“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

"700 restoran əməkdaşı tələblərə əməl etməyib" - Dövlət Vergi Xidməti

Tarix 28.07.21, 15:16

Font ölçüsü : - / +
bitmap-img6


Pandemiya dövrünün tələblərinə, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə aidiyyəti qurumların nümayəndələrinin daxil olduğu monitorinq qrupları şənlik mərasimlərinin gündəlik monitorinqləri davam etdirir.

Bu barədə AzFakt.com-a İqtisadiyyat Nazirliyi yanında Dövət Vergi Xidmətindən (DVX) məlumat verilib.

Monitorinq qrupları tərəfindən bu günədək 1260-dan çox obyektdə qayda və şərtlərə əməl olunması vəziyyəti araşdırılıb. Bunlara tədbir barədə müvafiq portalda qeydiyyatın düzgün aparılması, toy keçirilən məkanlarda qonaqların sıx yerləşdirilməməsi, tədbirə qatılanların COVID-19 pasportunun, COVID-19-dan sağalması barədə immunitet sənədinin olması, sanitariya gigiyena qaydalarının pozulmaması, işçi heyətin zəruri qoruyucu vasitələrlə tam təmin edilməsi və s aiddir.

Maarifləndirmə tədbirləri başlayandan bu günədək monitorinq aparılan mərasimlərdə iştirak edən 153 minə yaxın qonağın müvafiq sənədlərinə baxılıb, 17 minə yaxın qonağın sənədində nöqsanlar aşkar edilib. Həmçinin, şənlik təşkil edilən məkanların işçi heyətinin 700 nəfərdən çoxunun tələblərə əməl etmədiyi müəyyən olunub.

İyulun 27-də keçirilən növbəti nəzarət tədbirlərində toy və məkan sahibləri ilə profilaktik söhbətlər aparıb və Operativ Qərargahın müəyyən etdiyi qayda və tələblərə ciddi riayət olunmasının vacibliyi izah edilib. Nöqsanların aşkar olunduğu məkanlarda pozuntular aradan qaldırılıb, toy mərasiminin qaydalara uyğun keçirilməsi təmin olunub və nümunəvi şənlik mərasimlərində ailə quranlara hədiyyələr təqdim olunub.

Şənlik mərasimləri təşkil edən obyekt sahiblərinin və vətəndaşların nəzərinə bir daha çatdırılır ki, pandemiya dövrünün qayda və tələblərinə əməl edilməsi vacibdir.



Xəbərin oxunma sayı : 922




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap