![]() |
|














İstintaqda Əli Həsənovun və oğlunun əleyhinə xeyli ifadələr toplanıb - “Maliyyə məsələlərinə şəxsən özü baxırdı...”
Tarix 31.08.21, 14:56 |
|

Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində 20 milyon manata yaxın yeyinti ilə bağlı cinayət işində prezidentin sabiq köməkçisi Əli Həsənov və ailə üzvlərinin də adı hallanır.
İş materiallarında xüsusən Həsənov və oğlunun əleyhinə xeyli ifadələr var. Təsadüfi deyil ki, məhkəmə prosesi başlayan kimi Əli Həsənovun oğlu Şamxal Həsənov və baldızı Gülər Vəliyevanın məhkəmədə dindirilməsi məsələsi qaldırıldı.
Bu cinayət işi üzrə Fondun sabiq icraçı direktoru Vüqar Səfərli və daha 10 nəfər təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb. Onların arasında Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaları inşa etmiş "Portos" MMC-nin rəhbəri, direktoru, həmin binaların keçmiş komendantı, Fondun mühasibi, Bakıdakı bir sıra şadlıq saraylarının icarədarı və inzibatçısı da var. Təqsirləndirilən 11 nəfərdən yalnız ikisi – Vüqar Səfərli və "Portos"un direktoru Nadir Məmmədov həbsdədir.
İstintaqın gəldiyi qənaətə görə jurnalistlər üçün evlərin tikintisi, Fondun keçirdiyi bayram tədbirləri, mükafatlandırma mərasimləri zamanı işin həcmi, qiymətlər şişirdilib. Fondun həyata keçirdiyi bir sıra layihələrin icrası üçün tender yolu ilə şirkətlər seçilməli olduğu halda, qanunvericiliyin bu tələbinə əməl olunmayıb. Tenderlər formal xarakter daşıyıb, jurnalistlər üçün binaların inşasında tikinti normalarına əməl edilməyib.
2014-2020-ci illərdə Fondun aparıcı məsləhətçisi, həmçinin Tender Komissiyasının üzvü olmuş Samir Mustafayev istintaqda – Korrupsiyaya Qarşı Mübarizə İdarəsində dindirilərkən deyib ki, maliyyə məsələlərinə Vüqar Səfərli və baş mühasib Təhminə Yaqubova baxırdı. Amma əsas nəzarəti Əli Həsənov həyata keçirirdi. Onun sözlərinə görə, tender keçirilmirdi, layihələrin hansı şirkətə həvalə olunacağını prezidentin köməkçisi şəxsən özü müəyyənləşdirirdi. Onun qərarından sonra formal şəkildə Tender Komissiyasının üzvləri həmin şirkətin qalib olması barədə sənədləri imzalayırdı.
Mustafayev vurğulayıb ki, jurnalist binalarının tikintisini həyata keçirmiş "Portos" MMC də prezidentin keçmiş köməkçisinə yaxın şirkətdir: "Əli Həsənovun göstərişi ilə binaların tikintisi "Portos"a tapşırılmışdı".
Mustafayevin sözlərinə görə, Fondun bayramlarla əlaqədar restoranlarda təşkil etdiyi ziyafətlərdə qonaqların sayı 250-ni keçməsə də, sənədlərdə 400-450 nəfərin iştirak etdiyi göstərilir və buna uyğun da vəsait ayrılırdı. Adambaşına menyudakı qiymət də şişirdilirdi.

Səfərliyə qarşı ittihamlardan biri də Fond üçün əlverişsiz şərtlərlə – daha baha qiymətə ofis icarəyə götürməklə külli miqdarda vəsaitin israf olunması ilə bağlıdır. İddia olunur ki, Əli Həsənovun oğluna əlavə gəlir vermək məqsədilə Mətbuat prospekti-23L ünvanında yerləşən altımərtəbəli binada ofis götürüb. Bu binanın mülkiyyətçisi Şamxal Həsənovdur. KİV-ə Dövlət Dəstəyi Fondu ilə yanaşı, Beynəlxalq Mətbuat Mərkəzi, "Kaspi" qəzetinin redaksiyası, "Azərmətbuatyayım" ASC, "Kaspi Az" MMC və s. qurumlar da bu binada yerləşir.
Cinayət işinin materiallarında yazılıb ki, o ərazidə ofis kirayələmək üçün 1 kvadratmetrə görə 12 manat nəzərdə tutulub. Amma Fond icarə müqaviləsini hər kvadratmetrə görə 18 manatdan bağlayıb. "Azərmətbuatyayım" və "Kaspi Az"ın Səfərliyə yaxın olduğu vurğulanır. Bu üç ofisə görə hər ay 21 min 834 manat icarə haqqı ödənilib.
Bundan əlavə, Prezident yanında Bilik Fondu 2019-cu ildə ləğv edilsə də, Fond üçün həmin binadan götürülən 419 kvadratmetrlik ofisə görə bundan sonra da 8 ay icarə haqqı ödənilib.
Səfərli digər təqsirləndirilən şəxslərin köməyi ilə 18 milyon 500 min manat dövlət vəsaitini mənimsəməkdə, cinayət yolu ilə əldə olunmuş 5 milyon 700 min manat pulu leqallaşdırmaqda ittiham olunur. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vəsatəti əsasında Binəqədi rayon Məhkəməsinin qərarı ilə "Rabitəbank"da Səfərlinin özü və oğlunun adına olan 850 min manat vəsaitin üzərinə həbs qoyulub. Sabiq icraçı direktorun hesabında 300 min, oğlu Seymur Səfərlinin isə 550 min manat vəsait var. Bundan başqa, Səfərlinin "Mercedes Benz ML 350", "Wolksvagen Touareg" və "Toyota" markalı üç avtomobilinin, Bakıda və bölgələrdə yerləşən, özünün və ailə üzvlərinin adına olan evlər, torpaq sahələri və mağazasının üzərinə həbs qoyulub.
Təqsirləndirilən şəxslər məhkəmədə ittihama münasibət bildirərkən deyiblər ki, özlərini təqsirli saymırlar. Onlar ittihamda yazılanları qəbul etmirlər. Növbəti məhkəmə iclasında dindirmələr başlayacaq. Bu cinayət işi üzrə istintaq davam etdiyi dövrdə Həsənovun da məsuliyyətə cəlb olunacağı haqda məlumatlar yayılmışdı. İddia olunurdu ki, prokurorluq Türkiyədə onun müalicə aldığı xəstəxana ilə əlaqə saxlayıb, Həsənovun sağlıq durumunun təyyarəyə minməsinə imkan vermədiyi bildirilib.
Prezidentin keçmiş köməkçisi haqqında yayılan məlumatları təkzib etmişdi. "Məlumat verirəm ki, mövcud cinayət işi ilə bağlı prokurorluq orqanlarının təqsirləndirilən şəxs kimi, mənimlə maraqlanmaları və hansısa axtarış tədbirləri həyata keçirmələri haqqımda yayılan məlumatların heç bir əsası yoxdur. Mən hazırda Türkiyədə müalicədəyəm və yəqin ki, hər şey yaxşı keçsə, 10-15 günə Azərbaycana qayıdacağam", – Həsənov 2020-ci ilin sentyabrında belə açıqlama yaymışdı.
Xatırladaq ki, bir neçə gün əvvəl Əli Həsənov naməlum şəxslərin onu “tualetdə çəkilmiş intim görüntülərlə” şantaj etdiyi haqda bəyanat yaymışdı. ("Azadlıq" radiosu)
Xəbərin oxunma sayı : 1954
Gündəm
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir - FOTO
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
-
İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb - Tramp
-
Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO
-
Azərbaycan Polisi 107 yaşında - FOTO
-
Elçin Şıxlı həbs olunan qohumundan danışdı - “Biabırçılıqdır”
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
TOP 10
ARXİV