“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

““Lotu Quli” zəng edib dedi ki, Kərəm Həsənov dostumdur, o yazını sil…” – Əvəz Zeynallı /VİDEO

Tarix 10.05.22, 17:48

Font ölçüsü : - / +
bitmap-img6


”Azərbaycanlılar vaxtilə Kərəm Həsənova məxsus olan və "Loti Quli”nin öldürüldüyü "Alva Donna Exclusive Hotel Spa”ya buraxılmırdı”.

AzFakt.com Gundem.az-a istinadən xəbər verir ki, bunu "Xural TV”nin rəhbəri Əvəz Zeynallı bildirib. Jurnalist 500 milyon dollardan artıq dəyəri olan otelin işçilərinin hüquqlarının pozulduğunu və bu poblemin "Lotu Quli”nin vasitəsi ilə həll olunduğunu iddia edib. Jurnalist sözügedən otelə əvvəllər azərbaycanlılardan başqa bütün millətlərin nümayənələrinin rahat daxil olduğunu da sözlərinə əlavə edib:



"Oteldəki işçilər işdən çıxarılarkən şikayətlənirdilər ki, onlara 150-200 min dollar arasında maaş ödənməlidir. Mən onların qarşılaşdıqları problemləri ictiamiləşdirdim. Bundan sonra "Lotu Quli” mənə zəng edərək mövzu ilə bağlə Feysbukda paylaşım etdiyim yazını silməyimi rica etdi. Bildirdi ki, Kərəm Həsənovla dostdur. Qeyd edim ki, "Lotu Quli”yədək mənə bununla bağlı bir çox şəxslər də zəng vurmuşdular”.

Jurnalist "Lotu Quli”nin zəngindən sonra otel işçilərinin maaşlarının ödənildiyini bildirib:

"Mən "Lotu Quli” ilə həbsxanadan tanış idim. O, şikayətçilərin adlarını istəmişdi və mən siyahını "Lotu Quli”yə göndərmişdim. Siyahını göndərdikdən sonra şikayətçi olan şəxslər mənə zəng edib pullarını aldıqlarını və işlərini davam etdirdiklərini bildirdilər. Məhz bundan sonra həmin yazını sildim”.

Xatırladaq ki, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov 2020-ci ildə sui-qəsd nəticəsində məhz "Alva Donna Exclusive Hotel Spa”da öldürülüb. Başından 4 güllə yarası aldığı iddia olunan Nadir Səlifov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmamışdı.

Qeyd edək ki, hadisənin baş verdiyi və Antalyanın Serik rayonunda Boğazkent məhəlləsində yerləşən adıçəkilən otelin sahibi Sərxan Babayevdir. Məlumatlara görə, əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan "Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən "Vertex İnvestment Limited” şirkətinə satılıb.

Adıçəkilən şirkət daha sonra "Alva Donna Group” şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib.

Açıklama yok.

Sərxan Babayevin isə Azərbaycan Respublikası Prezident Administrasiyası Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun adamı olduğu deyilir. Bu şəxs əvvəllər "DetAl Holdinq”in baş direktoru olub. Adıçəkilən holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.

Mənbə: Gundem.az



Xəbərin oxunma sayı : 1456




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap