Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Azərbaycan bəzi qonşuların böhtan xarakterli təbliğatı ilə üzləşib“ - QMİ sədri

Tarix 23.11.22, 11:00

Font ölçüsü : - / +
bitmap-img6


"Təəssüflər olsun ki, Azərbaycan bölgədə sülh və iqtisadi tərəqqi çağırışları ilə çıxış etdiyi bir zamanda bəzi qonşularımız tərəfindən revanşizm təzahürləri səngimir, siyasi və dini dairələrində ölkəmizə qarşı nifrət çağırışları, böhtan xarakterli təbliğatlar səsləndirilir".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Mərakeş Krallığının Fəs şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) IX Qlobal Forumunda çıxışı zamanı deyib.

O fomum iştirakçılarına xatırladıb ki, Azərbaycan xalqı 2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normaları, BMT-nin Nizamnaməsi və məlum 4 qətnaməsinə əsasən Ermənistanın hərbi təcavüzünə son qoyaraq dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edib: "30 il boyu davam etmiş işğal dövründə biz Azərbaycanda bütün bu çağırış və problemlərlə üz-üzə qalmışıq. Bu gün dövlətimiz işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, mənəvi abidələrimizi, məscidlərlə yanaşı digər dini məbədləri bərpa edir, yandırılmış torpaqlarımızı dirçəldir, ərazilərimizi minalardan təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır. Təəssüflər olsun ki, Azərbaycan bölgədə sülh və iqtisadi tərəqqi çağırışları ilə çıxış etdiyi bir zamanda bəzi qonşularımız tərəfindən revanşizm təzahürləri səngimir, siyasi və dini dairələrində ölkəmizə qarşı nifrət çağırışları, böhtan xarakterli təbliğatlar səsləndirilir".

"Halbuki, tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi, habelə ölkəmizin təşəbbüsü ilə başlayan BMT səviyyəsində «Mədəniyyət naminə Sülh» qlobal kampaniyası dünyada insan həmrəyliyinə xidmət edir. Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası müxtəlif millət və dinlərə mənsub insanların qarşılıqlı anlaşma və ehtiramından keçir. Qlobal problemlərin həlli üçün dünyada beynəlxalq hüquq normaları ilə yanaşı ümumbəşəri mənəvi dəyərlərə istinad zəruridir. Bu baxımdan, müharibələrə son qoyulması, sülh, birgəyaşayış naminə din və siyasət xadimlərinin müxtəlif platformalarda birgə əməkdaşlığı zamanın tələbidir. Təqdirəlayiq haldır ki, G20 Dinlərarası Forumunda, Avropa Şurası müstəvisində, Roma Papası və Əl-Əzharın Baş imamı arasında Abu-Dabidə imzalanmış "Qardaşlıq Sənədi"nə istinadən bu istiqamətdə mühüm işlər həyata keçirilir. Tədbirimizin dünyada sülhün və əmin-amanlıq naminə alyansın bərqərar olması istiqamətində bütün təşəbbüslərini dəstəkləyir, dəvətə görə tədbirin təşkilatçılarına minnətdarlığımı bildirirəm.Əminəm ki, Fəs Qlobal forumu dünya miqyasında qarşılıqlı etimad mühitinin yaradılmasına mühüm töhfə verəcəkdir, inşallah", - QMİ sədri bildirib.



Xəbərin oxunma sayı : 436




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap