Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR Röya yeni paylaşımıyla göz oxşadı - FOTO Pərvin və Dilarə çimərlik geyimində poz verdi - FOTOLAR Xalq artisti bikinidə belə poz verdi - FOTO
Axtar
 
  • / Maqazin / — 25 Avqust 2022

    Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR

  • / Maqazin / — 17 Avqust 2022

    Röya yeni paylaşımıyla göz oxşadı - FOTO

  • / Maqazin / — 14 Avqust 2022

    Pərvin və Dilarə çimərlik geyimində poz verdi - FOTOLAR

  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

  • / Maqazin / — 30 İyun 2022

    Nigar Camal hovuzdan görüntüsünü paylaşdı - VİDEO

“Şəhidlərimizin canı, qanı bahasına bu gün bu torpaqlardayıq” - Ali Baş Komandan

Tarix 21.09.22, 23:09

Font ölçüsü : - / +
bitmap-img6


“Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib.

“Heç kim bu torpaqları bizə bağışlamayıb, heç kim bu torpaqları bizə danışıqlar yolu ilə qaytarmayıb. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, onun Təhlükəsizlik Şurası, ATƏT işğalçı dövləti məcbur edib buradan çıxarmalı idi. Ermənistana qarşı sanksiyalar tətbiq edilməli idi. Bunların heç biri görülmədi. Əksinə, bu işğalı əbədiləşdirmək üçün Ermənistan, dünya erməniliyi və onların xaricdəki havadarları birləşərək bu çirkin niyyəti həyata keçirmək istəyirdilər. Mən isə həmişə deyirdim ki, Azərbaycan xalqı buna heç vaxt razı olmayacaq. Həmişə deyirdim ki, məsələ sülh yolu ilə həll olunmasa, bunu hərb yolu ilə həll edəcəyik və etdik. Cəmi 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdik. Alınmaz qala sayılan Şuşanı azad etdik. Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını, Hadrutu, Xocavəndi döyüş meydanında azad etdik. Düşmən diz çökdü və Laçını, Kəlbəcəri, Ağdamı tərk etməyə məcbur oldu. Bu gün Laçın şəhərində olarkən haqlı olaraq qürur hissi keçirirəm ki, qədim Azərbaycan torpağında bizim üçrəngli Bayrağımız dalğalanır. İkinci Qarabağ müharibəsi olmaya da bilərdi, əgər Ermənistan bizim sözümüzə baxsaydı. Əgər öz xoşu ilə torpaqlarımızdan çıxsaydı, İkinci Qarabağ müharibəsi olmaya bilərdi. 2016-cı ilin Aprel döyüşləri bizim çox böyük qələbəmiz idi, mənəvi cəhətdən və strateji nöqteyi-nəzərdən. O döyüşlər nəticəsində azad etdiyimiz yüksəkliklər bizə əlavə imkanlar yaratdı, o cümlədən İkinci Qarabağ müharibəsində uğurlu yürüşümüzə də zəmin yaratdı”, - dövlət başçısı qeyd edib.



Xəbərin oxunma sayı : 556

loading...

Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap