![]() |
|














“Belələrini vəzifələrdən qovmaq lazımdır...” - “Rusiya tərəfdarı olanlar Azərbaycanı 200 il geriyə atıblar”
Tarix 30.06.21, 10:05 |
|

“Niyə bizim Naxçıvanda Türkiyə ilə sərhədimiz cəmi 11 kilometr olmalıdır? Bunu da Moskva edib”
Cənubi Qafqazda və qonşu regionlarda geopolitik durum sabitləşmək bilmir. Müharibədə məğlub olan Ermənistan sistematik olaraq Tovuz və Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutur. Qara dənizdə 32 dövlətin iştirakı ilə anti-Rusiya hərbi təlimləri başlayıb. Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlərə start veriblər. Avropa Birliyi özünün diplomatlarını Azərbaycana və Ermənistana göndərib, tərəflərin mövqelərini dəqiqləşdirməyə çalışır.
İran isə öz ampluasına sadiq qalaraq, Ermənistana dəstəyini davam etdirir. Bu dəstək digər bir çox məqamlarla yanaşı, özünü Xankəndi istiqamətində İranın yük avtomobillərinin yenidən peyda olması ilə büruzə verir.
Bu mövzular ətrafında “Ayna-Zerkalo” qəzetinin təsisçisi, siyasi analitik Elçin Şıxlı ilə söhbətləşdik:
– Elçin bəy, Ermənistanda və Xankəndində baş verənlər, Avropa Birliyinin nümayəndə heyətinin regionumuza səfəri, eləcə də Qara dənizdə 32 ölkənin iştirakı ilə hərbi təlimlərin keçirilməsi və digər proseslərin fonunda regiondakı hazırkı durumu necə qiymətləndirirsiniz?
– Regionda konkretliyə doğru heç bir proses yoxdur. Avropa Birliyi əsasən insan haqları məsələsini qaldırır. Mən əlbəttə ki, insan haqlarının müdafiəsinin tərəfdarıyam, ancaq insanların. Ona görə də bizim əraziləri 30 il işğal altında saxlayan Ermənistanın və onun Xankəndindəki uzantılarının haqq və hüquqlarından söhbət gedə bilməz. Düşünürəm ki, Avropa öz funksiyasını yerinə yetirir və belə də davam edəcək. Avropa Birliyinin son iclasında Merkel və Makron Rusiya ilə danışıqlara başlamağın tərəfdarı kimi çıxış etdilər, lakin yerdə qalanlar, ələlxüsus Polşa və baltikyani ölkələr buna etiraz etdi. Bildirdilər ki, Moskva ilə heç bir danışıq aparmaq olmaz. 2014-cü ildə Krımın ilhaqından sonra Rusiya ilə danışıqlar aparmaqdan imtina edildi. Amma görünən budur ki, Rusiya nə demokratikləşir, nə də Krımdan əl çəkir. Deməli, əvvəlki siyasətini davam etdirir. Bu səbəbdən də Polşa və Baltikyanı ölkələr bilirlər ki, Rusiya ilə danışıqlar aparmaq mənasızdır. Çünki onlar Rusiyanı daha yaxşı tanıyırlar. Sadəcə, Almaniya və Fransa düşünür ki, Co Bayden Vladimir Putinlə görüşüb, biz də görüşüb razılığa gələ bilərik.
İkinci mühüm hal budur ki, hazırda 35 ölkənin iştirakı ilə Qara dənizdə hərbi təlimlər keçirilir. Rusiya bundan narahatdır. Üstəlik Böyük Britaniya gəmisi ilə bağlı Rusiyada böyük hay-küy qopub. Hazırda həmin gəmi Batumidədir. Ruslar deyir ki, bizim ərazi sularımıza daxil olub, biz ona atəş açmışıq, onlar da qorxub qaçıblar. Britaniya isə elan edir ki, onların gəmisinə güllə atan olmayıb və onlar gəminin hərəkət trayektoriyasını Ukrayna ilə razılaşdırıblar. Başqa sözlə, Rusiyanın Krımı özününkü hesab etməsini qəbul etmədiklərini ifadə edirlər.
Bu günlərdə Ukraynada hərbi təlimlər başlayacaq. Moskva bundan da ciddi narahatdır. Üstəlik Azərbaycan və Türkiyə hərbi qüvvələrinin təlimləri başlayıb. Bu da mühüm məqamdır. Bir sözlə, vəziyyət tam oturuşmayıb. Bu proseslərin nə ilə nəticələnəcəyi hələ bəlli deyil. İndiki halda hamı bir-birinə əzələ nümayiş etdirir.
– Ermənistan tərəfi son günlər sistematik olaraq Kəlbəcər və Tovuz istiqamətində mövqelərimizi atəşə tutur. Sizcə, bu, nə ilə əlaqədardır?
– Azərbayacan və Ermənistan arasında düşmənçilik daim olacaq. Aranı qızışdıranın da kim olduğunu bilirik – Rusiyadır. Düzdür, Ermənistana sülh sazişi lazımdır. Xankəndində isə ara qarışıb. Əvvəla, orada siyasi mübarizə gedir. Daha maraqlısı isə odur ki, Xankəndində belə məlumatlar yayılıb ki, ermənilərə azərbaycanlılar zəng edərək evlərini almaq istədiklərini bildirirlər. Ermənilər bundan ciddi əndişə duyurlar. Bu mənada ki, azərbaycanlılar guya onlara psixoloji təsir göstərirlər. Əslində, belə də olmalıdır. Bu, normal haldır. İsrail indiki torpaqlarının çoxunu sadəcə olaraq, yaratdıqları fond hesabına torpaq paylarını satan ərəblərdən almışdılar. Əminəm ki, rus sülhməramlı qüvvələrinin buradan getməsinə 2 il qalmış Araik və onun kimilərin hamısı qaçıb aradan çıxacaq. Ermənistan da məcburən bizimlə sərhədlərin delimitasiyasını edəcək. Eləcə də sülh müqaviləsi imzalanacaq. Amma bütün bunlar bir qədər zaman alacaq. Hazırda Paşinyan öz hökumətini formalaşdırmayıb, tam möhkəmlənməyib. Yeni hökumət işə başladıqdan sonra vəziyyətin durulacağına əminəm.
Atəşkəsin pozulmasına gəldikdə, mənim ehtimalım budur ki, belə hərəkətlərlə bir növ Azərbaycana “xox gəlmək” istəyirlər. Mesaj verirlər ki, demarkasiya və delimitasiya məsələlərində ipə-sapa yataq. Yəni onların dedikləri ilə razılaşaq. Bu da mümkün olan iş deyil.
– Demək istəyirsiniz ki, müharibə bitməyib?
– Müharibə yalnız masa arxasında sülh sazişi imzalananda bitəcək. Əminəm ki, bu prosesi də görəcəyik. Dünyada proseslər tərsinə getməlidir ki, belə bir sülh müqaviləsinin imzalanması baş tutmasın.

– Hazırda Rusiyaya olduqca yaxın ərazilərdə hərbi təlimlər keçirilir. Necə düşünürsünüz, kollektiv Qərb Rusiya ilə bağlı qəti qərarını veribmi?
– Rusiya ilə dil tapmağın qeyri-mümkün olduğunu deyənlərin sayı artır. Litvanın xarici işlər naziri açıq tonla qeyd etdi ki, Rusiya ilə danışıqlar aparmaq, onu demokratikləşdirmək istəyi bir növ ayının qarşısına bal qoyub onu yeməməyi tapşırmaq kimi bir şeydir. Postsovet ölkələrindən çıxan insanlar Rusiyanın nə demək olduğunu yaxşı bilirlər. Qərb diplomatlarının bundan xəbəri yoxdur, yəni Rusiyanın apardığı siyasət onların başında çatlamayıb. Onlar düşünürlər ki, oturub söhbət etməklə, “belə şey etmək olmaz”, “qışqırmaq ayıbdır” və s. deməklə Rusiyanı başa salmaq olar. Xeyr. Rusiya üçün bu keçmir. Üstəlik, Rusiyanın “beşinci kolon”u da öz işini görür.
– Bizdəki “beşinci kolon” nümayəndələri isə deyirlər ki, ölkədə türk bazasını yerləşdirmək üçün Hərbi Doktrinaya dəyişikliklər etmək lazımdır…
– Bu sözü deyənlər əgər vəzifədədirlərsə, onların hamısını bayıra atmaq lazımdır. Prezident Əliyevin məşhur sözü var – “iti qovan kimi qovmaq”. Belələrini vəzifələrdən qovmaq lazımdır. Bəli, belə düşünənlər var, amma biz xalq olaraq bu düşüncə tərzini beyinlərdən silməliyik. Söhbət ondan gedir ki, Rusiya son 30 ildə başımıza oyunlar açıb. Mən hələ əvvəlki illəri demirəm. Qarabağ müharibəsi, torpaqlarımızın itirilməsi, Zəngəzurun 100 il əvvəl ermənilərə verilməsi, 1948-1953-cü illərdə azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya edilməsi – bunların hamısını Moskva başımıza gətirib. Bunları unutmaq olmaz. Həm də unutmamalıyıq ki, 1945-ci ildə Cənubi Azərbaycanda qurulan hökumətimizi darmadağın edən ruslar oldu. Cənublu qardaşlarımız sosializmə inanırdılar. Ancaq Moskva düşündü ki, Azərbaycanın orada da, burada da respublikası olsa, problem yaranacaq. Üstəlik Türkiyə amili də var. Niyə bizim Naxçıvanda Türkiyə ilə sərhədimiz cəmi 11 kilometr olmalıdır? Bunu da Moskva edib. Erməniləri orada yerləşdiriblər, aranı qızışdırıblar və əlaqələrimizi kəsiblər. Bizi də hər cür yolla parçalayırdılar və indi də bu siyasət davam edir.
İranda da farslar soydaşlarımızı məhv etməyə çalışırlar. Şükürlər olsun ki, müstəqil respublikayıq və Türkiyənin yanımızda olması çox böyük hadisədir. Hətta Türkiyə bizim qarantımızdır və əlbəttə ki, bizim də Türkiyə üçün dəyərimiz var.
Əvvələ qayıdıb deyim ki, Rusiya tərəfdarı olanlar Azərbaycanı 200 il geriyə atıblar. Bununla yanaşı, biz reallığı da unutmamalıyıq. Rusiya böyük və güclü deyil, sadəcə yekədir. İran bizdən güclüdür. Türkiyə qüvvədir və biz də onun yanında olmalıyıq. Amma biz reallığı görməliyik. Anlayırıq ki, hələlik Rusiyanın başını qatmaq lazımdır. Ona görə də rus sülhməramlıları ortaya çıxdı. Başqa cür mümkün deyil. Nə ABŞ, nə də Avropa gəlib bizim arxamızda duran deyil. Türkiyə yanımızdadır, amma onu da bəlaya sala bilmərik. Düzgün və zərif siyasət yürüdülməlidir və zənnimcə, hələlik bu siyasət də aparılır.
– İranla bağlı məqamı qeyd etdiniz. Ancaq İran təkcə cənublu soydaşlarımızın hüquqlarını pozmur, eyni zamanda bizə qarşı da fəaliyyətini ortaya qoyur…
– Azərbaycan yatan vulkandır. İran üçün müstəqil Azərbaycan hər zaman təhdid olub. Hazırda İranın ali dini rəhbəri azərbaycanlıdır, amma özünü İran üçün xərcləyir. Biz müstəqil dövlət kimi gücləndikcə, oradakı soydaşlarımızın gözü burada olacaq, istəyəcəklər ki, birgə olaq. Bu da İran üçün təhlükə hesab olunur. Yalnız bu səbəbə görə İran erməniləri dəstəkləyir. Burada qeyri-adi bir hal görmürəm. Ancaq biz də etirazımızı bildirməliyik, güclənməliyik.
Xəbərin oxunma sayı : 799
Müsahibə
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir - FOTO
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
-
İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb - Tramp
-
Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO
-
Azərbaycan Polisi 107 yaşında - FOTO
-
Elçin Şıxlı həbs olunan qohumundan danışdı - “Biabırçılıqdır”
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
TOP 10
ARXİV