO
-
Bakı və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir?
-
Naxçıvanda kredit adı ilə kiberdələduzluq edən qadın saxlanıldı - VİDEO
-
Prezident bu hərbçiləri təltif etdi - SİYAHI
-
Ağdərədə partlayışlar olacaq - MN-dən xəbərdarlıq
-
Makron Pezeşkianla danışdı - Sülh üçün əsas şərti açıqladı
-
XIII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər dünyada sülhün təşviqinə töhfə verəcək
-
Qlobal Bakı Forumu beynəlxalq təhlükəsizliyə töhfə verən mühüm platformalardandır
-
Mühüm beynəlxalq əhəmiyyətli Forum
-
Azərbaycan qlobal tədbirlərin keçirildiyi mərkəzidir
-
Avropa üçün yeganə enerji mənbəyi
-
Azərbaycanın Avropa İttifaqı üçün önəmi daha da artacaq
-
Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığı yeni mərhələyə daxil olub
-
Aİ Azərbaycanı etibarlı enerji təchizatçısı kimi görür
-
Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Bu qurumda xanım işçilər bir-birinə xəsarət yetirdi - Məhkəmə qərar verdi
-
Huşsuz halda xəstəxanaya yerləşdirilmişdi - 16 gün sonra öldü
-
Bakıda 13 dərəcə isti olacaq − Sabahın havası
-
“Ermənistan Rusiyanın qaçqınlar üçün təklif etdiyi yardımı rədd etdi” - Zaxarova
-
Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə görüşdü - Müzakirə
-
Böyük Qayıdış davam edir - Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb...
-
Novruz süfrələri üçün kənd qoxusu: Yarmarkada qiymət fərqi
-
İsrailin obyektlərini çəkən azərbaycanlı gənclə sevgilisi - Bu ölkədən deportasiya edildi
-
“ABŞ-ın İrana qarşı əməliyyatı planlaşdırılandan daha sürətlə irəliləyir“ - Tramp
-
Sabunçuda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Kamran Əliyev tələbələrə mühazirə keçdi - FOTOLAR
-
Azərbaycanda bahalaşan məhsullar açıqlandı - SİYAHI
-
Nazirlik yeni mənzillər satışa çıxardı - Kv.metri 435 manatdan 830 manata qədər
-
“İranın Yaxın Şərqi ələ keçirmək planları artıq məhv edilib“ - Tramp
-
Azərbaycanda ər arvadını zəncirləyib - Qısqandığı üçün
-
“Çox diqqətli olmağınızı xahiş edirəm” - Ərdoğan
-
Xanım tanışını gecə evlərinə gətirdi, atasını döydü - Həbs edildi
-
“ABŞ tezliklə Hörmüz boğazında tankerları müşayiət edəcək“ - Tramp
-
Bakıda qəribə dələduzluq:“Maşın oğurluqdur“ deyib əlindən aldı, sonra yenidən özünə satdı
-
Polis evinizə gələ bilər: Kirayə müqaviləsi olmayanları nə gözləyir?
-
Azərbaycan nefti 3,5 dollar bahalaşdı - Neftimiz 109 dolları keçdi
-
Xəzər dənizi sahilində quşların kütləvi ölümü baş verib - VİDEO
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Braziliyalı ulduz Qətərdən qaçdı - Klubundan açıqlama
-
Elektron siqaret satanları və istehsal edənləri cərimə gözləyir - 1 apreldən
-
Müğənni Manaf Ağayevin oğlu həbs edilib - TƏFƏRRÜAT
-
Sumqayıtda həkim başqa yerdə analiz verən pasiyenti müayinə etmədi - ŞİKAYƏTÇİ
-
“ABŞ Hörmüz boğazının bağlanmasına imkan verməyəcək“ - Heqset
-
Ramazan ayının 24-cü günü - İmsak və iftar vaxtları
-
Milli Məclisin növbəti iclası: hansı qanunlara dəyişiklik olunacaq?
-
AzTU-nun xanım prorektoru rektorun müşaviri oldu - FOTO
-
Bakıda 203 nömrəli tam orta məktəbdə şagirdlər arasında bıçaqlanma - VİDEO
-
Ağ Ev Konqresdən 50 milyard istəyəcək - ABŞ-da narahatlıq artır
-
Tarif dəyişikliyi yalnız nağdsız ödənişlə işləyən müasir avtobuslara aiddir - AYNA
-
Qadın sahibkarın şirkətində yoxlamaya imkan verilmədi - Nazirlik məhkəməyə üz tutdu
-
“ABŞ Avropanı bölmək istəyir və onu sevmir” - Kaya Kallas
-
TƏBİB-in eks-rəhbər ilə bağlı sensasion iddialar: ABŞ-da yaşayan jurnalistə gizli məlumatları o ötürürmüş…
-
Dünyada 1 milyard dollardan çox sərvəti olan 4 azərbaycanlı var - “Forbes”
-
“Aqrarkredit” BOKT 7 əmlakını hərraca çıxarır - Qiymətlər
-
Naxçıvanda 10 milyonluq taxıl qalmaqalı: Fuad Nəcəfli həbs olunur?
-
Dövlət bu torpaqları geri ala bilər: Siyahı genişləndirildi
-
İş adamı Rasim Nəbiyev Bakıxanov qəsəbəsində yenə qanunsuz tikinti işləri aparır? - VİDEO
-
Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlandı - 64 nəfərə vətəndaşlıq verilib
-
Bakı və paytaxtətrafı avtobuslarda yeni qiymətlər müəyyənləşdi - CƏDVƏL
-
Yanvar ayında 26 min nəfərin əmək müqaviləsinə xitam verilib - Rəsmi
-
Nəsimi rayonunda yaşıllıq zonası ticarət obyektinə çevirilir - Tahir Budaqov icazə verib?
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Vitse-spiker dəhşətli rəqəmləri açıqladı - “50 minə yaxın müəllimin ixtisar riski yaranıb”
-
Avropa yeni enerji böhranına hazırlaşır, amma pul tükənir - “Reuters“
-
Türkiyəyə raket buraxılışı qəbuledilməz eskalasiyadır - Azərbaycan Müdafiə Nazirliyi
-
Xəyalə İsmayılova necə ixtisaslaşmış estetik həkim Məryəm Həsənzadə oldu? - DETALLAR
-
Azərbaycanın xarici dövlət borcu açıqlanıb - 537,5 milyon manatı azalıb
-
Ölkədə ən aşağı və ən yüksək maaş bu sahələrdədir - SİYAHI
-
İş adamı Adnan Əhmədzadənin həbs müddəti 2 ay uzadıldı - Məhkəmədən qərar
-
Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı
-
Gəncədə antik əşya oğurlayan şəxslər saxlanıldı - VİDEO
-
Elqar Bağırovun şirkətinə 413 min manatlıq sifariş - Birmənbə metodu ilə...
-
Müasir müharibə ABŞ ordusu komandirlərini yorur: Problem nədir?
-
“Azərbaycan regional dəhlizləri inkişaf etdirir“ - Prezidentin köməkçisi
-
Bu ərazilərdə qar yağacaq - Şənbə gününün havası
-
Milyonluq tenderlər udan şirkət işçiləri müqaviləsiz işlədirmiş - 20 min cərimə
-
Azərbaycan neçə ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir? - Əli Əsədov AÇIQLADI
-
Bakıdakı bəzi universitetlər bölgələrə köçürüləcək - 4 ilə kimi
-
Netanyahudan müsəlmanlar haqqında qalmaqallı açıqlamalar - “İstər sünni, istərsə də şiə...“
-
İlqar Hacıyevin Bakıdakı əmlakları müsadirə edildi - SİYAHI
-
Azərbaycana ərzaq məhsullarının idxalı niyə artır? - Hökumət səbəbləri açıqladı
-
Daha bir İcra Hakimiyyətində kütləvi ixtisar: 44 nəfər işdən çıxarıldı
-
412 min dollarlıq dələduzluqla gündəmə gəlmişdi - Ölkədən çıxışına “stop“ qoyuldu
-
“Pulumuz qalmayıb” - “Bu, xalqı cəzalandırmaqdır”
-
Geyim mağazaları hansı bank kartına daha çox “keşbek” verir? - Siyahı
-
21 yaşlı oğlan sosial şəbəkədə intim xidmətlər təklif etdi - Həbs olundu
-
Şəkərli diabet xəstələri Respublika Endokrinoloji Mərkəzdəndə saatlarla növbədə gözlədilir - VİDEO
-
Məmmədli kəndində gölün daşması çirkab suları həyətlərə və evlərin zirzəmisinə doldurdu - VİDEO
-
İranın nüvə silahından imtina təklifi rədd edilib - Əraqçi
-
Pulunu ödədi, evi ala bilmir:“MM Park“ MMC tikintini niyə dayandırıb?
-
Azərbaycan neftinin qiyməti 105 dolları ötdü - Kəskin bahalaşma
-
Tramp İranla bağlı vəziyyətin çox sürətlə inkişaf etdiyini deyib - “Hər şey çox yaxşı gedir“
-
“Bədənim tanınmaz hala düşdü“ - Plastik cərrah Səkinə Xudiyevaya ağır ittiham
-
Azərbaycanda bu avtomobillər bahalaşdı - Video
-
Ermənistanla sülh yalnız kağız üzərində deyil - İlham Əliyev
-
“Məktəb təhsili ilə 50 bal da toplaya bilmirlər” - ETİRAZ
-
“Sabah“ məşhur futbolçunu transfer edir - “Atletiko Madrid“də oynayıb
TOP 10
ARXİV






