“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Kotanlı” MTK-nın sakinləri mənzillərinə çıxarış ala bilmirlər - TƏFƏRRÜAT/VİDEO

Tarix 01.03.26, 21:08

Font ölçüsü : - / +
bitmap-img6


Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən “Kotanlı” MTK-da yaşayan 160 ailə 8 ildir mənzillərinə çıxarış ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirirlər ki, illərdir aidiyyəti dövlət qurumlarına müraciət etsələr də, problem həllini tapmayıb.

Onların sözlərinə görə, çıxarışın olmaması yalnız hüquqi sənəd məsələsi ilə məhdudlaşmır. Sakinlər qeydiyyat problemi, kommunal xidmətlərdə çətinliklər, işıq, su və liftlə bağlı fasilələr kimi bir sıra sosial-məişət problemləri ilə də üzləşirlər. Mənzillərinə qeydiyyata düşə bilməmələri isə əlavə narahatlıq yaradır.

“Kotanlı” MTK-nın komendantı Akif Haqverdiyev bildirib ki, sənədlər uzun müddətdir hazır vəziyyətdədir, lakin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icazə verilmədiyi üçün çıxarışlar təqdim edilmir.

“Kotanlı” MTK-nın rəhbəri Xanlar Quliyev isə deyib ki, problemin əsas səbəbi torpaq sahəsinin təyinatı ilə bağlıdır. Onun sözlərinə görə, bina inşa olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq kimi qeydiyyata alındığından çıxarışların verilməsi mümkün olmur.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən “Xəzər Xəbər”ə bildirildi ki, mövcud vəziyyətdə həmin binalara çıxarış verilməsi mümkünsüz hesab edilir. Səbəb isə torpaq sahəsinin 2018-ci ildə tikinti üçün deyil, əkin sahəsi kimi qeydiyyata alınmasıdır. Odur ki, ilk növbədə, torpaq sahəsinin təyinatı dəyişdirilməlidir.  Sənədlər elektron formada təqdim olunduqdan sonra məsələyə baxılır və təyinatın dəyişdirilməsi üçün Nazirlər Kabinetinə göndərilir. Müsbət rəy alındığı halda isə binalara çıxarış verilməsi mümkün ola bilər.





Xəbərin oxunma sayı : 190




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap