“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

İş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı QƏRAR

Tarix 09.08.24, 11:09

Font ölçüsü : - / +
bitmap-img6


Ali Məhkəmədə Bakıda biznesmenə qarşı külli miqdarda dələduzluq erməkdə təqsirləndirilən Orucəli Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. İttihama görə, 1962-ci il təvəllüdlü Orucəli Abbasov paytaxtın Dərnəgüldə metal bazarı adlanan ərazisindən iş adamı Əbdülhəsən Səfərovdan 1 milyon 44 min manatlıq metal boruları pulunu sonradan ödəmək vədi ilə götürsə də, həmin pulları ödməyib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmədə iş adamı Əbdülhəsən Səfərov bildirib ki, Orucəli Abbasov ondan aldığı külli miqdarda boruların pulunu müxtəlif sahələrə xəsrləyib. O, həmçinin qeyd edib ki, təqsirləndirilən şəxs şahidlərə təzyiqlər göstərib, onların ifadələrini dəyişməsi üçün təkliflər edib. Orucəli Abbasov isə deyib ki, satdığı malların pulunun böyük hissəsini verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orucəli Abbasov 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 



Xəbərin oxunma sayı : 709




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap