Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO
Axtar
 
  • / Maqazin / — 22 Sentyabr 2021

    Roza Zərgərlinin qızı müğənniliyə başladı – VİDEO

  • / Maqazin / — 18 Sentyabr 2021

    Vəfa Zeynallı qısa şortikdə diqqət çəkdi - FOTO

  • / Maqazin / — 16 Sentyabr 2021

    Nigar Camal bədənini nümayiş etdirdi - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2021

    Aygün Kazımovanın qızı İlqarə alt paltarında - FOTO

  • / Maqazin / — 09 Sentyabr 2021

    Azərbaycanlı model bu cür soyunmağı sevir – FOTO

  • / Maqazin / — 30 Avqust 2021

    Nigar Camal dərin sinə dekoltesi ilə diqqət çəkdi - FOTO

“Azərbaycan Gorus-Qafan yolunda İran maşınlarını yoxlayır” - Ermənistan və Rusiya əl-ayağa düşüb

Tarix 13.09.21, 9:35

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi sentyabrın 12-də Rusiya Müdafiə Nazirliyi və Qarabağdakı sülhməramlı kontingentin rəhbərliyinə etiraz məktubu ünvanlayıb. 

Məktubda digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan Respublikası ərazilərinə qanunsuz keçməsi ilə bağlı Rusiya Federasiyası Müdafiə Nazirliyi və sülhməramlı qüvvələrin komandanlığına etiraz bildirilib: ”Bu kimi hallar Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanata ziddir və onların qarşısının alınması xahiş olunmuşdur.

Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri Azərbaycan ərazisinə daxil ola bilməz və bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır".

Söhbətin Qarabağa üz tutan İrana məxsus yük maşınlarından getdiyi şübhə doğurmurdu. Ermənistan mətbuatında yayılan məlumatlardan isə görünür ki, Azərbaycan tərəfinin xəbərdarlığı təsadüfi deyilmiş və sadəcə, məktubla yekunlaşmır.


“AzPolitika.info” xəbər verir ki, “Sputnik Armenia” saytı Ermənistan Milli Təhlükəsizlik Xidmətinə (MTX) istinadla Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarını yoxladığına dair məlumat yayıb.

Xatırladaq ki, İranla Ermənistanı birləşdirən bu yeganə yoldan istifadə edən İrana məxsus yük maşınlarının bir qismi sonradan qanunsuz yolla Azərbaycanın separatçıların və rus “sülhməramlılarının” nəzarətindəki ərazilərinə keçirlər. Məlumatda deyilir ki, Azərbaycan polisinin sözügedən ərazidə qurduğu postda İran maşınları bir-bir saxlanılaraq, aparılan yüklər və yükdaşıyıcılarının sənədləri yoxlanılır.

Təbii ki, Azərbaycan tərəfinin bu addımı çoxsaylı xəbərdarlıqlara və rəsmi notaya rəğmən İranın yenə də Qarabağdakı separatçılara rəsmi Bakının icazəsi olmadan, qanunsuz şəkildə müxtəlif təyinatlı yüklər daşımasıyla bağlıdır və tam qanuni addımdır. Lakin Azərbaycanın bu həmləsi Ermənistanda və xüsusilə də Rusiyada narahatlıq yaradıb. “Sputnik Armenia” yazır ki, Ermənistan MTX-si və Rusiya Federal Təhlükəsizlik Xidməti “vəziyyəti tənzimləmək üçün” addımlar atır.

Bütün bu prosesin nəylə nəticələnəcəyini demək çətindir. Lakin Azərbaycan tərəfinin atdığı bu addımın İranın ermənipərəst və saymazyana davranışına tutarlı cavab olduğu şübhəsizdir.






Xəbərin oxunma sayı : 310

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda