“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərbaycanın ərazisini 86,6 kv.km olaraq tanıyırıq“ - “Bura Qarabağ da daxildir“

Tarix 22.05.23, 14:53

Font ölçüsü : - / +
bitmap-img6


Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.

O həmçinin, Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsinin Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olduğunu qeyd edib.

“Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyır”, Baş nazir mətbuat konfransında deyib.

“Əgər Azərbaycan bu günlərdə bizə sülh müqaviləsinin mətninin öz variantını versə və bir neçə gün ərzində görsək ki, sənəd qarşılıqlı güzəştlər məntiqinə uyğundur, niyə də olmasın, müqavilə növbəti görüşlərdə imzalana bilər” - deyə, Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Vaşinqtondakı görüşdən əvvəl rəsmi İrəvan sülh müqaviləsinin mətninə düzəlişləri Azərbaycana təqdim edib və indi rəsmi Bakının düzəlişlərini gözləyirlər.

“Amma hələlik onların cavabını almamışıq. Beynəlxalq qarantlara gəlincə, məmnunluqla qeyd etməliyəm ki, bu məsələdə də mövqelərimiz arasında müəyyən yaxınlaşma var”, - deyə o sözlərini yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 802




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap