Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
Axtar
 
  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

  • / Maqazin / — 29 Avqust 2025

    Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO

  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

“Azərbaycan Mərkəzi Bankının yeni strategiyası hazırlanacaq” - Taleh Kazımov

Tarix 24.11.22, 13:38

Font ölçüsü : - / +
bitmap-img6


“Yanvar ayından etibarən Azərbaycan Mərkəzi Bankının beynəlxalq təşkilatlarla birgə yeni strategiyasının hazırlanmasına başlamaq planlaşdırılır”.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın İdarə heyətinin sədri Taleh Kazımov bu gün VI Beynəlxalq Bankçılıq Forumunun açılışında deyib.

Onun sözlərinə görə, bu strategiya Mərkəzi Bankın və bütün sektorun transformasiyasına yönəlib.

“Bu gün iqtisadiyyat müxtəlif çağırışlarla üzləşir - 2020-ci ildə pandemiya, 2021 və 2022-ci illərdə dünya iqtisadiyyatının qeyri-stabilliyi. 2023-cü ildə bu tendensiyanın davam edəcəyi proqnozlaşdırılır. Bu çağırışlara reaksiya vermək üçün informasiya texnologiyalarını inkişaf etdirmək lazımdır”, - deyə o bildirib.

T.Kazımov əlavə edib ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da ödəniş sistemlərinin gücləndirilməsi üzrə işlər aparılır.

“Biz bank sektorunda genişmiqyaslı işlər aparırıq. Artıq bankların 80 faizindən çoxu mobil tətbiqə malikdir, bu tətbiqlərlə ödənişlərin həcmi 70 faizi ötür. Bundan başqa, mobil və veb-bankçılıq vasitəsilə ödənişlər də artır. Ölkədə nağdsız dövriyyə 42 faizi ötərək 20 milyard manata çatıb. Təmassız ödənişlər 2,1 dəfə artıb”, - T.Kazımov əlavə edib.







Xəbərin oxunma sayı : 826




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap