Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

5 QHT azyaşlının döyülməsi ilə bağlı MÜRACİƏT YAYDI

Tarix 14.01.22, 8:50

Font ölçüsü : - / +
bitmap-img6


Bir neçə QHT  azyaşlının döyülməsi ilə bağlı  müraciət yayıb.

AzFakt.com-un verdiyi xəbərə görə,  bu gün sosial mediada yayımlanan məktəbəqədər təhsil müəssisəsində azyaşlıya qarşı müəssisənin əməkdaşı tərəfindən davranış və fiziki zorakılıq ilə bağlı Çevik Ekspertlər Qrupu adından Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komitəsi, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinə müraciət edib.

"Son vaxtlar məktəbəqədər təhsil müəssisələrində və orta məktəblərdə uşaqlara qarşı baş verən şiddət və təzyiqlərlə bağlı sosial mediada davamlı olaraq məlumatlar paylaşılaraq ictimailəşdirilir. Hər gün valideynlər tərəfindən  övladlarının hüquqlarının pozulması, onlara qarşı ayrı-seçkiliklə bağlı Qeyri Hökumət Təşkilatlarına müraciətlər daxil olur. Bu gün sosial şəbəkələrdə, mətbuatda yayımlanan azyaşlıya qarşı baş vermiş zorakılıqla bağlı Çevik Ekspertlər Qrupu olaraq aşağıdakı məsələləri qaldırırıq:

1. Tədqiqatın aparılması;
2. Hadisəyə hüquqi qiymətin verilməsi; 
3. Uşaq müəssisələrində tərəfimizdən müstəqil monitorinqin aparılması;
4.  Aidiyyatı qurumlarla qarşılıqlı əməkdaşlıq;
5. Məktəbəqədər təhsil müəssisələrində işə götürülənlərin hərtərəfli psixoloji testlərinin aparılması;
6. Belə hallara yol verən pedoqoyi işçinin fəaliyyətinin məhdudlaşdırılması."

Müraciəti aşağıdakı ictimai birliklər qəbul edib:
1. "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyi 
2. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyi
3. Azərbaycan Uşaqları İctimai Birliyi
4. Gəncə Regional Qadın Mərkəzi İctimai Birliyi 
5. İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyi



Xəbərin oxunma sayı : 445




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap