“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Azərbaycanda aztəminatlı əhalinin cəmi 13,4%-i sosial yardım alır“ - HESABAT

Tarix 13.01.22, 10:20

Font ölçüsü : - / +
bitmap-img6


Beynəlxalq Əmək Təşkilatı yeni Qlobal Sosial Müdafiə Hesabatını açıqlayıb. Sənəddə 10 müxtəlif indikator əsasında sosial müdafiənin effektiv təşkili üzrə ölkələrarası müqayisə təqdim edilib.

İqtisadçı Rövşən Ağayev Azərbaycanla bağlı əsas məlumatların qısa xülasəsini hazırlayıb. "AzPolitika.info" həmin icmalı oxuculara tədim edir:

"Hesabatda bildirilir ki, Azərbaycanda qeyri-sığorta əsaslı pensiya (pensiya hüququ qazana bilməyən şəxlərə təyin edilən qocalığa görə müavinət) məbləğinin mütləq yoxsulluq həddi hesab olunan məbləğə nisbəti 46,6% təşkil edir. Bizim bölgədən Gürcüstanda həmin göstərici 109%, Ermənistanda 39%, Türkiyədə 21,7% təşkil edir.

Təşkilat Azərbaycan və Ermənistanın adını xüsusi olaraq vurğulayaraq qeyd edir ki, pensiya yaşına çatmış yaşlı əhalinin pensiya sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşüb və bu ciddi problemdir.

Bunun səbəbi aydındır: hökumət sığorta əsaslı pensiya sistemilə bağlı tələbləri son 15 ildə sərtləşdirib, amma buna paralel olaraq rəsmi məşğulluğun əhatə dairəsinin genişləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə edə biməyib. Nəticədə, uyğun yaşa çatan yaşlı insanlar pensiya hüququndan məhrum olurlar, əvəzində hökumət onlara daha aşağı məbləğlərlə ifadə olunan qocalıq müavinəti təklif edir. Hesabata görə, hazırda əmək qabiliyyətli yaşda (15+) təxminən 40%-dən daha az hissəsi öz gələcək pensiyalarını təmin etmək üçün təklif edirlər. Region ölkələrindən Türkiyədə həmin göstərici 60%-in üzərində, Ermənistanda 50%-ə yaxındır.

Məsələn, Azərbaycanda uşaqların cəmi 16,9%-i ən azı bir sosial müdafiə (səhiyyə xaric) tədbirilə əhatə olunub. Həmin göstərici Qazaxıstanda 57,4%, Gürcüstanda 48,1%, Ermənistanda 30,2%-dir. O cümlədən, dünya üzrə orta hesabla 26,4%, aşağı gəlirli ölkələrdə 8,5%, orta gəlirli ölkələrdə 20%-dən bir qədər yüksək, yüksək gəlirli ölkələrdə isə 87% təşkili edir. 

Başqa bir göstərici - yeni övlad dünyaya gətirmiş qadınların Azərbaycanda cəmi 16%-i hökumətin sosial müdafiə proqramı ilə əhatə olub. Həmin göstərici Qazaxıstanda 44,2%, Ermənistanda 61,6%, Gürcüstanda 26%-dir. O cümlədən dünya üzrə orta hesabla 45%, aşağı gəlirli ölkələrdə 10,5%, orta gəlirli ölkələrdə 40% ətrafında, yüksək gəlirli ölkələrdə isə 86% təşkili edir.

Daha bir göstərici - Azərbaycanda aztəminatlı əhalinin 13,4%-i sosial yardım proqramı ilə əhatə olunur. Həmin göstərici Qazaxıstanda 74,2%, Gürcüstanda 93%, o cümlədən dünya üzrə orta hesabla 29%, aşağı gəlirli ölkələrdə 7,8%, orta gəlirli ölkələrdə 35%-ə yaxın, yüksək gəlirli ölkələrdə isə 63% təşkili edir".



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap