Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

“İran 24 saat ərzində İsrailə hücum edə bilər” – Blinken

Tarix 05.08.24, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ dövlət katibi Antoni Blinken Yeddilik Qrupunun (G7) xarici işlər nazirlərinə İran və şiə “Hizbullah” hərəkatının yaxın 24 saat ərzində İsrailə hücum edə biləcəyini deyib.

Bu barədə “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Blinken, ABŞ-nin hücumların dəqiq nə vaxt başlayacağını bilmədiyini deyib, lakin onların yaxın 24-48 saat ərzində başlaya biləcəyini vurğulayıb.
Məlumata görə, Blinken G7 həmkarları ilə telefon danışığında HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsinə cavab olaraq, İran və “Hizbullah”a zərbənin gücünü minimuma endirmək üçün diplomatik təzyiq göstərməyə çağırıb.
Telefon danışığında ABŞ dövlət katibi mümkün hücumun nəticələrinin yumşaldılmasının regionda genişmiqyaslı müharibənin qarşısını almaq üçün ən yaxşı yol olacağını vurğulayıb.
Mənbələr bildiriblər ki, Blinken İran və “Hizbullah”ın İsraili vuracağına əmindir, lakin bu addımın konkret nə olacağı məlum deyil. O qeyd edib ki, Birləşmiş Ştatlar bu hücumu məhdudlaşdırmağa, sonra isə İsrailin buna mümkün cavabını yumşaltmağa çalışır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Amerika xarici siyasət departamentinin rəhbəri Yaxın Şərq münaqişəsinin kəskinləşməsinin Qəzza zolağında atəşkəslə bağlı danışıqlara təsirindən məyus olduğunu bildirib.
Blinken söhbət zamanı deyib ki, Amerika administrasiyası Haniyənin öldürülməsindən əvvəl tərəflərin razılığa gəlməyə hər zamankından daha yaxın olub.
Qeyd edək ki, bundan əvvəl Dövlət Departamenti bildirmişdi ki, Blinken G7 ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığı keçirib və o, XİN rəhbərləri ilə Yaxın Şərqdə gərginliyin aradan qaldırılmasının zəruriliyini müzakirə edib.



Xəbərin oxunma sayı : 883




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap