“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sabiq deputat Türkiyədə vəfat etdi – Əməliyyat zamanı dünyasını dəyişib

Tarix 24.02.26, 11:43

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı Mahir Aslanov vəfat edib.

AzFakt.com Editor.az-a istinadən xəbər verir ki, sabiq millət vəkili Türkiyənin İzmir şəhərində yerləşən "Medicana” xəstəxanasında ağır ürək əməliyyatına daxil olub. Lakin əməliyyat zamanı onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mahir Aslanov 1949-cu il noyabrın 22-də Naftalan şəhərində anadan olub.

Mahir Aslanov Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini bitirib. Əmək fəaliyyətinə 1971-ci ildə Xabarovsk vilayətinin Teploozyorski sement zavodunda mexanik kimi başlayıb.

1973–1978-ci illərdə "Aztransqaz” İstehsalat Birliyində mühəndis, böyük mühəndis və avtomobil təsərrüfatının müdiri vəzifələrində çalışıb. 1978–1992-ci illərdə Azərbaycan Avtomobil Nəqliyyatı Nazirliyində təhlükəsizlik texnikası üzrə mühəndis, böyük mühəndis, şəhərlərarası sərnişindaşıma avtobus parkında baş mühəndis, avtokombinatda aparıcı mühəndis, baş mühəndisin müavini və baş mühəndis olub.

1992-ci ildən "Azəravtonəqliyyat” Dövlət Konsernində aparıcı mühəndis kimi fəaliyyət göstərib. 1993-cü ildən "Azazmoimport”, 1995-ci ildən isə "Kəpəz” firmasının direktoru vəzifəsində çalışıb.

Bitərəf deputat olan Mahir Aslanov Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü olub. O, Azərbaycan–Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, həmçinin Belçika, Bolqarıstan, Finlandiya, Gürcüstan və Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü kimi fəaliyyət göstərib.

Mahir Aslanov 2010-2020-ci illərdə iki çağırış Milli Məclisin deputatı olub.





Xəbərin oxunma sayı : 136




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap