“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”

Tarix 18.06.21, 9:24

Font ölçüsü : - / +
bitmap-img6


15 iyun tarixi Azərbaycan dövlətinin və xalqının taleyini dəyişən zəfər tarixidir. 1993-cü ilin 15 iyun tarixində Azərbaycan xalqı dövrünün əsl qurtuluşunu yaşadı və müstəqillik tarixində yeni bir səhifə açdı. Azərbaycan xalqı 1993-cü ilin gətirdiyi qalibiyyətin davamı olaraq 2021-ci ildə öz növbəti tarixi zəfərinə şahidlik etdi. Məhz bu tarixdə- Milli qurtuluş günündə Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan 44 günlük müharibənin şanlı zəfəri olaraq işğaldan azad olunmuş Şuşa şəhərinə tarixi səfər etdi. Səfər çərçivəsində Azərbaycan və Türkiyə arasında rəmzi olaraq “Şuşa bəyannaməsi” adlı tarixi sənəd imzalandı.

Müttəfiqlik haqqında imzalanmış bu Bəyannamə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edir və mövcud əlaqələri ən yüksək səviyyəyə çatdırır. Bəyannamədə göstərilən bütün müddəalar keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti Bəyannamənin əsas hissələrindəndir. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.

Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapır. Bu, tarixi nailiyyətdir. Bu, bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün proseslərdə yanyana olacaq. Bundan sonra da iki ölkə bir-birinin təhlükəsizliyini təmin edəcək.

Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr Bəyannamədə öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışıqlar aparılır, əməli, praktiki işlərlə bu dəhliz yaradılır. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır.
Tərəfdaşlığın əhəmiyyətini və ölkələrin qüdrətini artıran hərbi sənaye sahəsindəki əməkdaşlıq da bu tarixi sənəddə özünü biruzə verir. Bildiyimiz kimi, 44 günlük zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində qardaş ölkənin istehsalı olan pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.

15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Qədim şəhər Şuşadan verilən açıqlamalar bütün dünyaya səs salacaq, bunun böyük əks-sədası olacaqdır. Bu səfərin tarixi əhəmiyyəti bundan sonra uzun illər ərzində dillərdə qalacaqdır. Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir.

Diplomatik münasibətlərin yeni səviyyəsi də müəyyənləşib. Şuşa şəhərində qardaş Türkiyənin baş konsulluğunun açılmasına dair qəbul olunmuş qərar iki ölkə arasında münasibətləri dərinləşdirməklə yanaşı, Türkiyənin işğaldan azad olunmuş ərazilərdə aparılacaq bərpa-quruculuq işlərində oynayacağı roldan xəbər verir.

Yeganə Məmmədova,

Beyləqan rayon İH-nin başçısının müavini



Xəbərin oxunma sayı : 352




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap