![]() |
|














“Böyük Qayıdış“ Azərbaycanın gücünə güc qatacaq
Tarix 17.10.25, 8:04 |
|

2020-ci ildə cəsur və yenilməz Vətən oğullarının şücaəti sayəsində 44 günlük Vətən müharibəsi Azərbaycan Respublikasının parlaq Zəfəri ilə sona çatdı. 30 ildən artıq düşmən tapdağı altında inləyən torpaqlarımız işğaldan azad edildi. Xalqımızın torpaq həsrəti, yurd nisgili qurub yaratmaq həvəsi, istəyi ilə əvəzləndi. Bununla da Qarabağdan, Şərqi Zəngəzurdan olan keçmiş məcburi köçkün vətəndaşlarımızın tarixi ata-baba yurdlarına könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan yarandı.
Bu gün dövlətimizin "Böyük Qayıdış" Milli Proqramı ölkə başçımızın və Azərbaycan hökumətinin əsas prioritetlərindəndir. Proqramın uğurla icrası istiqamətində işlər sürətlə gedir. Şərqi Zəngəzurda, Qarabağda genişmiqyaslı layihələr həyata keçirilir, infrastruktur qurulur, yeni kəndlər, şəhərlər salınır. Hələ 31 iyul 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdi. Bu gün "Böyük Qayıdış" proqramının icrasının mərhələləri üzrə Laçına, Ağalıya, Zabuxa və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Şərqi Zəngəzurla paralel olaraq Qarabağa qayıdış da uğurla davam edir. Azərbaycan Respublikasının bütün ərazilərində suveren hüquqlarını ilk dəfə bərpa edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyətə gəlişinin 20-ci ilində Xankəndində üçrəngli, ay ulduzlu bayrağımızı qaldırması kimi böyük tarixi hadisə, Ulu Öndər Heydər Əliyevin İlham Əliyevə özü qədər inanmasında və xalqımızın ona böyük etimad göstərməsində heç də yanılmadığını sübut etdi.
Müzəffər Ali Baş Komandan indi də azadlığına qovuşmuş torpaqlarımızda gedən quruculuq işlərinə öndərlik edir. Ölkə başçımız möhtərəm Prezident İlham Əliyev davamlı olaraq işğaldan azad edilmiş bölgələırimizə səfərlər edir və görülən bərpa-quruculuq işləri ilə yerindəcə tanış olur.
Sözsüz ki, Qarabağa qayıdış planının ən vacib istiqaməti Füzuli şəhərinə qayıdışdan keçir. Azərbaycan Prezidenti İlham Əliyevin səfəri 2023-cü ildə Füzuli şəhərinə reallaşdı. Dövlət başçımız Füzulinin işğaldan azad olmasının 3-cü ilində, oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə iştirak etdi və Füzuli rayonuna yeni köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə səmimi şəkildə görüşdü. Ölkə başçısı işğaldan azad olunmuş rayonlarımızın, həmçinin Fizuli rayonunun dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət edən, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsinə hesablanan "Böyük Qayıdış" proqramının icrası ilə yerində tanış oldu. Dövlətimizin başçısının "Füzuli Şəhəri Günü" tədbirində iştirak etməsi Fizuli sakinləri üçün əsl bayram abu-havası yaratmışdı. Cənab Prezident Fizuli sakinləri ilə görüşəndə sevinc hisslərini bölüşərək qeyd etdi: "Necə də gözəl bir gündür. Siz mənə "Xoş gəlmisiniz!" deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə "Xoş gəlmisiniz!" deyəcəksiniz və bu gün gəldi".
Bu gün həm Füzulidə, həm bütün başqa şəhər və kəndlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir və bunu bir çox beynəlxalq ekspertlər də təsdiq edir. Xüsusilə, bildiyiniz kimi, Azərbaycanda iki dəfə Milli Şəhərsalma Forumu keçirilib, Ağdamda və Zəngilanda şəhərsalma layihələrimiz təqdim edilib.
Bütün bərpa ediləcək şəhərlərimiz, Füzuli kimi olacaq. Çünki Füzulidə birinci şəhərsalma layihəsi icra edilir. Burada şəhər tamamilə yenidən qurulur.
Azərbaycan əsgərinin qələbəsini xalqımızın torpaq sevgisi, onun əsl sakinlərinin işğaldan azad olmuş ərazilərdə qurub-yaratmaq eşqi möhkəmləndirir. Bu mənada Füzulilər doğma dədə-baba yurdlarına böyük həvəslə qayıdırlar. "Böyük Qayıdış" proqramımızın birinci mərhələsinin sonunda - 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq. Onların rahat yaşaması üçün ən yaxşı şərait yaradılıb. Yüksək zövqlə və müasir mühədis tələblərinə cavab verən tikililər Fizuliyə köçən sakinlərin rahat yaşaması üçün düşünülüb.
Bu gün bütün işğaldan azad olan ərazilərimiz, o cümlədən Fizuli yenidən qurulur. 17 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Fizuli şəhərinə səfəri çərçivəsində inzibati binanın, ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, Qoçəhmədli, Cuvarlı kəndlərinin təməlini qoydu. Aylar ötdükcə burada yaşayanların sayı da təbii ki, artacaq.
Ölkə rəhbərinin qeyd etdiyi kimi dövlətimizin əsas məqsədlərindən biri bu ərazilərdə qayıdan sakinlərin məşğulluğunun təmin olunmasıdır. Ümumilikdə götürdükdə Azərbaycan Respublikasında məşğulluq və özünüməşğulluq proqramları böyük uğurla icra edilir. Bunun üçün ciddi tədbirlər görülür. Bu proqramlar Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında da eyni uğurla icra ediləcək. Qarabağ iqtisadi zonasının, həmçinin Fizuli rayonunun özünəməxsus məşğulluq imkanları var. Fizulidə ənənəvi kənd təssərüfatı ilə məşğulluq ön plana çıxır. Dövlətimiz məşğul olacaq vətəndaşlara texnika ilə, mal-qara ilə, bütün lazımi vasitələri onlara təqdim etməklə yardım edəcək.
Doğurdan da, 30 ildən artıq ölkə iqtisadiyyatından ayrı düşmüş işğal edilmiş ərazilərimizin, o cümlədən Fizuli rayonunun "Böyük Qayıdış" proqramı ilə məskunlaşdırılması, təssərüfat quruculuğu ilə iqtisadi yüksəlişi iqtisadiyyatımızın, bütünlükdə isə böyük mənada Azərbaycanımızın gücünə güc qatacaq.
İstər Füzuli rayonunda, istərsə də işğaldan azad edilmiş digər ərazilərimizdə vandal ermənilər tərəfindən törədilmiş dəhşətli dağıntılar da diqqətdən kənarda qalmamalıdır. Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı kimi şəhərlərimiz və daha neçə-neçə yaşayış məntəqələrimiz vəhşi düşmən tərəfindən tamamilə dağıdılmış və yer üzündən silinmişdir. Artıq dünya ictimaiyyəti erməni vəhşiliyinin mahiyyətini görməkdədir. Azərbaycan xalqı isə qurub yaratmaq istəyi ilə alışıb yanır. İşğaldan azad edilmiş ərazilərimiz böyük tikinti meydançasını xatırladır. Şuşamız, Ağdamımız, Laçınımız bir sözlə dağıdılmış, vandal düşmən tərəfindən yer üzündən silinmiş şəhərlərimiz yenidən daha da gözəl tikilir. Bütün bunlar Azərbaycan Respublikasının öz imkanları hesabına edilir. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət büdcəsində bu bərpa işlərinə kifayət qədər vəsait ayrılmışdır. Biz Müzəffər Ali Baş Komandanın sarsılmaz iradəsi ilə, xalqımızın şücaəti ilə Qarabağa və Şərqi Zəngəzura qayıdırıq və o diyarları cənnət məkana çevirəcəyik.
Elnur Əzizov
Xəbərin oxunma sayı : 592
Sosial
Xəbərlər
-
Prezident Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO
-
Zəngilanın azad edilməsindən 5 il ötür - Bu gün Zəngilan Şəhər Günüdür
-
Türkyəli məşhurların reklam qiymətləri dodaq uçuqlatdı - SİYAHI
-
Messi qərarını qətiləşdirdi - “İnter Mayami“də qalacaq
-
Bakıda qurdların sakinlərə “hücum”u davam edir - VİDEO
-
Narla bananı birgə yeməyin: Görün hansı fəsadlar törədir
-
Şimali Kiprdə seçkilər: Müxalif namizəd qalib gəldi
-
Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO
-
“Məndə Ramiz Mehdiyevin nə cib telefonu, nə ev telefonu var” - Eks-nazir
-
Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində
-
Almaniya Gürcüstandakı səfirini geri çağırdı - Diplomatik gərginlik
-
Xaçmazda 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Şübhəli təslim oldu
-
“Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil“ - Zelenski
-
Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək - Təkadamlıq kamerada
-
Azyaşlılar arasında cinayətlər niyə artıb? - Aqressiv oyun və filmlərlə bağlı həyacan təbili
-
Dünyada çörəyin ən baha və ən ucuz satıldığı ölkələr - Siyahı
-
“Honours Academy”da tələbələr necə aldadılır? - Əlavə ödənişlər
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Üç günün hava proqnozu açıqlandı - Əhaliyə xəbərdarlıq edildi
-
Azərbaycanda banklar faizlərdən nə qədər pul qazanıblar? - Tam siyahı
-
Netanyahu orduya göstəriş verdi - “Qəti addımlar atılsın”
-
Sahibə Qafarova Simonyanla görüşəcək - Cenevrədə
-
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Xameneinin müşavirinin qızının toyu yenidən gündəmdə - VİDEO
-
Qurban Qurbanov “Qarabağ“dan gedəcək? - VİDEO
-
Fəzail Ağamalının Mehdiyevə məktubu üzə çıxdı: “Şərəfli işinizdə…”
-
Pakistan və Əfqanıstan nümayəndə heyətləri yenidən görüşəcəklər - Bu dəfə Türkiyədə
-
Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI
-
Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - Nəzarət gücləndirilir
-
Zubir Premyer Liqada 50-ci qolunu vurdu - SİYAHI
-
Yağış yağacaq, dolu düşəcək... - Sabahın havası
-
Qəzza zolağında atəşkəs pozuldu - HƏMAS və İsrail arasında atışma başlayıb
-
Zahid Oruc ittihamlara belə cavab verdi: “Kimisə “ata”lıqda görməmişik”
-
“ABŞ suverenliyimizi pozub“ - Kolumbiya Prezidenti
-
Həkim səhvinə görə pasiyentin sinir toxuması sıradan çıxıb? - VİDEO
-
Yollardakı elektron tərəzilər yükü artıq hesablayır? - VİDEO
-
Genetik testlərlə bağlı mühüm qərar: Nəticələr pozitiv olarsa...
-
Azərbaycanın “AI-92” markalı benzini idxal və ixrac etdiyi ölkələr - SİYAHI
-
Sabiq MTN nazirinin də həsi gündəmdə - İspaniya mediasından ŞOK YAZI
-
Narkotik daşıyan sualtı qayıq ABŞ-yə gələrkən məhv edilib - Tramp
-
Evimizdəki təhlükə: Tikinti materiallarının bilinməyən zərərləri
-
“Əfqanıstan və Pakistan dərhal atəşkəs barədə razılığa gəliblər“ - Qətər XİN
-
Yer kürəsində maqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ
-
Azərbaycanda nu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
-
Başqa marketin torbası ilə mağazaya girib döyüldü - Bakıda ŞOK OLAY
-
“Naxçıvan duzu” adı ilə satılan palçıqlı kristallar - Bazarlarda gizli təhlükə
-
“Onlar bir-birilərini şatdaunu uzatmaqda günahlandırırlar“ - Tramp
-
Mehdiyevin ailəsinin ölkədən çıxışına niyə “stop” qoyuldu? - Səbəbi AÇIQLANDI
-
Azərbaycanda daşıyıcı ana “ovu” - Gənc xanımlar Gürcüstana niyə aparılır?
-
Bazarda “optika fırıldağı”: İnsanlar belə aldadılır
-
Sosial şəbəkələrdə soyuq silahlar satılır - VİDEO
-
Müdafiə naziri ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - VİDEO
-
“Polşa terrorçuya əməlli-başlı hörmət edir” - Siyyarto
-
Fermerlər işçi tapa bilmirlər - ARAŞDIRMA
-
Mehdiyevin xaric edildiyi Təhlükəsizlik Şurası - Kimlər var?
-
Bakının mərkəzində söküntü: Bəzi ərazilər yenidən qurulur
-
Prezident amerikalı rəsmini qəbul etdi - FOTOLAR
-
2 həftə sonra toyu olacaqdı - Meyiti tapıldı
-
“Trampın və Amerika xalqının səbri tükənmək üzrədir“ - Ağ Ev rəsmisi
-
Polis Akademiyasında “Açıq qapı” günü keçirildi - FOTOLAR
-
“Laser Beauty Clinic“də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?
-
Payızın izləri bazarlara necə təsir edib: Qiymətlər qalxıb, yoxsa ucuzlaşıb?
-
“Neftçi“ Vensan Abubakar transferini açıqladı - VİDEO
-
İki əsrlik gərginlik: Tramp Pakistan-Əfqanıstan münaqişəsini nizamlaya biləcəkmi?
-
Özündən böyük sevgilisini evinə gətirdi: Anası hər ikisini küçəyə qovdu
-
“Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcəyik” - Mirzoyan
-
Prezident onu bu quruma birinci müavin təyin etdi - Şamil Rzayev kimdir?
-
Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi - Sərəncam
-
Türkiyə XİN və MN-dən Azərbaycanla bağlı - Paylaşım
-
“Putinlə bir-birimizə nifrət edirik” - Zelenski
-
İran hərbi gəmiləri Bakı limanını tərk etdi - FOTO
-
Bakıda ailə evindən çıxarıldı, övladları küçədə dərs oxuyur - VİDEO
-
Məmməd Məmmədovdan “tender möcüzəsi“ - Un istehsalçısı inşaat şirkətinə “çevrildi“
-
“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub...“ - Fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır
-
Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salıb - VİDEO
-
Sabunçu rayonunda illərdir yolları qurumayan Yavər Əliyev küçəsi - VİDEO
-
Memorial Kompleksin tikintisinə daha 12.6 milyon - Tender iki şirkətə verildi
-
Pensiya yaşı nə vaxt dəyişdiriləcək? - VİDEO
-
Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var - VİDEO
-
Gülxanıma şəxsiyyət vəsiqəsi veriləcək - DİN
-
Azərbaycan Prezidenti “Kazinform“a müsahibə verdi - TAM MƏTN
-
Səhiyyə Nazirliyinin bu müəssisələri ləğv edildi - SİYAHI
-
Mehriban Əliyeva Vatikandakı açılışda iştirak etdi - FOTOLAR
-
“Ukrayna hazırkı döyüş xətti üzrə dayanmağa razıdır” - ZELENSKİ
-
Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR
-
Şəkidə 300 illik qəbirlər qazılıb? - VİDEO
-
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
-
Birinci xanımın Vatikana səfəri dünya mediasında - FOTO
-
Koroğlu metrosunun ətrafında yaşanan sərnişin xaosu nə vaxt bitəcək? - VİDEO
-
“Ağacı yeyib qurtardı, indi də bizi yeməyə keçib” - VİDEO
-
“Ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!” - Mehriban Əliyeva
-
Taksilərlə bağlı yeni qərar bu tarixdən - Qüvvəyə minəcək
-
Zəngəzur dəhlizində görülən işlərdən son görüntülər - VİDEO
-
Saxta klinika “Nova Med“ fəaliyyətini davam etdirir - Xəyalə İsmayılova iş başında
-
“Azər Konyak“ şərab evində yoxlama - Nöqsanlar aşkarlandı
-
Elsevər Ağayevin “SEM-AZ“ı daha bir tenderdə qalib oldu - 800 minlik sifariş
-
Binədə maşınlar çirkab suyu boş əraziyə axıdırlar - VİDEO
-
Çin və Türkiyədən gələn karqolar niyə gecikir? - VİDEO
-
Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür
-
Bu gün 18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Türkiyənin məşhur sənətçilərində narkotik izləri tapıldı - ADLAR
-
Şabranda qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
“Ukrayna üçün ən vacib məsələ təhlükəsizlik zəmanətidir“ - Zelenski
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Bu məlumatlar tədqiq olundu
-
Ramiz Mehdiyevin ailə üzvülərinə şok qadağa - Ölkədən çıxışlarına “STOP” qoyuldu
-
“Hələ quzu əti 21 manatdır, şükür edin...” - Bazarda qiymətlər əl yandırır
-
Aİ 2035-ci ilə qədər hərbi xərclərini açıqladı - 6,8 trilyon avro
-
Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar
-
AQTA bal yarmarkasında yoxlama keçirib - Uyğunsuzluqlar aşkarlandı
-
Mehriban Əliyeva Roma Papası ilə görüşdü - FOTO
-
Vasif Talıbovun “Batabat“ında yoxlama: Pozuntular aşkarlandı
-
Toy günü gəlinin ata-anası ölmüşdü - Kürəkən cəzalandırıldı
-
Azərbaycanın bu ölkədə səfirliyi təsis edildi - SƏRƏNCAM
-
DİN-də Kollegiya iclası keçirildi - Nazir konkret tapşırıqlar verdi
-
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi
-
Azərbaycanda heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək - Bu tarixdən
-
Baş prokuror 73 nəfərin müraciəti ilə bağlı göstərişlər verdi - FOTO
-
Əti xaricdən 3,9, kərə yağını 11,7, düyünü 1,7 manta alırıq... - Siyahı
-
Mehdiyevin gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib? - ŞOK FAKT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
TOP 10
ARXİV