![]() |
|














“Laser Beauty Clinic“də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?
Tarix 18.10.25, 17:37 |
|

"Laser Beauty Clinic"lə bağlı qalmaqallar səngimir. Məlumat üçün bildirək ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində "Laser Beauty Clinic"in Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsində yerləşən filialında nöqsanlar aşkar edilib. Bu səbəbdən klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət olunub.
Bundan sonra klinika ilə bağlı çoxsaylı qalmaqallı xəbərlər yayılıb. Məlumata görə, pasiyentlərə keyfiyyətsiz tibbi və estetik xidmətlərin göstərilməsi nəticəsində bir neçə şəxsin səhhətində problemlər yaranıb. Həmçinin fəaliyyəti dayandırılmış "Altes" filialına yoxlama üçün gələn rəsmi şəxslərə hücum edilməsi ilə bağlı məlumatlar da mövcuddur.

Sözügedən filialda həkim kimi çalışan Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanovanın fəaliyyəti sosial şəbəkələrdə geniş şəkildə reklam olunur, müxtəlif endirim və xidmət kampaniyaları keçirilir. Halbuki, adıçəkilən xanımların tibbi təhsilinin olmadığı barədə iddialar var və onlar sertifikasiyadan keçməyiblər. Bu isə qanunsuz fəaliyyət sayılır.

Bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanladıq. Nigar Rüfət və Adilya Makatova ilə bağlı ilk sorğuya gələn cavabı olduğu kimi təqdim edirik:
"Adilya Makatova və Nigar Rüfətin adları Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur".
Nigar Sultanova ilə bağlı da eyni cavab oldu:
"Sorğuda qeyd olunan şəxs barədə aparılmış araşdırma nəticəsində müəyyən edilib ki, həmin şəxs nə əczaçı, nə də həkim kimi sertifikata malik deyil. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, sertifikatsız şəxslər tibbi və əczaçılıq fəaliyyəti göstərə bilməzlər".

Göründüyü kimi, hər üç şəxsin adı həkim kimi fəaliyyət gəstərmələrinə baxmayaraq, Tibbi Kadrların Vahid Məlumat Reyestrində yoxdur. Bəs bunun məsuliyyəti nədir?
Analitik Ekspertiza Mərkəzindən sorğuya cavab olaraq bildirildi ki, sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər 800-1000, hüquqi şəxslər 6000-8000 min manat məbləğində cərimə olunur. Mərkəzdən həmçinin bildirildi ki, tibbi fəaliyyət yalnız müvafiq ali tibbi təhsili olan və sertifikata malik şəxslər tərəfindən həyata keçirilə bilər, sertifikatsız fəaliyyət qanunsuz hesab olunur və məsuliyyət yaradır.

Analitik Ekspertiza Mərkəz bildirir ki, reysterdən keçmədən və sertifikatsız fəaliyyət qanunsuzdur. Amma Nigar Rüfət, Adilya Makatova və Nigar Sultanova "Laser Beauty Clinic"in "Altes" filialında fəaliyyət göstərir və bunu gizlətməyi belə lazım bilmirlər. Onlar maneəsiz olaraq pasiyentlərə xidmət göstərirlər və müvafiq qurum - Səhiyyə Nazirliyi də artıq bundan xəbərdardır. Amma bunun qarşısını almaq üçün heç bir addım atılmır. Qanunlar bu şəxslərin fəaliyyətini açıq şəkildə qağadan edir. Lakin Səhiyyə Nazirliyi onların qarşısını almaq üçün heç bir addım atmır, işini sorğulara cavab verməklə bitmiş hesab edir. Əslində isə nazirlik bu kimi fəaliyyətlərə qarşı mübarizə aparmalı, onları müəyyənləşdirərək, müvafiq qurumlara məlumat verməli, qanunun tələblərini yerinə yetirməlidir. Görünən odur ki, bu məsələdə həvəsli deyillər və bununla da növbəti faciələrin əsasını qoyurlar.

Bu arada, qeyd edək ki, Nigar Rüfət estetik cərrahlar üçün oktyabrın 26-da "The art of Facial Harmony" adlı master-klass keçirəcək. Bir sözlə heç bir tibbi təhsili və sertifikatsiyası olmayan Nigar xanım həkimlərə dərs deyəcək.

Məlumat üçün bildirək ki, Nigar Rüfətin diplomunun saxta olması ilə bağlı iddialar da var. Onun bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığını göstərilib. Daha sonra isə Kiev Dövlət Dizayn və Texnologiya Universitetində Farmakalogiya ixtisası üzrə təhsil aldığı qeyd edilib. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən Nigar Rüfətin təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakalogiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir.
Xəbərin oxunma sayı : 532
Sosial
Xəbərlər
-
“Polşa terrorçuya əməlli-başlı hörmət edir” - Siyyarto
-
Fermerlər işçi tapa bilmirlər - ARAŞDIRMA
-
Mehdiyevin xaric edildiyi Təhlükəsizlik Şurası - Kimlər var?
-
Bakının mərkəzində söküntü: Bəzi ərazilər yenidən qurulur
-
Prezident amerikalı rəsmini qəbul etdi - FOTOLAR
-
2 həftə sonra toyu olacaqdı - Meyiti tapıldı
-
“Trampın və Amerika xalqının səbri tükənmək üzrədir“ - Ağ Ev rəsmisi
-
Polis Akademiyasında “Açıq qapı” günü keçirildi - FOTOLAR
-
Azərbaycanın “AI-92” markalı benzini idxal və ixrac etdiyi ölkələr - SİYAHI
-
“Laser Beauty Clinic“də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?
-
Payızın izləri bazarlara necə təsir edib: Qiymətlər qalxıb, yoxsa ucuzlaşıb?
-
“Neftçi“ Vensan Abubakar transferini açıqladı - VİDEO
-
İki əsrlik gərginlik: Tramp Pakistan-Əfqanıstan münaqişəsini nizamlaya biləcəkmi?
-
Özündən böyük sevgilisini evinə gətirdi: Anası hər ikisini küçəyə qovdu
-
“Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcəyik” - Mirzoyan
-
“Naxçıvan duzu” adı ilə satılan palçıqlı kristallar - Bazarlarda gizli təhlükə
-
Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi - Sərəncam
-
Türkiyə XİN və MN-dən Azərbaycanla bağlı - Paylaşım
-
“Putinlə bir-birimizə nifrət edirik” - Zelenski
-
İran hərbi gəmiləri Bakı limanını tərk etdi - FOTO
-
Bakıda ailə evindən çıxarıldı, övladları küçədə dərs oxuyur - VİDEO
-
Məmməd Məmmədovdan “tender möcüzəsi“ - Un istehsalçısı inşaat şirkətinə “çevrildi“
-
“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub...“ - Fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır
-
Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salıb - VİDEO
-
Sabunçu rayonunda illərdir yolları qurumayan Yavər Əliyev küçəsi - VİDEO
-
Memorial Kompleksin tikintisinə daha 12.6 milyon - Tender iki şirkətə verildi
-
Pensiya yaşı nə vaxt dəyişdiriləcək? - VİDEO
-
Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var - VİDEO
-
Gülxanıma şəxsiyyət vəsiqəsi veriləcək - DİN
-
Azərbaycan Prezidenti “Kazinform“a müsahibə verdi - TAM MƏTN
-
Səhiyyə Nazirliyinin bu müəssisələri ləğv edildi - SİYAHI
-
Mehriban Əliyeva Vatikandakı açılışda iştirak etdi - FOTOLAR
-
“Ukrayna hazırkı döyüş xətti üzrə dayanmağa razıdır” - ZELENSKİ
-
Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR
-
Şəkidə 300 illik qəbirlər qazılıb? - VİDEO
-
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
-
Birinci xanımın Vatikana səfəri dünya mediasında - FOTO
-
Koroğlu metrosunun ətrafında yaşanan sərnişin xaosu nə vaxt bitəcək? - VİDEO
-
“Ağacı yeyib qurtardı, indi də bizi yeməyə keçib” - VİDEO
-
“Ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!” - Mehriban Əliyeva
-
Taksilərlə bağlı yeni qərar bu tarixdən - Qüvvəyə minəcək
-
Zəngəzur dəhlizində görülən işlərdən son görüntülər - VİDEO
-
Saxta klinika “Nova Med“ fəaliyyətini davam etdirir - Xəyalə İsmayılova iş başında
-
“Azər Konyak“ şərab evində yoxlama - Nöqsanlar aşkarlandı
-
Elsevər Ağayevin “SEM-AZ“ı daha bir tenderdə qalib oldu - 800 minlik sifariş
-
Binədə maşınlar çirkab suyu boş əraziyə axıdırlar - VİDEO
-
Çin və Türkiyədən gələn karqolar niyə gecikir? - VİDEO
-
Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür
-
Bu gün 18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Türkiyənin məşhur sənətçilərində narkotik izləri tapıldı - ADLAR
-
Şabranda qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
“Ukrayna üçün ən vacib məsələ təhlükəsizlik zəmanətidir“ - Zelenski
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Bu məlumatlar tədqiq olundu
-
Ramiz Mehdiyevin ailə üzvülərinə şok qadağa - Ölkədən çıxışlarına “STOP” qoyuldu
-
“Hələ quzu əti 21 manatdır, şükür edin...” - Bazarda qiymətlər əl yandırır
-
Aİ 2035-ci ilə qədər hərbi xərclərini açıqladı - 6,8 trilyon avro
-
Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar
-
AQTA bal yarmarkasında yoxlama keçirib - Uyğunsuzluqlar aşkarlandı
-
Mehriban Əliyeva Roma Papası ilə görüşdü - FOTO
-
Vasif Talıbovun “Batabat“ında yoxlama: Pozuntular aşkarlandı
-
Toy günü gəlinin ata-anası ölmüşdü - Kürəkən cəzalandırıldı
-
Azərbaycanın bu ölkədə səfirliyi təsis edildi - SƏRƏNCAM
-
DİN-də Kollegiya iclası keçirildi - Nazir konkret tapşırıqlar verdi
-
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi
-
Azərbaycanda heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək - Bu tarixdən
-
Baş prokuror 73 nəfərin müraciəti ilə bağlı göstərişlər verdi - FOTO
-
Əti xaricdən 3,9, kərə yağını 11,7, düyünü 1,7 manta alırıq... - Siyahı
-
Mehdiyevin gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib? - ŞOK FAKT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Putin Macarıstana necə səfər edəcək? - Aİ rəsmisi açıqladı
-
Tahir Qədəşovun həbsi üçün məhkəməyə çağırılması tələb olundu - “Atlant işi
-
Qanun qadağan edir, amma... - Sədr müavini dövlət qurumlarından 300 minlik sifariş alıb
-
MDB dövlətlərinin təhlükəsizlik qurumlarının 57-ci iclası keçirilib - Səmərqənddə
-
Vüsal Aslanov rəisi işdən çıxardı - 7 ay əvvəl vəzifəyə təyin olunmuşdu
-
“Pensiya sisteminin maliyyə dayanıqlılığında risk yoxdur“ - Maliyyə Nazirliyi
-
“ELMED” klinikasında stomatoloq Afət Ağayevadan şikayət - VİDEO
-
Azərbaycanda şok hadisə - 7 ildir öz uşağı bilirdi, qardaşı imiş
-
Paytaxtda ev almaq istəyənlərin nəzərinə: Mənzillərin qiyməti neçədən başlayır? (VİDEO)
-
Özəl bankların ümumi mənfəətinin yarıdan çoxu bir şirkətə məxsusdur - SİYAHI
-
Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib
-
Yanvarın 1-dən gəlir vergisi tətbiq olunacaq? - Vüqar Bayramovdan cavab
-
Deputatlar arasında gərginlik: “Sonra sizinlə ayrı bir məsələni də danışacağam”
-
Azərbaycana 9 ayda 267 milyon qazandıran məhsul - Rəqəmlər
-
Yağış yağacaq, şimşək çaxacaq - Sabahın havası
-
Rövnəq Abdullayevin neft ticarətindəki “görünməz əli“ - Anar Əlizadə haqqında...
-
Xocavənddə daha 100 ev təmir olunacaq - 5,9 milyon ayrıldı
-
Polis Yasamaldakı silahlı insidentlə bağlı - 2 nəfəri saxladı
-
Mədət Quliyevdən Ramiz Mehdiyev barəsində açıqlama - “Üzvlükdən çıxarılacaq...”
-
Saxta medal verənlərin işini bu idarə araşdırır - 3 nəfər məsuliyyətə cəlb olundu
-
Beyləqanda Müstəqilliyin Bərpası Günü qeyd edildi - FOTOLAR
-
Azərbaycana daxil olan su ehtiyatları 30 faiz azalıb - Nazir müavini
-
Paytaxtın Xətai rayonunda bu binaları qurd basıb - VİDEO
-
2025-ci ilin ən çox qazanan futbolçuları - SİYAHI
-
Anım Günündə transgenderin azyaşlıların önündə ifasına kim icazə verib? - VİDEO
-
Bakıda iki avtobus toqquşdu: Sürücü belə xilas edildi (VİDEO)
-
11-ci sinif şagirdləri arasında mübahisə - Bıçaqlanan var
-
Prezident Füzuli şəhərinin azad olunması ilə bağlı paylaşım etdi - VİDEO
-
Bakıda bu yataqxananın sakinləri bir həftədir qazsız qalıblar - VİDEO
-
Azərbaycanda müdafiə və milli təhlükəsizlik sahəsinə böyük həcmdə vəsait ayrılacaq - VİDEO
-
“Böyük Qayıdış“ Azərbaycanın gücünə güc qatacaq
-
Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar
-
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
-
Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR
-
“Fənərbağça“nın transfer planı - Tedesko rəhbərlikdən onu istədi
-
Yaşayış binasının köhnə liftləri sökülüb, yeniləri isə quraşdırılmır - VİDEO
-
Mehriban Əliyeva qızları və gəlini ilə Vatikanda açılışda - FOTOLAR
-
Trampla Putin arasında telefon danışığı olub - Yenidən görüşəcəklər
-
“Sənəd veriblər ki, təhlükəlidir“ - Dörd uşaqla evsiz qalan ailənin aqibəti necə olacaq?
-
“Eşqi Bağırovu Agentliyə buraxılmırlar, qələmi qırılıb, işdən azad olunacaq” - Sensasion açıqlama
-
Masazır qəsəbəsində yerləşən parkda qanunsuz tikinti aparılıb? - VİDEO
-
"İnandırmışdılar ki, yaxtanı azad edəcəklər" - Milyarder Fərhad Əhmədov məhkəmədə
-
17 oktyabr - Füzuli Şəhəri Günüdür
-
Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş ziyan məhkəmədə tədqiq edilib - Fotolar
-
“Mövcud buraxılış kartları ləğv edilməyəcək“ - AYNA
-
“Ukrayna çətin ki, yaxın illərdə tam dinc həyata qayıda bilsin“ - Budanov
-
Abid Şərifov insult keçirib - Vəziyyəti ağırdır
-
Taksilərlə bağlı qərardan sonra AYNA-nın qabağında uzun növbələr yaranıb - VİDEO
-
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - “Mehdiyev işi”nin bütün DETALLARI
-
“Neftçi“ məşhur futbolçunu transfer edir - Bakıya gəldi
-
17 oktyabrda azad Füzulidə şəhər günü qeyd edilir
TOP 10
ARXİV