“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

8 ildən sonra rekord qiymət təkrarlandı - Neftin qiyməti artmaqda davam edir

Tarix 18.01.22, 12:39

Font ölçüsü : - / +
bitmap-img6


“Brent” markalı neftin qiymətinin 2014-cü ilin oktyabr ayından sonra ilk dəfə 87 ABŞ dolları ötüb. Bazarda potensial neft çatışmazlığı səbəbindən “qara qızıl”ın qiyməti artmaqda davam edir.

Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 1,53% bahalaşaraq, 1 bareli 87,80 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 1,94% artaraq, 1 bareli 85,45 ABŞ dolları təşkil edib.

İnvestorların neftin tələb və təklif balansını qiymətləndirməsi neft bazarında müsbət dinamikanın müşahidə olunmasını şərtləndirir.

Analitiklər hesab edirlər ki, “Omikron” ştamının tələbə gözlənildən az təsir göstərməsi inanılmaz dərəcədə böyük çatışmazlığın hiss olunmasına səbəb olub.

İnvestorlar həmçinin Əbu-Dabidən gələn xəbərləri də qiymətləndirirlər. Belə ki, 3 neft çəninin partlaması bazarda gərginliyi artırıb.

Bundan başqa, treyderlər OPEC-in hesabatının dərc olunmasını gözləyirlər.

Bu arada dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti də artıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,72 ABŞ dolları və ya 0,81% artaraq 89,84 dollar təşkil edib.



Xəbərin oxunma sayı : 919




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap