Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

«Azərbaycan Dəmir Yolları» QSC-də azərbaycansayağı inkişaf - Bir tərəfdə ixtisarlar, digər tərəfdə bahalı avtomobillər

Tarix 17.02.21, 13:45

Font ölçüsü : - / +
bitmap-img6


ADY-dəki ixtisarlar fonunda Cavid Qurbanovun yaxın adamı Vəsilə Abdulova özünə bahalı maşın aldı...

Son zamanlar ADY sədri Cavid Qurbanov tərəfindən 120 nəfərin əsasız olaraq işdən çıxarması və onlarla ailəni çörəksiz qoyması sosial şəbəkələrdə ciddi müzakirələrə və etirazlara səbəb olub. 



Məsələ ilə bağlı AzFakt.com-a müraciət edən bir neçə zərərçəkən vətəndaş bildirir ki, Cavid Qurbanov 350-400 manat maaaş alan insanları işdən çıxararaq, onların ailələrini quru çörəyə möhtac qoyduğu halda, ADY sədrinin ətrafında olanların hamısı qeyri-rəsmi olaraq milyoner olublar və komfortlu həyat şəraitində yaşayırlar. 

Misal üçün şikayətçilərdən biri AzFakt.com-a bildirib ki, son bir neçə ildə Cavid Qurbanovun ətrafında parlayıb milyonçu olanlardan biri Vəsilə Abdulovadır. ADY-də sadə maliyyəçi işində çalışan Vəsilə xanım Cavid Qurbanovun yaxın əhatəsinə daxil olandan sonra 2-3 il müddətində villa, təmtəraqlı bağ evlərinin sahibinə çevrilib. 

Qeyd edək ki, son bir neçə ildir ki, Vəsilə Abdulova haqqında dövrü mətbuatda bir çox məlumatlar dərc olunub. Bu məlumatlarda sözü keçən xanımın Cavid Qurbanovun şəxsi maliyyəçisi kimi ADY-də "kilid" adamlardan biri olduğu, Qurbanovun bütün rəsmi və qeyri-rəsmi maliyyə işlərini yürütdüyü bildirilir. Bu üzdən də Vəsilə Abdulovanın ADY-də sözünün üstünə söz demək olmur. 

Cavid Qurbanovun bir çox məsələlərdə Vəsilə Abdulova ilə məsləhətləşdiyi qeyd olunur. Bildirilir ki, bir zamanlar böyük səs-küyə səbəb olan Cavid Qurbanovun ad günü "projesi"də Vəsilə Abdulova tərəfindən tərtib edilib və bununla da maliyyəçi xanım daha çox Cavid Qurbanovun gözünə girə bilib. 

Hazırda isə Vəsilə Abdulovanın pulu başından aşır və 5 il əvvəl Əhmədlidə kirayədə yaşayan xanım maliyyəçi indi Bakının mərkəzində lüks mənzillərə, villalara sahibdir. 

AzFakt.com-a verilən məlumatda bildirilir ki, bir müddət əvvəl Vəsilə xanım özünə daha bahalı lüks avtomobil alıb. Son model Mercedes GLC markalı həmin avtomobilin qiymətinin 120-150 min manat arasında olduğu bildirilir. Bakı şəhərində fəaliyyət göstərən avtosalonlarda Mercedes GLC avtomobilinin ən ucuz qiyməti 70 min dollardan başlayır.

Açıklama yok.

Bir daha xatırladaq ADY-də qtisadi problemlər səbəbindən bu günlərdə 120 adam ixtisar olub və onlarla ailənin çörək gələn yeri kəsilib.  Amma bütün bu problemlər Vəsilə xanımın maliyyə durumunda heç bir dəyişiklik yaratmayıb. Azərbaycansayağı inkişaf isə buna deyirlər.

AzFakt.com

Açıklama yok.
Açıklama yok.




Xəbərin oxunma sayı : 1894




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap