“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Mən prezident kimi deyil, diktator kimi danışıram“ - “Geri çəkilmə olmayacaq”

Tarix 18.02.26, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Belarus lideri Aleksandr Lukaşenko 2025-ci ilin yekunlarına dair hökumət hesabatını qəbul edərkən çıxışında diktatura anlayışını müdafiə edib. 

O bildirib ki, sərt idarəçilik modeli tarixən zəruri olub və bu gün də müəyyən şəraitdə faydalı hesab edilə bilər. 

Lukaşenko iddia edib ki, hətta Donald Trump belə güclü icra hakimiyyətinin vacibliyini etiraf edib.

Belarus lideri hakimiyyət bölgüsü prinsipini tənqid edərək deyib ki, bəzi ölkələr bu modeli tətbiq etməyərək daha çox səfərbər ola biliblər. O, xüsusilə Çini misal çəkərək onların gücləri bölmək əvəzinə bir mərkəzdə topladığını və bunun nəticəsində inkişaf etdiyini vurğulayıb.

Lukaşenko 2020-ci ildə prezident seçkilərindən sonra baş verən etirazlara da toxunaraq bildirib ki, oxşar ssenarinin yenidən təkrarlanması dövlət üçün təhlükəli ola bilər.

“Məni eşitməyinizi istəyirəm. Mən prezident kimi deyil, diktator kimi danışram və bunu başa düşürəm. İndiki zamanda belə lazımdır. Uşaqlarımızın normal həyat sürməsini istəyirsinizsə, özünüzü ələ alın. Ona görə də bir daha deyirəm: burada bir növ qəddar kimi davranmaq istəmirəm. Gəlin özümüzü toparlayaq və mövcud şəraitə uyğun yaşayaq və işləyək. Geri çəkilmə olmayacaq”, - Lukaşenko deyib.



Xəbərin oxunma sayı : 325




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap