![]() |
|














Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlar
Tarix 17.10.25, 7:25 |
|

17 oktyabr Füzuli Şəhəri Günüdür. Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamı tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımları sırasındadır. Füzuli şəhəri rəşadətli Ordumuzun 44 gündə azad etdiyi 5 şəhərdən biridir.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il Füzuli şəhərinin azad edilməsinin birinci ildönümündə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə "Füzuliyə xoş gəlmisiniz" müraciətini böyük qürur hissi ilə ifadə edərək bildirmişdir ki, 17 oktyabr günü Azərbaycan xalqının çoxəsrlik tarixində xüsusi yer tutacaq: "Çünki məhz oktyabrın 17-də bizim böyük şəhərimiz Füzuli işğalçılardan azad edildi. İkinci Qarabağ müharibəsində şəhid olmuş bütün şəhidlərimizə Allahdan bir daha rəhmət diləyirəm. Onların fədakarlığı, qəhrəmanlığı sayəsində biz tarixi ədaləti bərpa etdik. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərmişdir. Azərbaycan Ordusu düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək tarixi ədaləti bərpa etdi və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi." Bu fikirlərin davamı olaraq o da bildirildi ki, Füzuliyə həyat qayıdır və qayıdacaq. Bu işləri görmək üçün uzun illər göstərilən səylər göz önündədir.
Uzun illər həm torpaqlarımızı azad etmək üçün diplomatik mübarizədə qələbəmizi təmin etdik, ordumuzu gücləndirdik, həm də postmüharibə dövründə quruculuq, bərpa işlərini görmək üçün şərait yaratdıq. Ölkəmizin iqtisadi qüdrətini artırmaq üçün atılan addımlar davamlı xarakter aldı. Dövrün tələblərinə uyğun həyata keçirilən islahatlar bütün sahələrdə inkişafı sürətləndirdi. Yeni texnologiyaların tətbiqi, kadr potensialının yaradılması prioritet məsələ kimi öndə oldu. Azərbaycan dünya hərb tarixində istisna olaraq müharibədən sonra dərhal bərpa və quruculuq işlərinə başladı. Azad edilmiş ərazilərimizdə bütün işlər müasir tələblər səviyyəsində həyata keçirilir. Bu gün Füzulinin timsalında işğaldan azad edilmiş digər ərazilərimizdə də görülən işlərin aydın mənzərəsini yaratmaq mümkündür. Prezident İlham Əliyevin tapşırığına əsasən rayon yenidən qurulur və infrastrukturun bərpası istiqamətində irimiqyaslı işlər həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 mart 2023-cü ildə "Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"nı təsdiq etmişdir. Dövlət başçısının xüsusi diqqəti nəticəsində rayonda "Füzuli" yarımstansiyası, Füzuli Rəqəmsal Yarımstansiya və İdarəetmə Mərkəzi, həmçinin Köndələnçay su anbarları kompleksi istifadəyə verilmişdir. Füzulidə nəqliyyat infrastrukturunun yaradılması istiqamətində nəhəng layihələr reallaşdırılmışdır. Zəfər, Füzuli-Hadrut və Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolları istismara verilmişdir. Bununla yanaşı, Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Ən müasir tələblərə cavab verən Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımızın tezliklə bərpa olunacağının və oraya yenidən həyatın qayıtmasının bariz nümunəsidir. Bu hava limanının istifadəyə verilməsi bölgəyə səfər edənlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, nəinki Füzulinin, ümumilikdə bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.
Bu gün bütün azad edilmiş ərazilərimizdə, o cümlədən Füzulidə dağıntılar müasir tələblərə cavab verən yeni tikililərlə əvəzlənir. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu şaddır. Hazırda işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalanır. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 17-də "Füzuli Şəhəri Günü"ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə "Necə də gözəl bir gündür. Siz mənə "Xoş gəlmisiniz!" deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə "Xoş gəlmisiniz!" deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür" söyləyərək bu reallığı da böyük qürur hissi ilə qeyd etmişdir ki, yadımdadır, füzulililərlə və digər rayonlardan olan keçmiş köçkünlərlə çoxsaylı görüşlərimdə, xüsusilə yeni şəhərciklərin açılışı tədbirlərində deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Biz çalışırıq və çalışacağıq ki, sizin yaşayış səviyyənizi yaxşılaşdıraq, həyatınızı müəyyən dərəcədə yüngülləşdirək, ancaq bu, müvəqqəti yaşayış yeridir: "Torpaqlar azad olunandan sonra Füzulidə, Ağdamda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Şuşada daha gözəl evlər tikiləcək, daha gözəl şərait yaradılacaq. Bax, bu gün gəldi, artıq bu, gerçəkdir, bu, reallıqdır. Füzulinin yeni siması göz oxşayır".
Eldar Urufov
Xəbərin oxunma sayı : 586
Sosial
Xəbərlər
-
Prezident Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO
-
Zəngilanın azad edilməsindən 5 il ötür - Bu gün Zəngilan Şəhər Günüdür
-
Türkyəli məşhurların reklam qiymətləri dodaq uçuqlatdı - SİYAHI
-
Messi qərarını qətiləşdirdi - “İnter Mayami“də qalacaq
-
Bakıda qurdların sakinlərə “hücum”u davam edir - VİDEO
-
Narla bananı birgə yeməyin: Görün hansı fəsadlar törədir
-
Şimali Kiprdə seçkilər: Müxalif namizəd qalib gəldi
-
Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO
-
“Məndə Ramiz Mehdiyevin nə cib telefonu, nə ev telefonu var” - Eks-nazir
-
Qərb bölgəsində dabaq xəstəliyi sürətlə yayılır: Fermerlər zərər içində
-
Almaniya Gürcüstandakı səfirini geri çağırdı - Diplomatik gərginlik
-
Xaçmazda 44 yaşlı kişi ov tüfəngi ilə qətlə yetirildi - Şübhəli təslim oldu
-
“Ukrayna öz ərazilərini Rusiyaya vermək niyyətində deyil“ - Zelenski
-
Nikola Sarkozi cəzasını təcridxanada çəkəcək - Təkadamlıq kamerada
-
Azyaşlılar arasında cinayətlər niyə artıb? - Aqressiv oyun və filmlərlə bağlı həyacan təbili
-
Dünyada çörəyin ən baha və ən ucuz satıldığı ölkələr - Siyahı
-
“Honours Academy”da tələbələr necə aldadılır? - Əlavə ödənişlər
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib - VİDEO
-
Üç günün hava proqnozu açıqlandı - Əhaliyə xəbərdarlıq edildi
-
Azərbaycanda banklar faizlərdən nə qədər pul qazanıblar? - Tam siyahı
-
Netanyahu orduya göstəriş verdi - “Qəti addımlar atılsın”
-
Sahibə Qafarova Simonyanla görüşəcək - Cenevrədə
-
Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Xameneinin müşavirinin qızının toyu yenidən gündəmdə - VİDEO
-
Qurban Qurbanov “Qarabağ“dan gedəcək? - VİDEO
-
Fəzail Ağamalının Mehdiyevə məktubu üzə çıxdı: “Şərəfli işinizdə…”
-
Pakistan və Əfqanıstan nümayəndə heyətləri yenidən görüşəcəklər - Bu dəfə Türkiyədə
-
Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI
-
Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - Nəzarət gücləndirilir
-
Zubir Premyer Liqada 50-ci qolunu vurdu - SİYAHI
-
Yağış yağacaq, dolu düşəcək... - Sabahın havası
-
Qəzza zolağında atəşkəs pozuldu - HƏMAS və İsrail arasında atışma başlayıb
-
Zahid Oruc ittihamlara belə cavab verdi: “Kimisə “ata”lıqda görməmişik”
-
“ABŞ suverenliyimizi pozub“ - Kolumbiya Prezidenti
-
Həkim səhvinə görə pasiyentin sinir toxuması sıradan çıxıb? - VİDEO
-
Yollardakı elektron tərəzilər yükü artıq hesablayır? - VİDEO
-
Genetik testlərlə bağlı mühüm qərar: Nəticələr pozitiv olarsa...
-
Azərbaycanın “AI-92” markalı benzini idxal və ixrac etdiyi ölkələr - SİYAHI
-
Sabiq MTN nazirinin də həsi gündəmdə - İspaniya mediasından ŞOK YAZI
-
Narkotik daşıyan sualtı qayıq ABŞ-yə gələrkən məhv edilib - Tramp
-
Evimizdəki təhlükə: Tikinti materiallarının bilinməyən zərərləri
-
“Əfqanıstan və Pakistan dərhal atəşkəs barədə razılığa gəliblər“ - Qətər XİN
-
Yer kürəsində maqnit qasırğası başlayıb - XƏBƏRDARLIQ
-
Azərbaycanda nu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
-
Başqa marketin torbası ilə mağazaya girib döyüldü - Bakıda ŞOK OLAY
-
“Naxçıvan duzu” adı ilə satılan palçıqlı kristallar - Bazarlarda gizli təhlükə
-
“Onlar bir-birilərini şatdaunu uzatmaqda günahlandırırlar“ - Tramp
-
Mehdiyevin ailəsinin ölkədən çıxışına niyə “stop” qoyuldu? - Səbəbi AÇIQLANDI
-
Azərbaycanda daşıyıcı ana “ovu” - Gənc xanımlar Gürcüstana niyə aparılır?
-
Bazarda “optika fırıldağı”: İnsanlar belə aldadılır
-
Sosial şəbəkələrdə soyuq silahlar satılır - VİDEO
-
Müdafiə naziri ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşüb - VİDEO
-
“Polşa terrorçuya əməlli-başlı hörmət edir” - Siyyarto
-
Fermerlər işçi tapa bilmirlər - ARAŞDIRMA
-
Mehdiyevin xaric edildiyi Təhlükəsizlik Şurası - Kimlər var?
-
Bakının mərkəzində söküntü: Bəzi ərazilər yenidən qurulur
-
Prezident amerikalı rəsmini qəbul etdi - FOTOLAR
-
2 həftə sonra toyu olacaqdı - Meyiti tapıldı
-
“Trampın və Amerika xalqının səbri tükənmək üzrədir“ - Ağ Ev rəsmisi
-
Polis Akademiyasında “Açıq qapı” günü keçirildi - FOTOLAR
-
“Laser Beauty Clinic“də qanunsuz fəaliyyət davam edir - Nazirlik niyə susur?
-
Payızın izləri bazarlara necə təsir edib: Qiymətlər qalxıb, yoxsa ucuzlaşıb?
-
“Neftçi“ Vensan Abubakar transferini açıqladı - VİDEO
-
İki əsrlik gərginlik: Tramp Pakistan-Əfqanıstan münaqişəsini nizamlaya biləcəkmi?
-
Özündən böyük sevgilisini evinə gətirdi: Anası hər ikisini küçəyə qovdu
-
“Avropa İttifaqına üzv olmaq üçün müraciət edəcəyik” - Mirzoyan
-
Prezident onu bu quruma birinci müavin təyin etdi - Şamil Rzayev kimdir?
-
Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi - Sərəncam
-
Türkiyə XİN və MN-dən Azərbaycanla bağlı - Paylaşım
-
“Putinlə bir-birimizə nifrət edirik” - Zelenski
-
İran hərbi gəmiləri Bakı limanını tərk etdi - FOTO
-
Bakıda ailə evindən çıxarıldı, övladları küçədə dərs oxuyur - VİDEO
-
Məmməd Məmmədovdan “tender möcüzəsi“ - Un istehsalçısı inşaat şirkətinə “çevrildi“
-
“Elnur Əliyev Əli Həsənovun ən yaxın adamı olub...“ - Fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır
-
Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə salıb - VİDEO
-
Sabunçu rayonunda illərdir yolları qurumayan Yavər Əliyev küçəsi - VİDEO
-
Memorial Kompleksin tikintisinə daha 12.6 milyon - Tender iki şirkətə verildi
-
Pensiya yaşı nə vaxt dəyişdiriləcək? - VİDEO
-
Bazarda arabaçı işləyən şəxsin 5 şirkəti var - VİDEO
-
Gülxanıma şəxsiyyət vəsiqəsi veriləcək - DİN
-
Azərbaycan Prezidenti “Kazinform“a müsahibə verdi - TAM MƏTN
-
Səhiyyə Nazirliyinin bu müəssisələri ləğv edildi - SİYAHI
-
Mehriban Əliyeva Vatikandakı açılışda iştirak etdi - FOTOLAR
-
“Ukrayna hazırkı döyüş xətti üzrə dayanmağa razıdır” - ZELENSKİ
-
Elektromobil idxalında kəskin azalma - SƏBƏBLƏR
-
Şəkidə 300 illik qəbirlər qazılıb? - VİDEO
-
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
-
Birinci xanımın Vatikana səfəri dünya mediasında - FOTO
-
Koroğlu metrosunun ətrafında yaşanan sərnişin xaosu nə vaxt bitəcək? - VİDEO
-
“Ağacı yeyib qurtardı, indi də bizi yeməyə keçib” - VİDEO
-
“Ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun!” - Mehriban Əliyeva
-
Taksilərlə bağlı yeni qərar bu tarixdən - Qüvvəyə minəcək
-
Zəngəzur dəhlizində görülən işlərdən son görüntülər - VİDEO
-
Saxta klinika “Nova Med“ fəaliyyətini davam etdirir - Xəyalə İsmayılova iş başında
-
“Azər Konyak“ şərab evində yoxlama - Nöqsanlar aşkarlandı
-
Elsevər Ağayevin “SEM-AZ“ı daha bir tenderdə qalib oldu - 800 minlik sifariş
-
Binədə maşınlar çirkab suyu boş əraziyə axıdırlar - VİDEO
-
Çin və Türkiyədən gələn karqolar niyə gecikir? - VİDEO
-
Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür
-
Bu gün 18 oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
-
Türkiyənin məşhur sənətçilərində narkotik izləri tapıldı - ADLAR
-
Şabranda qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
“Ukrayna üçün ən vacib məsələ təhlükəsizlik zəmanətidir“ - Zelenski
-
Arayik və dəstəsinin məhkəməsi davam etdirilir - Bu məlumatlar tədqiq olundu
-
Ramiz Mehdiyevin ailə üzvülərinə şok qadağa - Ölkədən çıxışlarına “STOP” qoyuldu
-
“Hələ quzu əti 21 manatdır, şükür edin...” - Bazarda qiymətlər əl yandırır
-
Aİ 2035-ci ilə qədər hərbi xərclərini açıqladı - 6,8 trilyon avro
-
Bu yerlərdə də maşından rahat düşüb-minəcəksiniz - Fotolar
-
AQTA bal yarmarkasında yoxlama keçirib - Uyğunsuzluqlar aşkarlandı
-
Mehriban Əliyeva Roma Papası ilə görüşdü - FOTO
-
Vasif Talıbovun “Batabat“ında yoxlama: Pozuntular aşkarlandı
-
Toy günü gəlinin ata-anası ölmüşdü - Kürəkən cəzalandırıldı
-
Azərbaycanın bu ölkədə səfirliyi təsis edildi - SƏRƏNCAM
-
DİN-də Kollegiya iclası keçirildi - Nazir konkret tapşırıqlar verdi
-
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi
-
Azərbaycanda heyvan bazarlarında məhdudiyyətlər tətbiq ediləcək - Bu tarixdən
-
Baş prokuror 73 nəfərin müraciəti ilə bağlı göstərişlər verdi - FOTO
-
Əti xaricdən 3,9, kərə yağını 11,7, düyünü 1,7 manta alırıq... - Siyahı
-
Mehdiyevin gəlini ATU-nun klinikasında vəzifəyə necə yüksəlib? - ŞOK FAKT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
TOP 10
ARXİV