Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

“Artıq ortada işğal faktı yoxdur“ - Ceyhun Bayramov

Tarix 22.06.21, 20:35

Font ölçüsü : - / +
bitmap-img6


“Biz reallığa fokuslanmalıyıq. Reallıq isə belədir: müstəqillik qazandıqdan bəri ilk dəfədir ki, Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün unikal şans yaranıb. Niyə ilk dəfə deyirəm? Çünki artıq ortada işğal faktı yoxdur”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov TRT “World”ə müsahibəsində deyib.

Nazir xatırladıb ki, BMT-nin dörd qətnaməsinə uyğun olaraq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib.

“Ortada təxminən 30 illik düşmənçilik, işğal, itkilər, müharibənin ağır nəticələri var. Ancaq inanırıq ki, biz gələcəyə baxmalıyıq. Bilirsiniz, bu bizim üçün asan deyil, çünki yaddaş, baş verənlərin hamısı təzədir. Bununla belə Azərbaycan Prezidenti münasibətlərin normallaşmasının lazım olduğunu bildirib. Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır. Biz bunu təklif edirik. Ermənistandan da bu səviyyədə siyasi iradə və real addımlar gözləyirik”, - deyə XİN başçısı qeyd edib.



Xəbərin oxunma sayı : 727




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap