“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

“İran Azərbaycana qarşı hücumlar təşkil edə bilər” – Deputat

Tarix 14.03.23, 11:19

Font ölçüsü : - / +
bitmap-img6


“Müstəqillik əldə edilən dövrdən indiyə kimi İranın Azərbaycana münasibəti dəyişməyib. Bu, həmişə aqressiv və bir müstəmləkə baxışı olub. Sadəcə bəzən bu açıq, gizli və aqressiv mərhələlərdən keçirdi".

AzFakt.com xəbər vrir ki, bunu “Turan”açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib.

O, İranın bundan heç vaxt qazanmadığını düşünür: "Vətən müharibəsi dövründə İran Ermənistana silah göndərdi və heç bir nəticə əldə edə bilmədi. Qafan-Gorus yolu vasitəsilə Azərbaycan sərhədlərini pozaraq Qarabağa yenə silah və terrorçu göndərdi, amma bu yolu da biz bağladıq. Son dəfə Qarabağa göndərdiyi 19 terrorçunun siyahısı da var bizdə. Nəticə etibarilə İran heç nə əldə edə bilməyib. Əksinə, həm beynəlxalq münasibətlər sistemində getdikcə daha çox terroru dəstəkləyən dövlət kimi özünü tanıtdı, həm də öz vətəndaşları olan 30 milyondan çox bizim soydaşlarımızın etibarını itirib".

Açıklama yok.

Babaoğlunun sözlərinə görə, İran bundan o tərəfə addım atmağa cəsarət edə bilməz: "Çünki nəticə etibarilə bir suveren ölkənin hüquqlarına müdaxilə etmiş olacaq ki, Azərbaycan öz müttəfiqləri ilə birlikdə buna adekvat cavab vermək məcburiyyətində qalacaq. Azərbaycan qardaş Türkiyə ilə 2021-ci ildə Şuşa bəyannaməsini imzalayıb, eyni zamanda, Azərbaycanın çoxsaylı dost ölkələri var ki, birlikdə regionda Azərbaycan diktə edən tərəfdir".

Onun fikrincə, paralel olaraq yumşaq güc vasitəsilə İran Azərbaycanın daxili işlərə qarışmağa çalışır, buna qarşı da hazırda ölkənin hüquq-mühafizə orqanları tədbirlər görür: "Elə bir gün bundan öncə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində Azərbaycan dövlətinə qarşı iş aparmağa cəhd edən bir qrup vətəndaş ifşa edildi. İran daha çox bundan sonra dinin müəyyən radikal qruplaşmaları üzərindən insanların inanclarını istismar edərək Azərbaycana qarşı hücumlar təşkil edə bilər. Amma bu, effektiv olmayacaq, çünki Azərbaycan dindarları da savadlıdır və vətənpərvərdir".



Xəbərin oxunma sayı : 865




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap