“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Birləşdik - 2024“ təlimlərində hərbçilərimiz şərti düşmənin koordinatlarını təyin edib - VİDEO

Tarix 13.07.24, 16:29

Font ölçüsü : - / +
bitmap-img6


"Birləşdik - 2024" beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təliminə cəlb edilən Azərbaycan Ordusunun hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana təlim çərçivəsində əməliyyat qrupu tərəfindən qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar xəritə üzərində işlənilib.

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları pilotsuz uçuş aparatı vasitəsilə təlimin digər iştirakçı dövlətlərinin PUA bölmələri ilə qarşılıqlı əlaqədə ərazinin hava kəşfiyyatını aparmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin ediblər.

Təlim meydançasında hücuma keçən Azərbaycan Ordusunun Quru Qoşunlarının hərbi qulluqçuları şərti düşmən qüvvələrinin müqavimətinin qarşısını alaraq onun canlı qüvvəsini və döyüş texnikasını məhv ediblər.

Eyni zamanda təlimə cəlb edilən komandolarımız qrup şəklində sürətlə şərti düşmənin arxasına sızaraq mövqeyin ələ keçirilməsi, eləcə də hakim yüksəkliklərin və yolların nəzarət altında saxlanılması üzrə tapşırıqları icra ediblər. Döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı yaralı hərbi qulluqçulara ilkin tibbi yardımın göstərilməsi və onların döyüş meydanından təxliyə olunması həyata keçirilib.

Qeyd edək ki, "Birləşdik - 2024" beynəlxalq təlimində qarşıya qoyulan bütün tapşırıqlar iştirakçı dövlətlərin hərbi qulluqçuları tərəfindən yüksək peşəkarlıqla icra edilir.







Xəbərin oxunma sayı : 748




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap