Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

  • / Maqazin / — 05 May 2025

    Aygün Kazımova sinə dekolteli geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 03 May 2025

    Xatirənin sinə dekolteli və uzun yarıqlı geyimi - FOTOLAR

  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

“Bakı şəhər Mədəniyyət Baş İdarəsində nöqsanların aradan qaldırılması gecikir“ - Palata

Tarix 26.04.25, 17:30

Font ölçüsü : - / +
bitmap-img6


Hesablama Palatasının 2022-2023-cü illərdə Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsində dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinə dair apardığı uyğunluq auditi nəticəsində aşkarlanmış nöqsanlardan 6-nın aradan qaldırılması (Palatanın verdiyi təkliflərin icra edilməsi) gecikir.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, həmin təkliflər aşağıdakılardır:

- Ödənişli kurslara cəlb edilmiş şagirdlərdən nağd qaydada yığılmış 47 251 manat vəsaitdən qalan 18 410 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsi;

- Xəzər rayon Mərkəzi Kitabxana Sistemi üzrə ödəniş qrupunun düzgün müəyyən edilməməsi səbəbindən aşağı tarif dərəcələri ilə 2022-ci ildə 25 halda 5 689 manat, 2023-cü ildə 23 halda 6 356 manat, cəmi 12 046 manat az ödənilmiş əməkhaqqının müvafiq əməkdaşların növbəti dövr üzrə əmək haqqı ödənişlərində nəzərə alınaraq ödənilməsi;

- Xəzər rayonu Nizami adına Mədəniyyət Mərkəzinin istifadəsində auditin əhatə etdiyi dövr ərzində istifadəyə tam yararsız vəziyyətdə olmuş və faktiki istifadə edilməmiş nəqliyyat vasitəsi üzrə saxlanılmış 1 vahid sürücüyə ödənilmiş cəmi 4 357 manat vəsaitin dövlət büdcəsinə bərpa edilməsi;

- Mədəniyyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin və regional mədəniyyət idarələrinin əsasnamələrini ölkə Prezidentinin 6 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq olunmuş “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” ilə müəyyən olunmuş tələblərə uyğun təsdiq etməsi;

- Mədəniyyət Nazirliyinin şəhər və rayonlar üzrə müvafiq göstəriciləri nəzərə alması və diferensiasiya meyillərinə yol verməməsi məqsədilə Bakı şəhər Mədəniyyət Baş İdarəsi və regional mədəniyyət idarələrinin əhatəsində olan mədəniyyət müəssisələrində ödənişli kurs və dərnəklərin fəaliyyətini tənzimləyən normaların yaradılması;

- Mədəniyyət Nazirliyinin büdcədənkənar vəsaitlərin formalaşdırılmasını hüquqi aktların tələblərini nəzərə almaqla həyata keçirməsi.





Xəbərin oxunma sayı : 817




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap