Xalq artistindən cazibədar paylaşım - FOTO Röya imicini dəyişdi - FOTO Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO Natavan Həbibi çəhrayıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 05 Dekabr 2022

    Xalq artistindən cazibədar paylaşım - FOTO

  • / Maqazin / — 28 Noyabr 2022

    Röya imicini dəyişdi - FOTO

  • / Maqazin / — 25 Noyabr 2022

    Damla yeni rəngarəng obrazlarıyla heyran etdi - VİDEO

  • / Maqazin / — 14 Noyabr 2022

    Natavan Həbibi çəhrayıya büründü - Fotolar

  • / Maqazin / — 04 Noyabr 2022

    Aygün Kazımova qırmızıya büründü - FOTO

  • / Maqazin / — 01 Noyabr 2022

    Tünzalə Ağayeva geyimi ilə yenə diqqət mərkəzində - FOTO

“Belarus səfərbər edilmiş 20 min rusu qəbul etməyə hazırlaşır“ - Ukrayna kəşfiyyatı

Tarix 29.09.22, 15:37

Font ölçüsü : - / +
bitmap-img6


Səfərbərliyə cəlb olunmuş 20 min Rusiya hərbçisinin qəbulu üçün Belarusda hazırlıq işləri görülür.

APA xəbər verir ki, “Ukrainskaya pravda”ya Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb.

Səfərbərliyə cəlb olunanlar Belarusda yerləşdirilmiş Rusiya Silahlı Qüvvələri birləşmələri hərbçilərinin sayını artıracaq. Say artımından sonra təcrübəsiz və təcrübəli hərbçilərin sayı 1:5 nisbətində olmalıdır.

Kəşfiyyat İdarəsi hərbçilərin müxtəlif tikililərdə yerləşdiriləcəyini deyib: “Əldə olunan məlumatlara əsasən, rusiyalı hərbçilərin yerləşdirilməsi üçün hazırda mövcud olan hərbi infrastrukturla yanaşı, müxtəlif mülki obyektlər və binalar da istifadə ediləcək. Bu məqsədlə anbarlar, anqarlar, həmçinin tərk edilmiş digər kənd təsərrüfatı müəssisələrinin və fermaların tikililəri istifadə olunur.

Belarus hökuməti həmçinin qərar qəbul edib ki, ölkənin hüquq-mühafizə orqanları Belarus ərazisinə keçən Rusiya vətəndaşlarının səfərbərliyə cəlb olunmasında Rusiya Silahlı Qüvvələrinin nümayəndələri ilə birlikdə iştirak etsinlər”.



Xəbərin oxunma sayı : 616

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap