“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Əmək haqqının verilmə qaydasında dəyişiklik - VİDEO

Tarix 14.12.25, 8:30

Font ölçüsü : - / +
bitmap-img6


Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən, işçilərin aylıq əmək haqqı bir qayda olaraq iki hissəyə bölünərək avans və qalan formasında ödənilməlidir.

AzFakt.com Xəzər TV-yə istinadən bildirir ki, praktikada isə bu norma xüsusilə büdcədən maliyyələşən təşkilatlarda çətinlik yaradırdı. Başqa sözlə, mövcud qanuna görə, işçi birtərəfli olaraq işə götürəndən əməkhaqqının ayda iki dəfə verilməsini tələb edə bilərdi. Ancaq, yeni təklif layihəsində bu məcburilik aradan qaldırılır.

Dəyişiklik qəbul olunarsa, əmək haqqı işçilərə ayda bir dəfədən az olmayaraq veriləcək. Yalnız işəgötürən və işçinin qarşılıqlı razılaşması olduqda, maaş yenə də iki hissəyə bölünərək ödənilə biləcək.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyir ki, əslində bir çox işəgötürənlər uzun müddətdir maaşı ayda bir dəfə ödəyir. Mövcud qanun işçiyə iki dəfə tələb etmək hüququ versə də, bu praktiki olaraq mübahisələrə və hesabatlılıq problemlərinə səbəb olurdu.

Daha ətraflı videomaterialı təqdim edirik.






Xəbərin oxunma sayı : 223




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap