“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

““Əhmədli”də qulaqlıqlardan mümkün qədər az istifadə edin” - “Bakı Metropoliteni”

Tarix 29.11.24, 18:02

Font ölçüsü : - / +
bitmap-img6


Metronun “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar “Həzi Aslanov” və “Əhmədli” stansiyaları arasında fərqli hərəkət cədvəli təşkil ediləcək.

AzFakt.com  xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, iki stansiya arasında qatarların hərəkət intervalı 10 dəqiqə olacaq:
“Bakı metropoliteninin digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatardan enərək digər yoldan “İçərişəhər” və “Dərnəgül” qatarları ilə hərəkət etməlidirlər.
“İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətindən “Həzi Aslanov” stansiyasına getmək istəyən sərnişinlər “Əhmədli” stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər.
Qatarların yeni hərəkət qrafiki, iki stansiya arasında intervalı nəzərə alaraq, “Həzi Aslanov” stansiyasından istifadə edən sərnişinlərdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almaları xahiş olunur”.
“Sərnişinlərdən, həmçinin “Əhmədli” stansiyasında da diqqətli olmaq xahiş edilir. Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir. Həmçinin stansiyada veriləcək elanlara, növbətçinin məlumatlarına diqqət yetirmək, hərəkət ediləcək istiqamət üzrə yanlışlığa yol verməmək üçün qulaqlıqlardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur”, - məlumatda deyilir.



Xəbərin oxunma sayı : 742




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap